Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı?

Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı?"Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin yaxın vaxtlarda heç bir qarşılıqlı addım gözlənilmədən, "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var".

Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikri erməni vəkil Ovannes Xudoyan irəli sürüb.

Hüquqşünasın sözlərinə görə, hadisənin təfərrüatını və irəli sürülən ittihamların reallığa nə dərəcədə uyğun olduğunu qəti şəkildə qiymətləndirmək üçün hələ tezdir. Xudoyan istintaqın ilk günlərində yayılan ziddiyyətli məlumatlara diqqət çəkib.

Vəkil hesab edir ki, mövcud vəziyyət nəzərə alınmaqla, hərbçiyə adam öldürməyə cəhdə qədər daha ağır maddələrlə ittihamlar verilə bilərdi. Bununla yanaşı, o, əsgərin yolu azaraq, yoxsa qəsdən sərhədi keçdiyinin istintaq gedişində tam aydınlaşacağını vurğulayıb.

Xudoyanın fikrincə, hərtərəfli araşdırmanın hələ aparılmadığı ilk gündə insidentlə bağlı bəzi məlumatların ictimailəşdirilməsi müəyyən şübhələr yaradır. O, baş verən hadisəyə görə yalnız Azərbaycan hərbçisinin deyil, eyni zamanda sərhəd pozuntusunun qarşısını almalı olan şəxslərin də məsuliyyət daşıdığını bildirib.

"Həm Azərbaycan hərbçisi, həm də bunu əngəlləməli olub vəzifəsini icra etməyənlər günahkardır", - deyə o qeyd edib.

Vəkilin sözlərinə əsasən, hərbçinin əməllərinə verilən hüquqi qiymət gələcəkdə dəyişə bilər: hazırda daha yüngül ittiham irəli sürülsə də, sonradan bu, daha ağır maddə ilə əvəzlənə bilər. O, istintaq prosesinin davam etdirilməsinin və hərbçiyə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən sərt maddənin tətbiq olunmasının tərəfdarı olduğunu vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 366   Tarix: 07 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Heydər Əliyev prezident seçildikdən sonra Azərbaycanda dövlətçiliyin real məzmunda qurulması prosesi başladı

"Azərbaycanın müstəqil dövlətçiliyinin iqtisadi, siyasi, hüquqi və diplomatik müstəvidə əsl qurulma prosesi məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra başladı. Müstəqilliyin elan olunmasından Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər Azərbaycanda dövlət quruculuğu baxımından bir boşluq va

3 oktyabr
.

Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı?

"Ermənistanda saxlanılan Azərbaycan hərbçisinin yaxın vaxtlarda heç bir qarşılıqlı addım gözlənilmədən, "xoşməramlı jest" kimi Bakıya təhvil verilməsi ehtimalı var". Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikri erməni vəkil Ovannes Xudoyan irəli sürüb. Hüquqşünasın sözlərin

7 oktyabr
.

İlham Əliyev Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib və Azərbaycan dilində deyib:

5 oktyabr
.

Uğurlu nəticələrlə yadda qalan qurultay

"Dünya siyasətində iqtisadi maraqlarla təhlükəsizlik hesablarının bir-birinə bağlandığı mərhələdə Azərbaycanın strateji çəkisi artır. Avrasiyanın kəsişmə nöqtəsində formalaşan güc balansı təkcə karbohidrogen resurslarının nəqli ilə məhdudlaşmır, bilavasitə tərəfdaş dövlətlərin milli təhlükəsizli

3 oktyabr
.

"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya

"Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Hanninqlə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkild

7 oktyabr
.

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. AZƏRTAC-a istinadən xəbər veri

6 oktyabr
.

Prezidentin sosial şəbəkə hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:

5 oktyabr
.

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlə

7 oktyabr
.

YAP-ın VIII Qurultayından əsas mesajlar

"Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident, YAP-ın Sədri İlham Əliyevin çıxışı Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun nəticələri ilə qarşıdakı dövrün əsas vəzifələrinin vahid strateji xətt üzrə təqdim olunması baxımından diqqət çəkir. Qurultayın Azərbaycanın ərazi bütövlüyünü

3 oktyabr