Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?
"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqqılarında artımları təmin edəcək".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
O qeyd edib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da Prezident Sərəncamına uyğunlaşdırılacaq və artırılacaq:
"Məbləğindən asılı olmayaraq bu sektorlarda çalışanların maaşları artırılacaq. Minimum əməkhaqqı artırıldıqdan sonra sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqıları artacaq. Əməkhaqqı artımlarının neçə faiz olacağına gəldikdə isə vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqqıları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Aylıq tarif maaşları 400 manat ilə 1150 manat arasında dəyişir. Hazırda ilk pillə üzrə əməkhaqqı 400 manatdır. Ən yüksək dərəcə üzrə əməkhaqqı isə 1150 manatdır".
V.Bayramovun sözlərinə görə, minimum əməkhaqqının artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq:
"Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Müəllim və həkimlərin maaşları məsələsinə gəldikdə isə hazırda Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əməkhaqqılarında artımlar olacaq. Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca keyfiyyət meyarlarına əsaslanan əməkhaqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqqılar müəyyənləşdiyi üçün bu sahələrdə də müəyyən işçilərdə maaş artımları istisna deyil. Minimum əməkhaqqı artırıldıqdan sonra VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Aqşin Fatehə ağır itki