Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
Monteneqronun Budva şəhərində təşkil olunan U-17 Avropa çempionatında Azərbaycan millisinin daha 5 boksçusu adını 1/4 finala yazdırıb.
Bu barədə Sonxeber.az-a Azərbaycan Boks Federasiyasından bildirilib.
Həsrət Məmmədov (46 kq) Camal Dustiyevlə (Rusiya) gücünü yoxlayıb və 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Təmsilçimiz 1/4 finalda Kristian Mezeslə (Slovakiya) qüvvəsini sınayacaq.
Qardaş Rəhimov (54 kq) Şon Kellini (İrlandiya) məğlub edib. Boksçumuz rəqibinə 3:2 (28:29, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Nikita Beskaravayni (Belarus) ilə üz-üzə gələcək.
Əli Abaslı (60 kq) Zeki Uğurdan (Türkiyə) güclü olub. Hər 3 raundu xeyrinə bitirən milli üzvü yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. Abaslı 1/4 finalda Aleksandru-Ahile Buhanuyukla (Moldova) döyüşəcək.
Yusif Həsənli (66 kq) Lukas Fulanoviçi (Xorvatiya) mübarizədən kənarlaşdırıb - 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşündə Raul Barone (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.
Hidayət Məmmədov (70 kq) isə Joel Şutsa (İsveçrə) qalib gəlib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Boksçumuz 1/4 finalda Sandro Tsimtsba (Rusiya) ilə qarşılaşacaq.
Boksçularımız 1/4 final döyüşlərinə oktyabrın 8-də çıxacaqlar.
Qeyd edək ki, daha öncə millimizin 6 idmançısı adını 1/4 finala yazdırıb, 3 boksçu isə 1/8 final döyüşünə çıxacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 127 Tarix: 07 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah"ın oyununa 45 min bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla
5 oktyabrFransanın məşhur klubu 1 avroya satıldı
Fransanın "Bordo" klubu investisiya fondu Park Bench-in komandaya 1 avro qarşılığında sahib olmasına razılıq verildiyini açıqlayıb. xəbər verir ki, sövdələşmə klubun ləğv olunmasının qarşısını almağa imkan verəcək. Park Bench eyni zamanda "Bordo"nun üzərinə düşən böyük məbləğdə borclar
30 sentyabrBakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
Bu gün Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar başlanıb. Bu barədə -a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib. Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən təşkil edilən seminarlar tanınmış məşqçi Yevgeni Timçenkoya həvalə olunub. Qazaxıstanlı mütəxəssis oktyabrın 7-də
1 oktyabr"Napoli"nin futbolçusu Matias Olivera zədələnib
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İtaliyanın "Napoli" klubunun və Uruqvay yığmasının futbolçusu Matias Olivera zədələnib. Neapol təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, oyunçu millinin düşərgəsində olarkən xəsarət alıb. Tibbi müayinələrdə
5 oktyabrCüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib. K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki
4 oktyabr"Murov Az Terminal" voleybolçu Anastasiya Baydyuku transfer edib
Qadınlardan ibarət "Murov Az Terminal" voleybol kollektivi heyətinə yeni oyunçu cəlb edib. Bu barədə -a klubun mətbuat xidmətindən məlumat verilib. Komanda hücumçu Anastasiya Baydyuku sıralarına cəlb edib. Gənc voleybolçu qarşıdakı mövsümdə "Murov Az Terminal"ın uğurları üçün mübariz
28 sentyabrAzərbaycan millisi Litvanı məğlub etdi - Video
Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi
4 oktyabr