Yaşlı qadınlarla bağlı ittiham: Kerroll Kapello ilə yaşadığı hadisəni açıqladı
İngiltərə millisinin keçmiş hücumçusu Endi Kerroll "Owning It" adlı avtobioqrafiyasında italiyalı mütəxəssis Fabio Kapellonun rəhbərliyi altında çalışdığı dövrü xatırlayıb.
Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, 37 yaşlı keçmiş futbolçu milli komandaya dəvət aldığı zaman Kapello ilə arasında yaşanan gözlənilməz və qəribə münaqişələrdən danışıb.
Kerroll milli komandanın düşərgəsində baş verən telefon insidentini belə xatırlayıb:
"Baş məşqçi Fabio Kapello bir az dəli idi. Komanda iclasına 15 dəqiqə qalmış gəlib döşəmədə oturaraq telefonuma baxırdım. Kapello içəri girdi, yanıma yaxınlaşdı və telefonu əlimdən alıb apardı.
"Biz burada işləməyə çalışırıq! Telefonla məşğul olmaqla hörmətsizlik edirsən! Mənə mesaj göndər!" - deyə qışqırdı. Sonra telefonu sinəmə çırpdı".
Hücumçunun sözlərinə görə, bu hadisə onu tamamilə çaş-baş salıb. Komanda yoldaşı Eşli Koul isə qorxaraq telefonunu köynəyinin altında gizlətməyə çalışıb.
Kerroll başqa bir insidentdən də danışıb. Onun sözlərinə görə, Kapello meydandan kənar davranışları və şəxsi həyatı ilə bağlı yayılan şayiələrə görə onu danlayıb.
"Kapellonun kabinetinə girən kimi məni danlamağa başladı:
"Sən spirtli içkilər içməyin və yaşlı qadınlarla keçirdiyin gecələrin səbəb olduğu xəbərlərlə daim medianın gündəmindəsən. Buna son qoymalısan".
Təəccüblə soruşdum: "Nə? Mən belə bir şey etməmişəm".
O isə israrla dedi: "Bəli, etmisən. İçirsən və yaşlı qadınlarla yatırsan..."
Öz-özümə düşündüm: "Bu adam nə danışır? Ona kim deyib ki, mən nənələrlə yatıram? Yoxsa məni komanda yoldaşlarımdan biri ilə səhv salıb?"
Sonda sadəcə onunla razılaşmalı oldum: "Yaxşı, bir də belə şey olmayacaq"".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 177 Tarix: 04 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı növbəti mühüm idman yarışına hazırlaşır
Dünyada idman ölkəsi kimi böyük nüfuza malik Azərbaycan cari ilin 22-30 oktyabr tarixlərində növbəti beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır. Tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı paytaxt Bakıda təşkil olunacaq. xəbər verir ki, bu mötəbər yarışın ölkəmizdə keçirilməs
5 oktyabrƏhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib. Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib. 15:50. Azərbaycan cüdoçusu Əhmə
4 oktyabr"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib. O
5 oktyabrMaykl Cordana məxsus forma hərracda 12,26 milyon dollara satılıb
ABŞ-nin "Çikaqo Bulls" komandasının heyətində 6 dəfə NBA çempionu olan əfsanəvi basketbolçu Maykl Cordana məxsus və oyun zamanı geyinilmiş forma hərracda 12,26 milyon dollara satılıb. xəbər verir ki, bu barədə "Joopiter" hərrac evi məlumat yayıb. 63 yaşlı keçmiş idmançı həmin ağ rəngl
1 oktyabr"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub
Misli Premyer Liqasında VII turun oyun cədvəli müəyyənləşib. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun "Qarabağ" - "Neftçi" oyunu oktyabrın 17-də keçiriləcək. Qarşılaşma saat 19:00-da start götürəcək. Misli Premyer Liqası. I dövrə, VII tur. 16 oktyab
29 sentyabrRonaldo 18 ildən sonra ilk dəfə...
Kriştianu Ronaldo Portuqaliya millisinin Norveçə qarşı keçirdiyi oyunu ehtiyatdan izləyib. "Qafqazinfo" xəbər verir ki, 18 ildən sonra ilk dəfə superulduz yığmasının heyətində rəsmi matçda meydana çıxmayıb. Portuqalların 2:1 hesabı ilə qalib gəldikləri matçda Ronaldo sonradan da oyuna daxi
28 sentyabrNəriman Axundzadə 10 ay sonra qol vurdu - Video
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə 10 ay sonra qol vurub. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün U-21 yığmamızın heyətində Şotlandiyaya qarşı matçda fərqlənib. Matçın 21-ci dəqiqəsində fərqlənən forvard uzun müddət sonra adını tabloya yazdıra bilib. Nəriman Axundzadə sonunc
1 oktyabrRoberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim"
Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemlər barədə danışıb. xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb. "Böyük futbolla vidalaşmağa qərar verdiyim an artıq idman direktor
26 sentyabrŞəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə regional yarış keçiriləcək. xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. Oktyabrın 16-da baş tutacaq turnirdə müxtəlif bölgələri təmsil edən idmançılar bacarıqlarını göstərməyə çalışacaqlar
2 oktyabr