Düşünülmüş və məqsədyönlü siayasət
Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı olduqca əhəmiyyətli idi. Ölkəmizin başçısı Şuranın geniş tərkibdəki iclasında çıxışında mühüm məsələlərə toxundu. Azərbaycanın MDB məkanında hər zaman sülh və əməkdaşlığa nail olmaq üçün vacib təşəbbüslərlə çıxış etdiyi qeyd edildi.
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib.
Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib.
Azərbaycan Respublikası 1993-cü il sentyabrın 24-də MDB Dövlət Başçıları Şurasının iclasında qəbul edilən qərarla təşkilata üzv olub. Bu addım Azərbaycanın müstəqillik dövrünün ilk illərində regional əməkdaşlıq proseslərinə fəal qoşulmasına və tərəfdaş dövlətlərlə münasibətlərini yeni müstəvidə inkişaf etdirməsinə imkan yaradıb. Azərbaycan MDB çərçivəsində fəaliyyətini hər zaman öz milli maraqları və beynəlxalq hüququn prinsipləri əsasında qurub. Ölkəmiz təşkilat daxilində qəbul edilən sənədlərə münasibətdə müstəqil mövqe sərgiləyib, zəruri hallarda xüsusi rəylər və qeyd-şərtlər təqdim edib.
MDB-nin institusional strukturu isə geniş mexanizmləri əhatə edir. Təşkilatın əsas nizamnamə orqanlarına Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası, Sərhəd Qoşunları Komandanları Şurası və Parlamentlərarası Assambleya daxildir. Qeyd edək ki, Azərbaycan İqtisad Məhkəməsinin üzvü deyil. Ümumilikdə MDB çərçivəsində 84 orqan təsis olunub, onların 66-sı sahəvi qurumlardır. Bu strukturlar iqtisadiyyat, nəqliyyat, energetika, elm, təhsil, mədəniyyət və digər istiqamətlərdə əlaqələrin inkişafına xidmət edir.
MDB-nin ali orqanı olan Dövlət Başçıları Şurasının iclasları adətən ildə bir dəfə keçirilir. Bu görüşlərdə siyasi, iqtisadi, mədəniyyət, humanitar və hüquq-mühafizə məsələləri, eləcə də iştirakçı dövlətlərin maraq dairəsinə daxil olan digər mövzular müzakirə olunur.
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib.
Preident İlham Əliyev qeyd edib ki, humanitar əməkdaşlıq əsas istiqamətlərdən biridir. O, Laçının Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığını bildirib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan verdi. Qonaqlarımız onun sürətli dirçəlişinin, eyni zamanda, aparılan bərpa işlərinin miqyasının şahidi ola bildilər".
Bildirilib ki, Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir. Dövlətimizin başçısı vurğulayıb: "2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır".
MDB Dövlət Başçıları Şurasının iclası və bu əsasda təşkil edilmiş digər formatlı tədbirlər müəyyən əsas mövzular üzərində daha intensiv müzakirələrin aparılması baxımından önəmlidir.
Bu platformada da bir daha Azərbaycan II Qarabağ müharibəsindən sonra yaratmış olduğu yeni reallıq, sülh, əməkdaşlıq, regional kommunikasiya xəttlərinin açılması fonunda yaranacaq situasiya önə çəkilib. Bu baxımdan da Azərbaycan üçün diplomatik platformada mövqeyini ortaya qoymaq, həm də MDB daxilində strateji maraqları dilə gətirmək üçün bu vacib imkan idi. Bu bir reallıq ki, MDB kimi platformalarda Azərbaycan aktiv iştirak edir. Sözsüz ki, Prezident İlham Əliyevin Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında etdiyi çıxış, Azərbaycana diplomatik arenada müəyyən mesajlar ötürmək baxımından düşünülmüş və məqsədyönlü bir addım kimi də dəyərləndirilir. Ölkəmizin ortaya qoymuş olduğu bu mövqe MDB daxilində Azərbaycanın dayanıqlı rolunu regional əməkdaşlıq üçün yeni impulslar yaratmağa yönəlmiş təşəbbüslərinin bariz nümunəsidir.
Metin Hüseynov - politoloq
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
Gündə minimum addım sayı təyin edildi
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar