ABŞ İrana qarşı yeni hərbi əməliyyata hazırlaşır? Trampın növbəti addımı gözlənilir
ABŞ və İran arasında davam edən müharibə fonunda Vaşinqtonun növbəti hərbi addımları beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ Prezidenti Donald Tramp administrasiyası Tehrana qarşı hərbi və iqtisadi təzyiqləri davam etdirir. Bununla yanaşı, regionda ABŞ qüvvələrinin təhlükəsizliyi və Hörmüz boğazında gəmiçilik məsələləri xüsusi diqqət mərkəzindədir.
"The National" nəşrinin yaydığı məlumata görə, Hörmüz boğazında üç neft tankerinin dəniz minalarına düşərək partladığı və yanğın baş verdiyi bildirilir. Hadisə ilə bağlı məlumatlar hələ müstəqil şəkildə təsdiqlənməyib.
ABŞ-ın regiondakı hərbi fəaliyyəti də davam edir. ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper Yaxın Şərqə səfər edərək Səudiyyə Ərəbistanı, Qətər və İsrailin yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib. Görüşlərdə regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.
Digər tərəfdən, ABŞ administrasiyası İranla bağlı diplomatik variantları da nəzərdən keçirir. Associated Press-in məlumatına görə, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio Qətərin baş naziri ilə ayrı-ayrılıqda görüşüblər. Qətər müharibənin dayandırılması istiqamətində vasitəçilik səylərini davam etdirir.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, hazırda əsas diqqət Donald Trampın İranla bağlı növbəti qərarına yönəlib. Vaşinqtonun hərbi əməliyyatları genişləndirib-genişləndirməyəcəyi və diplomatik danışıqların nəticə verib-verməyəcəyi regiondakı vəziyyətin gələcək istiqamətini müəyyənləşdirəcək.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 142 Tarix: 24 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Titanik"in sərnişininə məxsus brilyant üzük 150 min funt-sterlinqə satılıb
"Titanik" gəmisinin batmasından sağ çıxan məşhur sərnişinlərdən biri Ledi Lüsi Daff-Qordonun brilyant üzüyü hərracda 150 min funt-sterlinqə (təxminən 165 min dollar) satılıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Lüsi Daff-Qordon 1912-ci il aprelin 15-də baş verən faciə zamanı həmin üzüy
23 noyabrNorveç 2 milyard avro dəyərində hava hücumundan müdafiə raketləri alacaq
Norveç hökuməti aviabazaları və kritik infrastrukturu hava təhdidlərindən qorumaq məqsədilə təxminən 22 milyard Norveç kronu (2 milyard avrodan çox) dəyərində hava hücumundan müdafiə (HHM) raketləri almağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə hökumətin saytındakı məlumatda bildirilib
22 noyabrRusiyada qadının ağız boşluğunda yeddi il əvvəl unudulmuş iynə tapıldı
Rusiyanın Vladivostok şəhərindəki stomatoloji klinikalardan birinin həkimləri pasiyentin ağız boşluğunda iynə tapıblar. xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb. Qeyd olunur ki, yerli sakin təxminən yeddi il ağzında yad cisimlə gəzib. Qadın bildirib ki, uzunmüddətl
22 noyabrAİ Şurası Ukraynaya 1 milyard avro məbləğində hərbi yardım ayırıb
Avropa İttifaqı (Aİ) Şurası Avropa Sülh Fondu (EPF) çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində yeni hərbi yardımın verilməsi barədə qərar qəbul edib. "Report" Aİ Şurasının bəyanatına istinadən xəbər verir ki, vəsaitlər Ukrayna Silahlı Qüvvələri üçün silahların birgə satınalınmasına yönəldiləcək
22 noyabrTramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"
ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq istəyən 100 nəfərin olduğunu açıqlayıb. xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "Dörd-beş nəfər namizəd barədə düşünürəm. Deyim ki, bu işi əldə etmək istəyən 100 nəfər var"
22 noyabrBraziliyanın sabiq prezidenti Bolsonaru reanimasiyada qalır
Braziliya xəstəxanasının reanimasiya şöbəsində olan keçmiş Braziliya prezidenti Jair Bolsonaroya kəskin bağırsaq keçməzliyi diaqnozu qoyulub. xəbər verir ki, bu barədə "CNN Brasil" tibb müəssisəsinin açıqladığı tibbi bülletenə istinadən məlumat yayıb. Bildirilib ki, sabiq dövlət başçısını
23 noyabr