Badamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindəki sürüşmə səbəbindən əhaliyə ərazini müvəqqəti tərk etmələri tövsiyə olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Səbail İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, son günlər yağan intensiv yağışlar nəticəsində sözügedən ünvanda sürüşmə prosesi yenidən aktivləşmiş, ərazidə ciddi deformasiyalar və dağıntılar yaranıb:
"Prosesin daha geniş sahəni əhatə etməsi ehtimalı ərazidəki yaşayış evləri, digər tikililər və sakinlərin təhlükəsizliyi üçün risk yaradır. Yaranmış vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanmışdır. Eyni zamanda, sakinlərə mövcud təhlükə barədə ətraflı məlumat verilmiş və təhlükəsizlik məqsədilə ərazini müvəqqəti tərk etmələri tövsiyə olunub".
***
Badamdardakı sürüşmə sahəsində çatlar genişlənib, aktivlik davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar-20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.
Ərazidə vəziyyətin dinamikası izlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 353 Tarix: 20 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı - Fotolar
Tədbirlər planına uyğun olaraq, paytaxt rayonlarında qış mövsümünə hazırlıqla bağlı tədbirlər başa çatıb. xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hazırda şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyət
20 noyabr21° isti... - Sabahın havası
Noyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanı
20 noyabrƏhalinin son sayı - Açıqlandı
İlin əvvəlindən ölkə əhalisinin sayı 20474 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il oktyabr ayının 1-i vəziyyətinə 10282825 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi ( DSK) məlumat yayıb. Bildirilib ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış
20 noyabrSumqayıtda yol çökdü
Sumqayıtda yolun daha bir hissəsi çöküb. -ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Çökmə ilə əlaqədar əraziyə Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülüb, problemin aradan qaldırılması istiqamətind
21 noyabrJurnalistlər üçün müsabiqə elan edildi
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib. xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib. portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir. Jurnalist müsabiqənin elan olunduğu günədək so
20 noyabrGənc oğlan 15 yaşlı qızı qaçırdı, polis hərəkətə keçdi
Sabirabad rayonunda 17 yaşlı oğlanın 15 yaşlı qızı qaçırması ilə bağlı araşdırmalara başlanılıb. -a istinadən xəbər verir ki, hadisə noyabrın 19-da rayonun Cavad kəndində qeydə alınıb. Məlumata görə, ata 2011-ci il təvəllüdlü qızının 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədilə qaçırılmas
20 noyabrAğdamın işğaldan azad olunmasından 6 il ötür
Bu gün - noyabrın 20-i Ağdam Şəhəri Günüdür. -ın xəbərinə görə, şəhərin erməni işğalçılarından təmizlənməsindən altı il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayara
20 noyabr