7 oktyabrın üçüncü ildönümü: İsrailin ağrısı bizim də ağrımızdır
7 oktyabr 2023-cü il İsrail tarixinin ən ağır günlərindən biri kimi yadda qaldı. HƏMAS terror təşkilatının İsrailə qarşı həyata keçirdiyi qanlı hücum nəticəsində yüzlərlə insan həyatını itirdi, yüzlərlə insan girov götürüldü. Bu tarixdən üç il keçsə də, həmin günün ağrısı İsrail xalqının yaddaşından silinməyib. 7 oktyabr təkcə İsrail üçün deyil, terrorun nə qədər böyük faciələrə səbəb ola biləcəyini göstərən tarix kimi yadda qalmalıdır.
Bu gün İsrail HƏMAS terror təşkilatı ilə yanaşı, Hizbullah terror təşkilatı, Yəməndə fəaliyyət göstərən husilər və regiondakı digər silahlı təhdidlərlə qarşı-qarşıyadır. İsrail dövləti öz xalqının təhlükəsizliyini təmin etmək və terror təhlükəsinin qarşısını almaq üçün mübarizə aparır.
Azərbaycan isə bu mübarizənin nə demək olduğunu çox yaxşı anlayan ölkələrdəndir. Çünki Azərbaycan da illərlə işğal, terror və müharibə ilə üz-üzə qalıb. Azərbaycan xalqı torpaqlarından didərgin düşüb, şəhidlər verib, uzun illər öz torpaqlarına qayıdacağı günü gözləyib.
Nəhayət, 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Zəfər qazandı. Bu gün Azərbaycan xalqının İsrail xalqının yaşadığı ağrını anlamasının səbəblərindən biri də məhz budur. Müharibənin nə olduğunu, terror təhlükəsinin nə olduğunu, doğmalarını itirməyin nə demək olduğunu biz də bilirik.
Azərbaycan hər zaman qardaş İsrail dövlətinin yanındadır.
Azərbaycan-İsrail münasibətləri mənim üçün sadəcə iki dövlət arasındakı diplomatik əlaqələrdən ibarət deyil. Bu münasibətlər qarşılıqlı hörmətə, dostluğa və strateji tərəfdaşlığa söykənir.
İsrailin ağrısı bizim də ağrımızdır.
İsrailin sevinci bizim də sevincimizdir.
Bu gün İsrail xalqının qarşısında böyük və çətin mübarizə dayanır. Mən inanıram ki, İsrail dövləti öz təhlükəsizliyini təmin etmək, vətəndaşlarını qorumaq və terror təhlükəsini aradan qaldırmaq istiqamətində mübarizəsini davam etdirəcək.
Necə ki Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazandı, inşallah, İsrail dövləti də öz təhlükəsizliyinin və gələcəyinin təmin olunması istiqamətində qələbə qazanacaq.
Azərbaycan-İsrail qardaşlığı isə bu gün regionda çoxlarını narahat edir. Bu dostluğun möhkəmliyi, iki ölkənin bir-birinə olan etimadı və strateji əməkdaşlığı bəzi dairələrin yuxusunu qaçıra bilər.
Amma dostluqlar başqalarının istəyinə görə qurulmur.
Azərbaycan öz dostunu özü seçir.
Biz İsrail dövlətini dost və strateji tərəfdaş olaraq görürük və bu münasibətlərə dəyər veririk.
Arzum budur ki, İsrail xalqı ən qısa zamanda terror təhlükəsindən tamamilə uzaq olsun, ailələr öz doğmalarına qovuşsun, uşaqlar qorxu içində deyil, sülh şəraitində böyüsün. Və bir gün Yaxın Şərqdə silah səsləri deyil, sülhün səsi eşidilsin.
Azərbaycan və İsrail bayraqları isə dostluğun və qardaşlığın rəmzi olaraq daim zirvədə dalğalansın.
İsrail xalqına güc, səbir və əmin-amanlıq arzulayıram.
7 oktyabr terrorunun qurbanlarının xatirəsi daim yaşasın.
Yaşasın Azərbaycan-İsrail dostluğu və qardaşlığı!
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Pensiyalar bu tarixdə ödəniləcək
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Xalq artisti evdə yıxılıb xəsarət aldı
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq
Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?
Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?