Toyuq əti qaynadılarkən qaralır, evə üfunət iyi yayılır - Səbəb nədir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son vaxtlar istehlakçılar arasında toyuq ətinin bişirilməsi zamanı rənginin dəyişərək qaraya çalması və kəskin, xoşagəlməz qoxunun yayılması ilə bağlı narazılıqlar səsləndirilir. Bəzi hallarda toyuq əti qaynadılarkən evə yayılan üfunət qoxusu səbəbindən istehlakçılar aldıqları məhsulu istifadə etməkdən imtina edərək tullamaq məcburiyyətində qalırlar. Bu vəziyyət qida təhlükəsizliyi, məhsulların saxlanma şəraiti, istehsal və emal proseslərinə dair suallar yaradır.
Bəs toyuq ətinin qaynadılarkən qaraya çalması və kəskin qoxu yaymasının səbəbi nədir? Bu, məhsulun keyfiyyətsiz olması, düzgün saxlanılmaması, yoxsa istehsal prosesində yol verilən nöqsanlarla bağlıdır? Belə məhsulların istehlak edilməsi insan sağlamlığı üçün hansı təhlükələri yarada bilər?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Sonxeber.az-a açıqlamasında bildirdi ki, Toyuq əti qaynadılarkən rənginin qaralması və evi kəskin, xoşagəlməz qoxunun bürüməsi normal hal hesab edilmir. Bu vəziyyətin bir neçə səbəbi ola bilər və ilk növbədə məhsulun keyfiyyəti, saxlanma şəraiti və istehsal prosesləri araşdırılmalıdır. Toyuq ətinin qaynadılarkən qaralmasının səbəblərindən biri ətin tərkibindəki qan qalıqları, hemoqlobin və mioqlobinin oksidləşməsi ola bilər. Xüsusilə düzgün qanı axıdılmamış, kəsim və emal prosesində texnoloji qaydalara əməl edilməmiş quş ətində rəng dəyişiklikləri müşahidə oluna bilər. Lakin təkcə bu amil kəskin üfunət qoxusunu izah etmir.
Digər mühüm ehtimal məhsulun daşınması və saxlanması zamanı soyuq zəncirin pozulmasıdır. Toyuq əti uyğun temperaturda saxlanılmadıqda mikroorqanizmlər sürətlə çoxala, zülal və yağların parçalanması nəticəsində kəskin, çürümüş qoxu yarana bilər. Dondurulmuş məhsulun dəfələrlə əridilib yenidən dondurulması da keyfiyyətə mənfi təsir göstərir. Bundan əlavə, kəsim zamanı gigiyena qaydalarının pozulması, daxili orqanların çıxarılması prosesində çirklənmə və ətin ilkin mikrobioloji yükünün yüksək olması da belə hallara səbəb ola bilər. Almaniyanın Federal Risk Qiymətləndirmə İnstitutunun məlumatlarında da quş ətinin düzgün soyudulmaması və emal prosesindəki nöqsanların xoşagəlməz qoxu və rəng dəyişiklikləri yarada biləcəyi qeyd olunur.
Burada vacib məqam odur ki, yalnız rəng dəyişikliyinə əsasən ətin xarab olduğunu söyləmək olmaz. Lakin qaralma kəskin üfunət qoxusu, yapışqanlıq və ya selikli səthlə müşayiət olunursa, bu, xarab olma əlaməti ola bilər. Belə məhsulu dadmaq, yenidən qaynatmaq və ya digər üsullarla qoxusunu aradan qaldırmağa çalışmaq olmaz. İstehlak edilməməli və atılmalıdır. Siyəzən, Mərcan kimi müxtəlif istehsalçıların məhsullarında oxşar şikayətlərin olması isə məsələni daha ciddi araşdırmağa əsas verir. Bununla belə, konkret şirkətlərin məhsullarında problemin olduğunu laborator müayinəsiz təsdiqləmək düzgün olmaz. AQTA tərəfindən müxtəlif partiyalardan nümunələr götürülərək mikrobioloji və fiziki-kimyəvi göstəricilərin, saxlanma və daşınma şəraitinin yoxlanılması məqsədəuyğun olardı. İstehlakçılara tövsiyəm odur ki, belə məhsulların qablaşdırmasını, istehsal tarixini, partiya nömrəsini və çekini saxlasınlar, şikayətləri AQTA-ya bildirsinlər. Çünki söhbət təkcə məhsulun dad və keyfiyyətindən deyil, insanların qida təhlükəsizliyindən gedir.
Sağlam qidalanaraq sağlam yaşayın!
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri - Foto
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
Niderland məhkəməsi BYD-nin yeni modelinin satışını qadağan etdi
Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü
Qəzada ölən Ada Süleyman tanınmış aparıcı olub
Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI
"Hələ yazılacaq çox hekayəm var…" - Sonuncu dəfə bu paylaşımı edib
Şimali Amerika böyüklüyündə ərazi su altında qalıb - Orada qədim insan izləri axtarılır
Ev yalnız ər və ya arvadın adınadırsa, digərinin mülkiyyət hüququ varmı? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kredit faizləri ucuzlaşacaq? Mərkəzi Bankın növbəti qərarı nəyi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Səhər yeməyində ŞİRİN ÇAY - Mütəxəssislərdən XƏBƏRDARLIQ
Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu
Ada Süleymanın öldüyü qəza ilə bağlı cinayət işi açıldı
Kəlbəcərdə həyat yenidən başlayır