Pakistan-Əfqanıstan müharibəsində gərginlik artır - POLİTOLOQDAN AÇIQLAMA

Pakistan-Əfqanıstan müharibəsində gərginlik artır - POLİTOLOQDAN AÇIQLAMAƏfqanıstan və Pakistan arasında aylar ərzində davam edən gərginlik yenidən silahlı qarşıdurma mərhələsinə keçib. Pakistanın Əfqanıstan ərazisinə hava zərbələri endirməsi, sərhəddə qarşılıqlı atəşə tutulma və tərəflərin bir-birini silahlı qruplaşmalara dəstək verməkdə ittiham etməsi bölgədə vəziyyəti daha da gərginləşdirib. İslamabad Taliban hakimiyyətini Pakistan ərazisində hücumlar həyata keçirən TTP (Pakistan Talibanı) döyüşçülərinə sığınacaq verməkdə ittiham edir.

Kabul isə bu ittihamları rədd edir və Pakistanın Əfqanıstana zərbələrini ölkənin suverenliyinə qarşı təcavüz kimi qiymətləndirir. Bəs Əfqanıstan və Pakistan arasında münaqişə niyə yenidən alovlanıb? Qarşıdurma genişmiqyaslı müharibəyə çevrilə bilərmi və bu proses region üçün hansı riskləri yaradır?

Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, Pakistanla Əfqanıstan arasında baş verənlər artıq adi sərhəd insidentləri çərçivəsindən çıxaraq iki dövlət arasında daha ciddi hərbi qarşıdurmaya çevrilmək riski daşıyır. Onun sözlərinə görə, son günlər Pakistanın Əfqanıstan ərazisinə hava zərbələri endirməsi və Taliban hakimiyyətinin buna qarşı sərt reaksiyası gərginliyin səngimədiyini göstərir: "Oktyabrın 1-dəki zərbələrdən sonra BMT Əfqanıstanda azı 10 mülki şəxsin öldüyünü açıqlayıb, Pakistan isə əməliyyatların silahlı qruplaşmaların mövqelərinə qarşı həyata keçirildiyini bildirib. Əsas problem Pakistanın Təhrik-i-Taliban Pakistanın (TTP) Əfqanıstan ərazisindən fəaliyyət göstərməsi ilə bağlı ittihamlarıdır. Taliban isə bu ittihamları qəbul etmir. Bu qarşılıqlı ittihamlar və sərhəddə baş verən hücumlar tərəflər arasında etimadı faktiki olaraq aradan qaldırıb. Hazırda vəziyyəti daha da mürəkkəbləşdirən məqam odur ki, diplomatik kanallar tamamilə bağlanmayıb. Oktyabrın 5-də Moskvada Əfqanıstan məsələsi ilə bağlı keçirilən görüşdə Pakistan və Taliban nümayəndələri də iştirak ediblər. Rusiya isə tərəflər arasında vasitəçilik etməyə hazır olduğunu bildirib. Mən hesab edirəm ki, qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaq üçün əsas yol hərbi əməliyyatların deyil, diplomatik mexanizmlərin işə salınmasıdır.

Əks halda sərhəddə hər yeni zərbə qarşı tərəfin cavab reaksiyasına səbəb ola və vəziyyəti nəzarətdən çıxara bilər. Bu proses təkcə Pakistan və Əfqanıstana deyil, bütövlükdə Cənubi və Mərkəzi Asiyanın təhlükəsizlik mühitinə təsir göstərə bilər".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 357   Tarix: 06 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

YAP İdarə Heyətinin yeni tərkibi təsdiqləndi

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlham Əliyev. Mehriban Əliyeva

2 oktyabr
.

Prezidentin sosial şəbəkə hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:

5 oktyabr
.

İlham Əliyev: "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın"

"Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır". xəbər verir ki, bunu bu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Azərbayca

2 oktyabr
.

İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub

5 oktyabr
.

Bu gün YAP regionun ən möhtəşəm uğurlarına imza atır

"1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçiriləndə orada cəmi 550 nəfər iştirak edirdi. İndi siyasi həmfikirlərimizin sayı yüz minlərlədir. O zaman konfransda bir nəfər də olsun xanım siyasi həmfikir yox idi. İndi partiya üzvlərinin 48 faizdən çoxu xanımlardır.

3 oktyabr
.

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif edilib. -a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəl

3 oktyabr
.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

3 oktyabr
.

Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevlə bağlı hadisə Ermənistanın hərbi qurumlarında istefaların başlamasına səbəb olub. -ın xəbərinə görə, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb. "Hadisədən bir neçə gün sonra ilk istefa baş verdi - Milli Təhlükəsizli

6 oktyabr
.

YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd

3 oktyabr