Bu şəxslər 2000 manatadək cərimələnə bilərlər

Bu şəxslər 2000 manatadək cərimələnə bilərlərÖzəl məhkəmə ekspertləri barəsində intizam icraatı müəyyənləşir.

Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərinin, habelə icra intizamının pozulmasına yol verdikdə onun barəsində intizam tənbehi tətbiq olunur. Özəl məhkəmə eksperti barəsində intizam icraatı İntizam Komissiyası tərəfindən aparılır. Özəl məhkəmə eksperti barəsində intizam tənbehinin tətbiqi intizam icraatını aparmış İntizam Komissiyasının rəyinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

İntizam Komissiyasının tərkibi, formalaşdırılma qaydası və əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Özəl məhkəmə eksperti barəsində intizam icraatı müvafiq icra hakimiyyəti orqanının və ya Palatanın təqdimatı əsasında başlanılır. Təqdimata baxılması və intizam icraatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Özəl məhkəmə ekspertinin intizam icraatı zamanı yazılı izahat, habelə zəruri məlumat və sənədləri verməkdən imtina etməsi intizam tənbehinin tətbiq edilməsinə mane olmur.

İntizam Komissiyasının yekun rəyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl məhkəmə ekspertinə intizam pozuntusunun ağırlıq dərəcəsindən asılı olaraq aşağıdakı tənbeh növlərindən biri tətbiq olunur:

- töhmət;

- 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə;

- özəl məhkəmə eksperti şəhadətnaməsinin ləğvi.

- cərimə üzrə məbləğlər bu qanunun müvafiq maddəsində nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi üçün Palatanın bank hesabına köçürülür.

İntizam tənbehi bu maddədə nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir il keçənədək, törədildiyi gündən iki il keçənədək verilə bilər və özəl məhkəmə ekspertinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt bu müddətə daxil edilmir.

Töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olur.

İntizam tənbehinin verilməsi qərarla rəsmiləşdirilir. Verilmiş qərar üç iş günü ərzində özəl məhkəmə ekspertinə elan olunur və əmrin surəti ona təqdim edilir. Özəl məhkəmə eksperti əmrdən inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Özəl məhkəmə ekspertinə intizam tənbehi tətbiq olunmadan yazılı və ya şifahi xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi hesab edilmir.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 879   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır

Azərbaycanda gələn ildən baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Gazırda baytarlıq pasportunun verilməsinə gör

5 noyabr
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

15 noyabr
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

9 noyabr
.

Qızılın qiyməti 3 700 dollardan aşağı düşdü

Dünya bazarında qızılın qiyməti kəskin ucuzlaşaraq son iki ayda ilk dəfə bir troya unsiyası üçün 3 700 dollar həddindən aşağı enib. bu barədə ticarət platformasının məlumatlarına istinadən məlumat verib. Nyu-Yorkun COMEX əmtəə birjasında dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti 2,46 faiz azalara

19 noyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 95,52 dollara düşdü

Əvvəlki hərracların nəticələrində qeydə alınan əhəmiyyətli artımdan sonra cümə səhəri neft qiymətləri orta dərəcədə azalır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,30 dollar (0,31 faiz) az, 95,52 dollar/bare

13 noyabr
.

Azərbaycanda qızılın son qiymətləri

Azərbaycanda 2026-cı il 12 noyabr tarixinə olan qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 12 noyabr 2026-cı il tarixinə olan məlumata görə, ölkədə 1 unsiya qızılın qiyməti 6881.07 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 221.23 manat təşkil edir. Digər əyyarlar üzr

12 noyabr
.

Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 54,094 milyon ABŞ dolları dəyərində geyim idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % çoxdur. Oktyabrda Türkiyə Azərbaycana 4,927 milyon ABŞ dolları dəyərində geyim ixra

9 noyabr
.

"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb

Amerikanın "Anthropic" texnologiya şirkətinin səhmləri "Nasdaq" birjasına çıxarıldıqdan sonra ilk ticarət sessiyasının nəticələrinə görə 17,07 % artıb. xəbər verir ki, bunu "Nasdaq" birjasındakı hərrac məlumatları göstərir. İlkin kütləvi təklifin bir hissəsi olaraq, "Anthropic"

20 noyabr
.

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ

2026-cı il 17 noyabr tarixində Azərbaycan bazarında qiymətli metallar üzrə qızılın qiymətləri məlum olub. "Yeni Sabah" xəbər verir ki, ölkədə 1 unsiya qızılın qiyməti 6 572,4040 manat təşkil edir. Bazar göstəricilərinə görə, 99 əyyarlı təmiz qızılın 1 qramı 211,31 manata bərabərdir. Digər əyyarla

17 noyabr