İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTOOktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:

"Sizi Azərbaycan torpağında bir daha görməkdən şadam. Xoş gəlmisiniz.

Qısa səfər olmasına baxmayaraq, düşünürəm ki, çox məhsuldar olacaq.

Yaxşı bilirik ki, xalqlarımız arasında qardaşlıq münasibətləri qədim tarixə malikdir və bu gün biz həmrəylik, dostluq, əməkdaşlıq nümayiş etdiririk.

Çeçenistan Respublikasının fəal və sürətli inkişafında qazandığınız bütün uğurlara görə sizi təbrik edirəm. Uğurlarınıza sevinirik və respublikanın inkişafında, rifahın yaxşılaşdırılmasında sizə yeni nailiyyətlər arzulayırıq.

Bilirsiniz ki, sizi burada görməyimizə həmişə şadıq".

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov deyib:

"Hörmətli İlham Heydər oğlu, Azərbaycanı və Çeçenistan Respublikasını daim bir çox cəhətlər birləşdirir. Şəxsən mənim üçün bu, Azərbaycan Prezidenti Heydər Əliyev ilə Rusiyanın Çeçenistan Respublikasının birinci Prezidenti Əhməd Kadırov arasında qardaşlıq münasibətidir. Allah onların hər ikisinə rəhmət eləsin. Onların hər ikisi sülh, sabitlik və mehriban qonşuluq münasibətləri üçün səy göstərirdi, bu səbəbdən mən buraya qonşulara deyil, qardaşlara səfərə gəlmişəm.

2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir.

Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, xalqınızı Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim. Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək.

Bu günlərdə Bakıda cüdo üzrə dünya çempionatı keçirilir. Sizin idmançıları layiqli nəticələr münasibətilə təbrik etmək istəyirəm. Çeçenistan Respublikasında Vladimir Vladimiroviç Putin adına cüdo üzrə Olimpiya Hazırlığı Mərkəzi fəaliyyət göstərir. Əminəm ki, birgə idman tədbirləri faydalı olacaq.

İlham Heydər oğlu, səmimi qəbula görə Sizə təşəkkürümü bildirirəm. Azərbaycan xalqına səmimi-qəlbdən sülh, sabitlik, əmin-amanlıq və tərəqqi arzulayıram.

Səmimi qəbula görə bir daha sağ olun".

Prezident İlham Əliyev deyib:

"Xoş sözlərinizə görə sağ olun. Bir daha xoş gəlmisiniz. Siz çox düzgün qeyd etdiniz ki, bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma şəraitində yaşayıblar, bir-birini dəstəkləyiblər.

Amma bizim böyük liderlərimiz inkişafın müasir mərhələsində xalqlarımızın daha da yaxınlaşmasında əsas rol oynayıblar. Əhməd Hacı Kadırovun Çeçenistanda, Heydər Əliyevin Azərbaycanda xatirələrinin anılması, həmçinin xalqlarımızın öz ənənələrinə, həyat tərzinə sadiqliyini və müasir inkişafın əsasını qoyanlara ehtiramını nümayiş etdirir.

Sizi bir daha təbrik edirəm. Müşahidələrimə, gördüklərimə və mənə edilən məruzələrə əsasən sizin rəhbərliyinizlə Çeçenistan Respublikasının necə sürətlə inkişaf etdiyini bilirəm. Bu, bizi səmimi-qəlbdən sevindirir. Siz sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi, sosial inkişaf üzrə çox böyük uğurlar qazanmısınız.

Siz Azərbaycana ilk dəfə səfər etmirsiniz. Bilirəm ki, Azərbaycan sizin üçün yaxın ölkədir. Əminəm ki, sizi gələcəkdə də Azərbaycanda tez-tez görə biləcəyik. Bir daha xoş gəlmisiniz".

Çeçenistanın başçısı Ramzan Kadırov: "Çox sağ olun".

Prezident İlham Əliyev: "Sağ olun".

Söhbət zamanı müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

15:44

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib.

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTOİlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTOİlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTOİlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTOİlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTOİlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTOİlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTOİlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTOİlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 238   Tarix: 10 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Japarov MDB liderlərini Qırğızıstana dəvət etdi

Qırğızıstan Prezidenti Sadır Japarov MDB çərçivəsində ticari-iqtisadi, investisiya və istehsalat əməkdaşlığının, eləcə də energetika, nəqliyyat, logistika və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsinin vacibliyini qeyd edib. "Report"a istinadən xəbər veri

9 oktyabr
.

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində yeni mərhələ

"Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşü Azərbaycan ilə region ölkələri arasında münasibətlərin artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlıq müstəvisinə keçdiyini göstərir. Görüşdə qəbul edilə

9 oktyabr
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

8 oktyabr
.

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

"2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Çeçenistan Respublikasını

10 oktyabr
.

İlham Əliyev Türkmənbaşıda konsert proqramında - Video

Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev görüşdən sonra baş tutan konsert proqramında iştirak edib. Həmin görüntüləri təqdi

8 oktyabr
.

Cəbrayıldakı mina partlayışları ilə bağlı - XİN-dən açıqlama

"Bu gün Cəbrayıl rayonunda ata və oğul mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu insidentlə 2020-ci il müharibəsi başa çatandan sonra Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb". "Qafqazinfo" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabınd

8 oktyabr
.

Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"

"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər

9 oktyabr
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

9 oktyabr
.

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi

Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibində dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

10 oktyabr