"Anarın həmin ad günündə iştirakından xəbərdar idik" - Ailədən açıqlama
Ötən gün Lökbatandakı qəzada həlak olan sərnişin, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman və sürücü Anar Kərimovun şəxsi həyatları barədə sosial şəbəkələrdə dezinformasiyalar yayılıb.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Anar Kərimovun həyat yoldaşının qardaşı Toğrul İsmayıl Modern.az-a açıqlama verib.
O, yayılan məlumatları əxlaqazidd adlandırıb: "Anar Kərimov bacımın həyat yoldaşıdır. Hadisə ilə bağlı rəsmi məlumat səhər saat 08 radələrində FHN tərəfindən yayıldı. Orada Anarın atasının adı texniki səhv olaraq Xaliq yox, Alik kimi qeyd edilmişdi. Müəyyən xəbər saytları da bundan istifadə edərək, sırf soyad uyğunluğu var deyə, heç bir araşdırma aparmadan həmin şəxsin hansısa iş adamının oğlu olduğu informasiyasını yaydılar. Daha sonra qəzada həlak olan həmkarımız Ada Süleyman ilə Anarın arasında hər hansı bir əlaqə axtarıldı. Ad çəkməyəcəyəm, amma bunu edən və bu müzakirələrə səbəb olan saytlar ölkədə yetərincə çəkiyə malikdirlər. Heç bir dəqiqləşdirmə etmədən ailənin faciəsindən istifadə edib onu cəmiyyətdə linçə məruz qoymaq nə jurnalist, nə də insan əxlaqına yaraşır".
T.İsmayıl vurğulayır ki, Anarın içkili olması ilə bağlı əsaslı bir fakt yoxdur: "Deyilir ki, Anar içkili olub. Bunu sübut edən hər hansı bir qaynaq varmı? Ekspertizada belə bir fakt təsdiq edilməyib. Belə olduğu halda, dəqiqləşdirmədən hadisənin rəngini, motivini dəyişib belə bir məlumatı yayımlamaq ən azından jurnalistika üçün ləkədir".
O, Ada Süleyman ilə Anar Kərimovun arasındakı münasibətə də aydınlıq gətirib: "Qeyd edim ki, Anar Kərimov şirkətlərin birində sadə işçi olub. Ada Süleyman ilə münasibətləri isə uzun zamandır dostluq səviyyəsindədir və bunu mən də bilirdim. Bütün ailəmiz bilirdi və həmin ad günündə iştirakından da xəbərdar idik. Bunu ona görə deyirəm ki, bəzi "ağzıgöyçək"lər məsələyə başqa don geyindirməyə çalışırlar. "Gecə vaxtı bir kişinin qadınla maşında nə işi vardı" kimi çürük beyinlərin məhsulu olan bu fikirlərə qarşı da bu açıqlama, mənim zənnimcə, yetərincə netdir. Anar vətəndaş kimi də, insan kimi də mükəmməl bir insan idi".
Qeyd edək ki, A.Süleyman ilə A. Kərimovun öldüyü qəza aparıcının dostları ilə doğum gününü qeyd etdikdən sonra yolda olarkən baş verib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 108 Tarix: 24 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşApteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, aptek təşkilatlarının nəzdində fəaliyyət göstərən optika şöbələrinin fəaliyyəti müvafiq normativ hüquqi aktlarla tənzimlənir: "Apte
23 noyabrTop ardınca qaçan uşağı maşın vurub öldürdü - Video
Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, DİN-in Baş DYP İdarəsi hadisə anının görüntülərini paylaşıb. Bildirilib ki, hadisə noyabrın 22-si saat 13:00 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış zonalarının birində qeydə alınıb. 10 yaşlı qı
24 noyabrBDU-nun 9 fakültəsinə dekan seçiləcək - Siyahı
Bakı Dövlət Universiteti bəzi fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib. "Qafqazinfo" xəbər verir ki, müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu bu gündən başlayıb. Belə ki, iştirak etmək istəyənlərin sənədləri Təhsil Nazirliyi Kollegiyasının 2017-ci i
24 noyabr"İnformasiya Təhlükəsizliyi" adlı elmi-metodiki tədris vəsaiti hazırlanıb
"İnformasiya Təhlükəsizliyi" adlı elmi-metodiki tədris vəsaiti hazırlanıb. İnformasiya Texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, vəsaitin həmmüəlliflərindən biri olmaq onun elmi-pedaqoj
24 noyabrBakıda 29 yaşlı oğlan küçədə öldü
Bakıda gənc oğlan küçədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 23-ü saat 12 radələrində Nəsimi rayonu Topçubaşov küçəsində baş verib. Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü F.Nurəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti səkidə tapılıb. Faktla bağlı araşdırmala
24 noyabrKriminal xəbərlərdə saxlanılan şəxslərin üzü niyə gizlədilir? - AÇIQLAMA
Kriminal xəbərlərdə saxlanılan və ya cinayət törətməkdə şübhəli bilinən şəxslərin görüntülərinin yayımlanması mediada tez-tez müzakirə olunan məsələlərdəndir. Bəzi hallarda şəxslərin üzləri gizlədilir, digərlərində isə görüntüləri açıq şəkildə təqdim olunur. Halbuki məhkəmənin qanuni qüvvəyə minmiş hökm
24 noyabrAda ilə qəzada həlak olan şəxs iş adamının oğlu deyil - Video
Gecə saatlarında iki nəfərin ölümü ilə nəticələnən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, Alik Kərimovun oğlu, "Metak" şirkətinin icraçı direktoru Aydın Kərimov sosial şəbəkədə vide
23 noyabrSabah bütün sosial ödənişlərin verilməsi yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının noyabrın 25-də ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 noyabrJalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi
Kolleclərə yeni təyinatlar olub. xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, müvafiq əmrlə Jalə Məmmədova Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Kəmalə Əliyeva isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris işləri üzrə direkto
23 noyabr