"İran təbliğat maşınının bu hərəkətləri, eyni zamanda dərin bir ikililik və samimiyyətsizlik nümunəsidir" - BƏHRUZ MƏHƏRRƏMOV

"İran təbliğat maşınının bu hərəkətləri, eyni zamanda dərin bir ikililik və samimiyyətsizlik nümunəsidir" - BƏHRUZ MƏHƏRRƏMOV"İran və bu ölkənin nəzarətində olan media resurslarının Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları və dünyəvi təhsil standartlarına qarşı həyata keçirdiyi təbliğat kampaniyası sağlam qonşuluq münasibətlərinin ruhuna zidd olmaqla, dərin siyasi, ideoloji və geostrateji məqsədlərə söykənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında xüsusi olaraq bəyan etdiyi kimi, xarici mərkəzlərin ölkəmizə qarşı həyata keçirdiyi ideoloji təxribatların başlıca qayəsi birliyimizi sarsıtmaq, Azərbaycanı özlərinə tabe etdirmək, müstəqillik yolumuzdan döndərmək və gələcəkdə idarə oluna bilən bir vasitəyə çevirməkdir. Bu çərçivədə İran ideoloji aparatının əsas məqsədi güclü, dünyəvi, suveren və milli-mənəvi dəyərlərinə sahib çıxan Azərbaycan dövlətinin daxili sabitliyini pozmaq, təhsil sisteminin dünyəvilik sütunlarını zədələmək və cəmiyyətdə süni sosial-dini ziddiyyətlər yaratmaqdır". Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov bildirib.
"İran təbliğat maşınının bu hərəkətləri, eyni zamanda dərin bir ikililik və samimiyyətsizlik nümunəsidir" - BƏHRUZ MƏHƏRRƏMOVOnun sözlərinə görə, bu mənada, təhsil alan azyaşlı uşaqların və gənclərin hədəf seçilməsi təsadüfi deyil, dünyagörüşü hələ formalaşmaqda olan məktəbliləri elm, bilik və vətənpərvərlik ruhundan uzaqlaşdıraraq dini doqmalar və xurafat mühitində böyütmək gələcəkdə Yaxın Şərq tipli teokratik idarəetmə modelinin tətbiqi üçün sosial zəmin hazırlamağa xidmət edir: "Azyaşlı qız uşaqlarının məcburi şəkildə dini geyim normalarına cəlb edilməsi onları həmyaşıdlarından, ümumi sosial mühitdən təcrid edir və özlərini yad bir sistemin mənsubu kimi qavramalarına şərait yaradır. Təhdidlərin böyük qismi də məhz bu sosial-psixoloji fərqliliklər üzərindən radikallaşma meyillərini təşviq etməyə hesablanmışdır.

Azərbaycan Respublikasının Konstitusiyası və "Ümumi təhsil haqqında" Qanuna əsasən, təhsilimiz dünyəvi xarakter daşıyır. Dünyəvi təhsilin əsas fəlsəfəsi uşağın etiqadını məhdudlaşdırmaq deyil, onu hər cür kənar ideoloji təzyiq və manipulyasiyalardan qoruyaraq azad düşüncəli, savadlı və vətənpərvər bir şəxsiyyət kimi formalaşdırmaqdır. Vahid məktəbli forması şagirdlər arasında sosial-iqtisadi bərabərsizliyi və ayrı-seçkilik risklərini aradan qaldıran vacib sosial alətdir. İran mediası isə hüquqi və dünyəvi dövlət prinsipini zəiflətmək məqsədilə bu daxili intizam qaydalarını qərəzli şəkildə "dinə qarşı qadağa" kimi qələmə verməyə çalışır. Baxmayaraq ki dini nöqteyi-nəzərdən də yetkinlik yaşına çatmamış uşaqların dini inancla bağlı qərarlara cəlb olunması Qurani-Kərimin "dində məcburiyyətin olmaması" prinsipinə ziddir.

İran təbliğat maşınının bu hərəkətləri, eyni zamanda dərin bir ikililik və samimiyyətsizlik nümunəsidir. Azərbaycan dövləti hər zaman İslam dininə, adət-ənənələrimizə və dini-mənəvi irsimizə ən yüksək səviyyədə qayğı göstərir. İşğaldan azad edilmiş Şuşa, Ağdam, Zəngilan və digər ərazilərimizdə 70-ə yaxın məscid və ibadət ocağının bərpa olunması, din xadimlərinə və dini konfessiyalara dövlət maliyyə dəstəyinin artırılması, eləcə də COP29 çərçivəsində Dini Liderlərin Qlobal Bakı Sammitinin və Şuşada Türk Dövlətləri Təşkilatının dini qurumlar rəhbərlərinin görüşünün keçirilməsi bunun bariz göstəricisidir. İran tərəfi məhz bu reallıqların üzərini örtmək, 44 günlük Vətən müharibəsindən sonra bölgədə Zəfər qazanmış və beynəlxalq nüfuzunu gücləndirmiş Azərbaycanın İslam dünyasındakı müsbət imicini zədələmək üçün məktəbli forması mövzusunu ideoloji silah kimi istifadə edir.

Göründüyü kimi, İran mediasının məktəblərdəki geyim tələblərinə dair sərgilədiyi reaksiya dini həssaslıqdan deyil, doğrudan-doğruya Azərbaycanın müstəqil, dünyəvi və güclü dövlət yapısını zəiflətmək niyyətindən qaynaqlanır. Bu cür ideoloji təxribatların neytrallaşdırılması üçün ən etibarlı təminat dövlətimizin dünyəvilik prinsiplərinə sadəqət nümayiş etdirməsi, təhsil sistemində nizam-intizamın qorunması və cəmiyyətin ideoloji immunitetinin yüksəldilməsidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 390   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ərazilərdə işıq olmayacaq

Təmir və yenidənqurma işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərini

12 oktyabr
.

Sabahın havası: Yağış, şimşək, duman...

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində

11 oktyabr
.

Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə vahid geyim qaydaları ilə bağlı qəbul edilən yeni qərar valideynlərin və şagirdlərin diqqət mərkəzindədir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə məktəbli formalarına dair tələblərə dəyişiklik edilib. Yeni qaydalara əsasən, müəyyən edilmiş formanın vahidliyini poza

12 oktyabr
.

65 yaş gözləmədən pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA

"Hazırda qanunvericilikdə tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün ayrıca 60 yaş pensiya həddi müəyyən edilməyib. Belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulması hüquqi baxımdan mümkündür. Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınlar üçün ümumi yaşa görə əmə

11 oktyabr
.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç

11 oktyabr
.

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

2027-dən yüksək pensiyalara yeni qayda - 7 min manatlıq pensiyanın artımı 651 manatdan 324 manata düşəcək. 2027-ci ildən Azərbaycanda pensiyaların indeksləşdirilməsi qaydası dəyişəcək. Mövcud sistemdə bütün pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq eyni faizlə artırılırdı

11 oktyabr
.

"İran təbliğat maşınının bu hərəkətləri, eyni zamanda dərin bir ikililik və samimiyyətsizlik nümunəsidir" - BƏHRUZ MƏHƏRRƏMOV

"İran və bu ölkənin nəzarətində olan media resurslarının Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları və dünyəvi təhsil standartlarına qarşı həyata keçirdiyi təbliğat kampaniyası sağlam qonşuluq münasibətlərinin ruhuna zidd olmaqla, dərin siyasi, ideoloj

12 oktyabr
.

Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - VİDEO

2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan mama-ginekoloq Mahirə İsmayılova deyi

11 oktyabr
.

Vahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri

Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın

11 oktyabr