Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq.
Globalinfo.az xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyalar üzrə müvafiq addımlar atılacaq:
Media və internet: LGBT münasibətlərini təşviq etdiyi hesab olunan məlumatların yayılması məhdudlaşdırılacaq.
Reklam və kino: Müvafiq məzmunun reklam və filmlərdə yayılması, təbliği qadan ediləcək.
Təhsil: Məktəblərdə qeyri-ənənəvi seksual orientasiyaları təbliğ edəcək məzmun birmənalı olaraq məqbul hesab edilməyəcək.
Hüquqi məsuliyyət: qanun pozulması hallarında cərimə və digər inzibati tədbirlər tətbiq olunacaq.
Qeyd etmək lazımdır ki, müvafiq qanunun tətbiqi ilə bağlı əsaslandırma ilk növbədə uşaqların sağlamlıq və inkişafına zərərli hesab edilə biləcək informasiyalardan qorunması ilə bağlıdır. Sözügedən qanunla "qeyri-ənənəvi seksual orientasiyanın" və pedofiliyanın təbliği uşaqlar üçün qadağan olunmuş informasiya kateqoriyasına daxil ediləcək. Müvafiq kateqoriyaya aid məlumatların yetkinlik yaşına çatmayan şəxslərə yayılması qadağan olunacaq.
Müvafiq proses eyni zamanda kütləvi informasiya vasitələrinə də şamil olunacaq. Pozuntu aşkarlandıqda media qurumlarının fəaliyyətinin dayandırılması, xarici media üçün isə ölkədə fəaliyyət icazəsinin ləğvi kimi tədbirlər nəzərdə tutulacaq. Media qurumunun sahibi və media rəhbəri üçün də məsuliyyət qaçılmaz olacaq.
Təbii ki, informasiya məkanının sürətlə genişlənməsi fonunda sözügedən qanunun tətbiqi telekommunikasiya şəbəkələri və onlayn platformalar üçün də eyni dərəcədə əhəmiyyətli olacaq. Buna görə internetdə paylaşım, video, bloq yazısı və ictimai çağırışlar qanunun tətbiq dairəsinə düşə bilər.
Eyni zamanda reklam və kino sahəsində də qanunun tətbiqi böyük həssaslıq tələb edəcək.
Qeyd edək ki, qanunun tətbiqi ilə eyni zamanda hüquqi məsuliyyət də ortaya çıxır. Belə ki, qanun pozuntusunun xarakterindən asılı olaraq cərimələr, təkrar xətaya yol verdikdə inzibati həbs tətbiqi mümkündür.
Media və internet resurslarına qarşı tənbeh tətbirləri də müvafiq hüquqi prosedurlar çərçivəsində həyata keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 489 Tarix: 10 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşApteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, aptek təşkilatlarının nəzdində fəaliyyət göstərən optika şöbələrinin fəaliyyəti müvafiq normativ hüquqi aktlarla tənzimlənir: "Apte
23 noyabrBakının iki böyük rayonunda su olmayacaq
Paytaxtın bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı məlumat yayıb. Bildirilib ki, magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı 25.11.2026-cı il tarixində gün ərzində Səbail və Yasama
23 noyabrMəktəblərdə payız tətili başa çatdı
Bu gündən - noyabrın 23-dən ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ili üzrə payız tətili başa çatıb. xəbər verir ki, noyabrın 16-dan başlayan beşgünlük payız tətili 20 noyabr tarixinədək davam edib. Şənbə və bazar günləri də nəzərə alınmaqla beş günlük iş həftəsi ilə fəaliyyət göstərən ümum
23 noyabrGüclü külək əsəcək - Xəbərdarlıq
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızıda narıncı xəbərdarlığ
23 noyabrAzərbaycanda beşinci sinif şagirdi vəfat etdi
Azərbaycanda məktəbli vəfat edib. -a istinadən xəbər verir ki, 5-ci sinif şagirdi Emilya dünyasını dəyişib. Məktəblinin ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, Emilya Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi olub
23 noyabrBakıda yeni işıqforlar bu qaydada çalışacaq - Foto
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb. -ın məlumatına görə, NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Onların iş prinsipi, işıq siqnallarını
24 noyabrKartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif
Bir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər. Bəs kartdan-karta köçürmələrin bu qədər böyük həcmdə olması maliyyə sistemi üçün hansı riskləri yaradır?. mövzu ilə bağlı "Kaspi"
22 noyabr