Bir dövr qapandı: Messi milli ilə belə vidalaşdı (VİDEO)
Lionel Messi 21 illik Argentina millisindəki karyerasına Buenos-Ayresdəki "Monumental" stadionunda vida edib. 39 yaşlı ulduz Beninlə keçirilən yoldaşlıq oyununda sonuncu dəfə "Albiceleste" formasını geyinib.
Qayanrinfo xəbər xəbər verir ki, Argentina Benini 3:0 hesabı ilə məğlub edib. Messi görüşdə 1 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Cənubi Amerikanın ən böyük stadionlarından biri olan "Monumental"də matçdan əvvəl azarkeşlər Messiyə böyük sevgi nümayiş etdiriblər. Stadion yolunda toplaşan minlərlə tərəfdarı görən futbolçu göz yaşlarını saxlaya bilməyib. Qarşılaşmanın 10-cu dəqiqəsində isə onun forma nömrəsinə uyğun olaraq bir dəqiqəlik ayaqüstə alqış təşkil olunub.
Oyunun ilk hissəsi qolsuz başa çatıb. İkinci hissədə Nikolas Otamendi 48-ci dəqiqədə Messinin ötürməsindən sonra hesabı açıb. 61-ci dəqiqədə Niko Paz yenidən Messinin assisti ilə fərqi iki topa çatdırıb. Messi isə 71-ci dəqiqədə penaltidən hesabı 3:0 edib.
Bu qol argentinalı ulduzun milli komanda karyerasında 126-cı və son qolu olub. Messi Argentina millisində 208-ci və son oyununu keçirərək meydanı alqışlar altında tərk edib.
Qarşılaşmadan sonra komanda yoldaşları, rəqib futbolçular və hakimlər Messinin ətrafına toplaşıb. Havai fişənglər və xüsusi şou ilə müşayiət olunan vida mərasimində Messi azarkeşlərə müraciət edib.
Messi 2022-ci il Dünya Kubokunun və iki dəfə Amerika Kubokunun qalibi kimi Argentina millisindəki karyerasını başa vurub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 192 Tarix: 07 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tomas Tuxel İngiltərə millisinin tarixində rekorda imza atıb
Almaniyalı mütəxəssis Tomas Tuxel İngiltərə milli komandasının tarixində 20 qələbə qazanmaqla rekorda imza atıb. xəbər verir ki, 53 yaşlı mütəxəssisə bu göstəriciyə çatmaq üçün 26 oyun kifayət edib. İngiltərə seçməsi UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupunun IV turunda Çexiyaya 3:0 hesabı il
7 oktyabr"Murov Az Terminal" voleybolçu Anastasiya Baydyuku transfer edib
Qadınlardan ibarət "Murov Az Terminal" voleybol kollektivi heyətinə yeni oyunçu cəlb edib. Bu barədə -a klubun mətbuat xidmətindən məlumat verilib. Komanda hücumçu Anastasiya Baydyuku sıralarına cəlb edib. Gənc voleybolçu qarşıdakı mövsümdə "Murov Az Terminal"ın uğurları üçün mübariz
28 sentyabrFransanın məşhur klubu 1 avroya satıldı
Fransanın "Bordo" klubu investisiya fondu Park Bench-in komandaya 1 avro qarşılığında sahib olmasına razılıq verildiyini açıqlayıb. xəbər verir ki, sövdələşmə klubun ləğv olunmasının qarşısını almağa imkan verəcək. Park Bench eyni zamanda "Bordo"nun üzərinə düşən böyük məbləğdə borclar
30 sentyabrRonaldo 18 ildən sonra ilk dəfə...
Kriştianu Ronaldo Portuqaliya millisinin Norveçə qarşı keçirdiyi oyunu ehtiyatdan izləyib. "Qafqazinfo" xəbər verir ki, 18 ildən sonra ilk dəfə superulduz yığmasının heyətində rəsmi matçda meydana çıxmayıb. Portuqalların 2:1 hesabı ilə qalib gəldikləri matçda Ronaldo sonradan da oyuna daxi
28 sentyabr"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub
Misli Premyer Liqasında VII turun oyun cədvəli müəyyənləşib. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun "Qarabağ" - "Neftçi" oyunu oktyabrın 17-də keçiriləcək. Qarşılaşma saat 19:00-da start götürəcək. Misli Premyer Liqası. I dövrə, VII tur. 16 oktyab
29 sentyabrAzərbaycan millisi Litvanı məğlub etdi - Video
Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi
4 oktyabrAzərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
Monteneqronun Budva şəhərində təşkil olunan U-17 Avropa çempionatında Azərbaycan millisinin daha 5 boksçusu adını 1/4 finala yazdırıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından bildirilib. Həsrət Məmmədov (46 kq) Camal Dustiyevlə (Rusiya) gücünü yoxlayıb və 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27
7 oktyabrEdin Cekonun millidə son oyunu: Ulduz futbolçu ilə belə vidalaşdılar - Video
Bosniya və Herseqovina milli komandası tarixinin ən sərrast oyunçusu, hücumçu Edin Ceko yığmadakı karyerasına yekun vurub. xarici KİV-ə istinadən xəbər verir ki, İsveçlə oyunun 11-ci dəqiqəsində Bosniya və Herseqovina azarkeşləri Sarayevodakı stadionun yaxınlığında yerləşən binada milli komandada so
3 oktyabr