Japarov MDB liderlərini Qırğızıstana dəvət etdi

Japarov MDB liderlərini Qırğızıstana dəvət etdiQırğızıstan Prezidenti Sadır Japarov MDB çərçivəsində ticari-iqtisadi, investisiya və istehsalat əməkdaşlığının, eləcə də energetika, nəqliyyat, logistika və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsinin vacibliyini qeyd edib.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

Qırğızıstan prezidenti, həmçinin aqrosənaye kompleksində və innovasiyalar sahəsində əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb. Bundan əlavə, S.Japarov MDB ölkələrinin liderlərini 2027-ci ilin oktyabrında Qırğızıstanda keçiriləcək "Bişkek+25" İkinci Qlobal Dağ Sammitində iştiraka dəvət edərək, turizm və dağlıq regionların inkişafı sahəsində qarşılıqlı fəaliyyət perspektivlərini qeyd edib.

Mədəni-humanitar əməkdaşlıq çərçivəsində S.Japarov 2028-ci ildə qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 100 illiyi ilə əlaqədar MDB himayəsi altında birgə tədbirlərin keçirilməsini təklif edib.

S.Japarov, həmçinin Qırğızıstanın MDB-nin möhkəmləndirilməsinə töhfə verməyə davam etməyə hazır olduğunu təsdiqləyib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 169   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

"Bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib". AZƏRTAC-a istinadən xəbə

9 oktyabr
.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir

"Prezident İlham Əliyevin Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı bu regionun dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi, həm ikitərəfli formatda, həm də ümumilikdə Mərkəzi Asiya kontekstində münasibətlərin inkişaf etdirilməsi baxımında

9 oktyabr
.

"Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın əsas istiqamətlərindən biri Xəzər üzərindən əməkdaşlıqdır" - Könül Nurullayeva

"Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri, Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı əlaqələrin yüksək səviyyədə inkişafını göstərir. Bakı-Aşqabad münasibətlərinin son dövrdə sürətlə intensivləşməsi təsadüfi deyil

9 oktyabr
.

Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi

Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd

9 oktyabr
.

İlham Əliyevin Türkmənistan səfəri: Azərbaycan Mərkəzi Asiya ilə əməkdaşlığın yeni mərhələsini formalaşdırır

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri ölkəmizin Mərkəzi Asiya istiqamətində həyata keçirdiyi fəal və məqsədyönlü xarici siyasətin növbəti mühüm göstəricisidir. Dövlət başçısının Türkmənbaşı şəhərinə səfəri Azərbaycanla Mərkəzi Asiya ölkələri arasınd

8 oktyabr
.

Azərbaycan regionlararası ticarət əlaqələrinin əsas logistika qovşaqlarından birinə çevriləcək

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərind

8 oktyabr
.

Nikol Paşinyan Azərbaycanla sülh prosesində Almatı Bəyannaməsinin rolundan danışıb

"Almatı Bəyannaməsi Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasında mühüm rol oynayıb". "Report"a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının iclasında bildirib. Onun sözlərinə görə, 21 dekabr 1991-ci il tarixl

9 oktyabr
.

Azərbaycan-Mərkəzi Asiya əlaqələrində YENİ MƏRHƏLƏ: Ekspertdən AÇIQLAMA

"Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətləri çox yüksək səviyyədə inkişaf etdirib. Bu ölkələr Azərbaycanın soydaşlarıdır. Tarixi, mədəni və siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və köklü tarixə malikdir. Hətta belə deyərdim ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə tariximizin qaranlı

8 oktyabr
.

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

"Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin yeni mərhələyə keçdiyini göstərir. Azərbaycanın bu əməkdaşlıq formatında tamhüquqlu üzv kim

9 oktyabr