Prezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib - Foto

Prezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib.

Sonxeber.az President.az-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Ölkələrimiz arasında dost və qardaş münasibətlərin olduğunu deyən dövlətimizin başçısı iqtisadi əməkdaşlığı siyasi əlaqələrin səviyyəsinə çatdırmağın, həmçinin enerji, sərmayələr, turizm və digər sahələrdə tərəfdaşlığı genişləndirməyin, çox fəal siyasi dialoqu davam etdirməyin vacibliyinə toxundu. Prezident İlham Əliyev bu xüsusda müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin rolunu qeyd edib.

Azərbaycan Prezidenti səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını, eyni zamanda, Malayziyaya səfərə dəvətlərini dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziya Kralı və Baş nazirinə çatdırmağı xahiş edib. Dövlətimizin başçısı, həmçinin dəvətə görə təşəkkür edərək, onu məmnunluqla qəbul etdiyini vurğuladı. Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət edib.

Səfir uzun illər ərzində ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyərək, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylə çalışacağını bildirib.

Söhbət zamanı əlaqələrimizin perspektivlərinə dair fikir mübadiləsi aparıldı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyinin əhəmiyyəti vurğulanıb.

Turizm sahəsində əməkdaşlıq, o cümlədən turizmin təşviqi üçün qarşılıqlı şəkildə viza tələbinin aradan qaldırılması, Azərbaycanla Malayziya arasında birbaşa hava əlaqəsinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə, həmçinin təhsil sahəsində əlaqələrə toxunularaq, azərbaycanlı tələbələrin Malayziyada, Malayziyadan olan tələbələrin isə Azərbaycan dövlətinin təqdim etdiyi təqaüd proqramları əsasında ölkəmizdə təhsil aldıqları qeyd edilib.
Prezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib - FotoPrezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib - FotoPrezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib - FotoPrezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib - FotoPrezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib - FotoPrezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib - Foto


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 180   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

YAP İdarə Heyətinin yeni tərkibi təsdiqləndi

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlham Əliyev. Mehriban Əliyeva

2 oktyabr
.

Uzunmüddətli siyasi fəaliyyət və yeni mərhələnin çağırışları

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". Prezident İlham Əliyev bu fikri Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı səsləndirib. Dövlət başçısı üç onillikdən artıq müddətdə YAP-ın iqtidarda olduğunu vurğulayaraq partiyanı

3 oktyabr
.

Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq

Türkiyə regionda iki fərqli istiqamətdə artan təhlükəsizlik təzyiqi ilə üz-üzədir. Bir tərəfdən Ankara Səudiyyə Ərəbistanının təhlükəsizliyinin müdafiəsi çərçivəsində hərbi qüvvə və imkanların Krallıq ərazisinə sürətlə yerləşdirilməsi barədə qərar verib. Digər tərəfdən, Qara dənizdə Türkiyə ilə əlaqəl

6 oktyabr
.

İlham Əliyev: "Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur"

"Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyarda manata yaxın vəsait nəzərdə tutulub". xəbər verir ki, bunu bu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçımız qeyd edi

2 oktyabr
.

YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd

3 oktyabr
.

Azərbaycan yaşıl enerji layihələrini genişləndirərək dayanıqlı enerji siyasətini gücləndirir

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında Azərbaycanın bütün əsas enerji resurslarını istehsal, hasil və ixrac edən nadir ölkələrdən biri olduğunu vurğulaması ölkəmizin enerji potensialının miqyasını aydın şəkildə göstərir. Bu gün Azərbaycan yalnız neft və qaz ixrac edə

3 oktyabr
.

"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" fərmanında dəyişiklik edib. -a istinadən xəbər verir ki, bununl

2 oktyabr
.

VIII Qurultay YAP-ın inkişafında xüsusi rol oynayacaqdır

Oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisə oldu. YAP-ın VII Qurultayına hazırlıq prosesi də partiyanın təşkilati fəaliyyətinin növbəti keyfiyyət mərhələsinin müəyyənləşdirilməsi baxımından diqqət çəkir. Rəsmi məlumata görə

3 oktyabr
.

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərəcək

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağı barədə açıqlaması əhalinin gəlirlərinin yüksəldilməsinə yönələn sosial siyasətin 2027-ci ildə də davam etdiriləcəyini göstərir. Əvvəlki islahatları

3 oktyabr