Prezident dərman istehsalı müəssisəsinin açılışında - Fotolar

Prezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarAzərbaycan Prezidenti İlham Əliyev bu gün Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye zonaları və Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, Pirallahı Sənaye Parkı Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Əsas məqsəd əczaçılıq sənayesini inkişaf etdirmək və dəstəkləmək, əczaçılıq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğu artırmaqdır. Pirallahı Sənaye Parkında 6 rezident qeydiyyatdan keçib.

Hazırda ölkəmizdə 8 sənaye parkı - Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, "Araz Vadisi İqtisadi Zonası", Balaxanı Sənaye Parkı fəaliyyət göstərir. Bu il Naxçıvan Sənaye Parkının təməli qoyulub, zəruri infrastrukturun yaradılması istiqamətində iş aparılır. Həmçinin Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərini əhatə edəcək Qərb Sənaye Parkında zəruri infrastrukturun yaradılması üçün layihələndirmə işləri görülür.

"Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin təsisçisi Abidin Gülmüş müəssisə barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, bu müəssisəyə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib. Təsisçilər Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi A.Ş." şirkəti (66%), İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) (29%) və Türkiyənin "SİA Pharmaceuticals" şirkətidir (5%). Ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından, 10 milyon manat isə güzəştli kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub.

Ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanlar istehsal olunacaq.

Müəssisənin inkişaf perspektivlərinə istehsalın artırılması, 5 il ərzində 500-dən artıq preparatın istehsalının lokallaşdırılması, daxili tələbatın maksimum dərəcədə qarşılanması və ixrac coğrafiyasının genişləndirilməsi daxildir.

Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıq quraşdırılıb ki, bu da yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Məhsulların daxili bazara satılması ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Burada 178 nəfər daimi işlə təmin ediləcək.

Müəssisə fəaliyyətində təhsil və elmi əməkdaşlığa da yer ayırıb. Belə ki, burada Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası yaradılıb.
Prezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - FotolarPrezident dərman istehsalı müəssisəsinin açılışında - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 189   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021