Rəşad Rəsullu: "Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq"
Qarşıdakı günlərdə Bakı beynəlxalq cüdo təqviminin ən mühüm yarışlarından birində dünyanın aparıcı idmançılarını bir araya gətirəcək.
"Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimində fikirlərini bölüşüb:
"Dünyanın müxtəlif ölkələrindən olan idmançıların qarşılıqlı hörmət və ədalətli mübarizə prinsipləri əsasında ən yüksək səviyyədə yarışacağı bu mötəbər çempionata ev sahibliyi etməkdən qürur duyuruq".
O, qurum adından Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbova dünya çempionatının təşkilinə göstərdikləri dəyərli dəstəyə və verdikləri töhfəyə görə səmimi təşəkkürünü bildirib:
"Eyni zamanda, Beynəlxalq Cüdo Federasiyasına, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, eləcə də çempionatın hazırlıq və təşkilati prosesində əməyi olan hər kəsə təşəkkür edirəm. Bugünkü püşkatma yarışların başlanmasına doğru son mərhələdir. Bütün idmançılara möhkəm cansağlığı, uğurlu çıxışlar və tatamidə müvəffəqiyyət arzulayıram. Ümid edirik ki, Bakıda keçirdiyiniz vaxtdan və Azərbaycanın qonaqpərvərliyindən xoş təəssüratlarla ayrılacaqsınız. Hər kəsə uğurlu və yaddaqalan dünya çempionatı arzulayıram".
Xatırladaq ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 207 Tarix: 03 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununun hakimləri açıqlanıb
Misli Premyer Liqasında VII turun təyinatları açıqlanıb. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Turun mərkəzi oyunu olan "Neftçi" - "Sabah" qarşılaşmasını Rauf Cabarov idarə edəcək. Misli Premyer Liqası. I dövrə, VII tur. 9 oktyabr. 16:00
8 oktyabrƏhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib. Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib. 15:50. Azərbaycan cüdoçusu Əhmə
4 oktyabr"Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
Misli Premyer Liqasında II turdan təxirə salınan "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" oyunlarının tarixi açıqlanıb. xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Hər iki qarşılaşma dekabrın 17-də keçiriləcək. "Sabah" - "Sumqayıt"
29 sentyabr"Napoli"nin futbolçusu Matias Olivera zədələnib
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İtaliyanın "Napoli" klubunun və Uruqvay yığmasının futbolçusu Matias Olivera zədələnib. Neapol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, oyunçu millinin düşərgəsində olarkən xəsarət alıb. Tibbi müayinələrdə
5 oktyabrŞəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə regional yarış keçiriləcək. xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. Oktyabrın 16-da baş tutacaq turnirdə müxtəlif bölgələri təmsil edən idmançılar bacarıqlarını göstərməyə çalışacaqlar
2 oktyabr