Bundan sonrakı illərdə də Böyük Qayıdış daha da sürətlə gedəcək
"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bundan sonrakı illərdə Böyük Qayıdışın daha da sürətlə gedəcəyinə əminliyini ifadə edib. Dövlətimizin başçısı, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda hazırda 96 min insanın yaşadığını, onlar üçün ən yüksək səviyyədə sosial şərait yaradıldığını bildirib".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasından İlqar Əliyev bildirib.
"Bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsaitin xərcləndiyini vurğulayan dövlətimizin başçısı həmin məbləğin böyük bir qisminin infrastruktur layihələrinə istiqamətləndirildiyini, onların çox hissəsinin icrasının başa çatdırıldığını və eyni zamanda, hazırda 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin artıq məskunlaşdığını diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərdə indiyədək həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri müasir şəhərsalma prinsiplərinə uyğun olaraq reallaşdırılıb. Bölgədə beynəlxalq hava limanlarının istifadəyə verilməsi, müasir avtomobil və dəmir yollarının salınması, tünel və körpülərin tikilməsi regionun nəqliyyat-loqistika potensialını əhəmiyyətli dərəcədə gücləndirib. Bu infrastruktur şəbəkəsi yerli əhalinin rahatlığını təmin etməklə bərabər, eyni zamanda, bölgənin ölkə iqtisadiyyatına tam inteqrasiyasına əlverişli şərait yaradıb.
Qarabağ və Şərqi Zəngəzurun "yaşıl" enerji zonası elan olunması da bu prosesin mühüm tərkib hissəsidir. İstismara verilən su elektrik stansiyaları, günəş və külək enerjisi layihələri regionun dayanıqlı inkişafına böyük töhfə verir. Eyni zamanda, "Ağıllı" kənd və "ağıllı" şəhər konsepsiyaları əsasında tikilən yasayış məntəqələri sakinlər üçün yüksək standartlara cavab verən həyat şəraiti bəxş edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası təkcə mənzil təminatı ilə məhdudlaşmır, həm də dayanıqlı məşğulluğun yaradılmasını şərtləndirir. Regionda fəaliyyətə başlayan sənaye parkları, aqroparklar və kiçik sahibkarlıq subyektləri minlərlə yeni iş yerinin açılmasına imkan verir. Doğma yurd-yuvalarına qayıdan sakinlərin işlə təmin olunması, təhsil və səhiyyə müəssisələrinin müasir tələblər səviyyəsində qurulması sosial rifahın yüksəldilməsini şərtləndirən əsas amillərdəndir.
Bütün bu addımlar bir daha sübut edir ki, Azərbaycan dövləti azad edilmiş torpaqların dirçəldilməsini milli prioritet kimi ön plana çəkir və doğma yurdlarına dönən vətəndaşların təhlükəsiz, firavan yaşaması üçün bütün resurslarını səfərbər edir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Aqşin Fatehə ağır itki