Kriminal xəbərlərdə saxlanılan şəxslərin üzü niyə gizlədilir? - AÇIQLAMA

Kriminal xəbərlərdə saxlanılan şəxslərin üzü niyə gizlədilir? - AÇIQLAMAKriminal xəbərlərdə saxlanılan və ya cinayət törətməkdə şübhəli bilinən şəxslərin görüntülərinin yayımlanması mediada tez-tez müzakirə olunan məsələlərdəndir. Bəzi hallarda şəxslərin üzləri gizlədilir, digərlərində isə görüntüləri açıq şəkildə təqdim olunur. Halbuki məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kəs təqsirli hesab edilə bilməz və medianın da şəxsin hüquqlarını qorumaqla bağlı öhdəlikləri var.

Bəs, qanunvericilik şübhəli və təqsirləndirilən şəxslərin görüntülərinin yayımlanmasını necə tənzimləyir? Media nümayəndələri hansı hallarda onların üzünü və kimliyini açıqlaya bilərlər? Məhkəmə hökmü olmadan şəxsin görüntüsünün yayılması onun hüquqlarının pozulması və media üçün hüquqi məsuliyyət yarada bilərmi?
Kriminal xəbərlərdə saxlanılan şəxslərin üzü niyə gizlədilir? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, Azərbaycan qanunvericiliyində kriminal xəbərlər hazırlanarkən şübhəli və ya təqsirləndirilən şəxslərin üzünün gizlədilməsini birbaşa tənzimləyən ayrıca norma olmasa da, bu məsələ Konstitusiyanın, Cinayət-Prosessual Məcəllənin, Mülki Məcəllənin, "Media haqqında" Qanunun və şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyin tələbləri əsasında müəyyən edilir.

"Burada əsas meyarlar təqsirsizlik prezumpsiyası, şəxsi və ailə həyatının toxunulmazlığı, şərəf və ləyaqətin müdafiəsi, eləcə də ibtidai istintaq sirrinin qorunmasıdır. Məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olmadan şəxsi cinayətkar kimi təqdim etmək təqsirsizlik prezumpsiyasına ziddir. Buna görə də hələ sübuta yetirilməmiş ittihamla bağlı şəxsin üzünün açıq göstərilməsi onun cəmiyyətdə əvvəlcədən günahkar kimi damğalanmasına səbəb ola bilər.

Media nümayəndələri şübhəli və ya təqsirləndirilən şəxslərin görüntülərini yalnız qanunvericiliyin icazə verdiyi çərçivədə, ictimai maraqla şəxsi hüquqlar arasında tarazlığı gözləməklə yayımlaya bilərlər. Məsələn, açıq məhkəmə iclaslarından çəkilişlər, hüquq-mühafizə orqanlarının rəsmi qaydada yaydığı məlumatlar, axtarış və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə yayımlanan görüntülər, şəxsin öz razılığı və ya yüksək ictimai əhəmiyyət daşıyan hadisə barədə məlumatlandırma zərurəti belə hallara aid edilə bilər. Lakin bu zaman da yetkinlik yaşına çatmayanların hüquqları, istintaq sirri və şəxsin əsassız şəkildə alçaldılmaması prinsipi qorunmalıdır.

Məhkəmə qərarı olmadan şəxsin üzünün və kimliyinin açıqlanması hüquqi məsuliyyət yarada bilər. Ancaq məsuliyyətin yaranması üçün əsas yalnız məhkəmə qərarının olmaması deyil, konkret hüququn pozulması və hüquqpozmanın tərkib elementlərinin mövcudluğudur. Şəxs Mülki Məcəlləyə əsasən şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi, təkzib verilməsi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.

Bundan əlavə, şəxsi məlumatların qanunsuz toplanması, yayılması və ya işlənməsi, şəxsi həyatın toxunulmazlığının pozulması, böhtan və təhqir, eləcə də ibtidai istintaq məlumatlarının qanunsuz yayılması hallarında pozuntunun xarakterindən və ağırlığından asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yarana bilər.

Eyni zamanda, görüntü və kimlik məlumatlarının hüquq-mühafizə orqanlarının rəsmi icazəsi və ya ictimai maraq çərçivəsində qanuni əsasla açıqlanması mümkündür. Belə hallarda yalnız məhkəmə qərarının olmaması özlüyündə hüquqi məsuliyyət üçün əsas sayılmır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 247   Tarix: 24 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda yeni işıqforlar bu qaydada çalışacaq - Foto

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb. -ın məlumatına görə, NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Onların iş prinsipi, işıq siqnallarını

24 noyabr
.

Güclü külək əsəcək - Xəbərdarlıq

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızıda narıncı xəbərdarlığ

23 noyabr
.

Mirası qəbul etməzdən əvvəl bu məqamları mütləq araşdırın - VACİB XƏBƏRDARLIQ

Şəxs vəfat etdikdə onun yalnız əmlakı deyil, bəzi maliyyə öhdəlikləri və borcları da vərəsəlik məsələsinin bir hissəsinə çevrilir. Mirası qəbul edən vərəsələr mərhumun kreditorları qarşısında məsuliyyət daşıya bilərlər. Lakin bu məsuliyyətin hüquqi hədləri var və hər bir borc avtomatik olaraq vərəsələri

23 noyabr
.

Dəniz nəqliyyatı Bakıda tıxac problemini həll edə bilər? - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığı gündəlik həyatın ən ciddi problemlərindən biri olaraq qalır. Xüsusilə səhər və axşam saatlarında avtomobil yollarında yaranan tıxaclar insanların mənzil başına çatmaq üçün daha çox vaxt itirməsinə səbəb olur. Alternativ nəqliyyat vasitələrinin inkişafı bu problemin həlli istiqamətind

23 noyabr
.

Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı - Açıqlama

Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, universitet insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, Qarabağ Universitetinin tələbələr

23 noyabr
.

Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində aparıcı Ada Süleymanla birlikdə həlak olan sürücünün ailə üzvü olmadığı bilinib. -ın əldə etdiyi məlumata görə, sükan arxasında olan Anar Kərimov Ada Süleymanın yaxın dostu olub. Xəbərə görə, onlar restorandan birlikdə ayrılıblar. Xatırladaq ki, aparıc

23 noyabr
.

Ada ilə qəzada həlak olan şəxs iş adamının oğlu deyil - Video

Gecə saatlarında iki nəfərin ölümü ilə nəticələnən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, Alik Kərimovun oğlu, "Metak" şirkətinin icraçı direktoru Aydın Kərimov sosial şəbəkədə vide

23 noyabr
.

Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi

Azərbaycanda məktəbli vəfat edib. -a istinadən xəbər verir ki, 5-ci sinif şagirdi Emilya dünyasını dəyişib. Məktəblinin ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, Emilya Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi olub

23 noyabr
.

Mirasdan imtina edən şəxs sonradan fikrini dəyişə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mirasdan imtina etmək barədə qərar verən şəxs sonradan fikrini dəyişərək öz payını geri tələb edə bilərmi? Bəzi hallarda insanlar ailə münasibətləri, digər vərəsələrlə yaranan razılaşmalar və ya mirasın dəyəri barədə məlumatsızlıq səbəbindən mirasdan imtina edirlər. Lakin sonradan qərarlarından peşma

24 noyabr