"Dünyəvilik təhsil sisteminin müstəqilliyinin və bütün şagirdlər üçün vahid hüquqi prinsiplərin qorunmasıdır" - Könül Nurullayeva

"Dünyəvilik təhsil sisteminin müstəqilliyinin və bütün şagirdlər üçün vahid hüquqi prinsiplərin qorunmasıdır" - Könül Nurullayeva"Bəzi qərəzli qüvvələrin məktəblərdə daxili intizam qaydalarının və vahid geyim forması ətrafında məsələləri məqsədli şəkildə siyasiləşdirməsi, ictimai narazılıq yaratmaq və cəmiyyətdə qarşıdurma formalaşdırmaq vasitəsinə çevirməyə çalışması yolverilməzdir. Bu qərəzli yanaşma, hər şeydən əvvəl, qanunun aliliyi, dünyəvi təhsil, təhsil müəssisələrinin siyasi təsirlərdən qorunması və uşaqların üstün mənafelərinin təmin edilməsi prinsiplərinə ziddir. Məktəb siyasi ambisiyaların həyata keçirildiyi deyil, bilik, tərbiyə və vətəndaş məsuliyyətinin formalaşdığı məkandır. Təhsil qaydaları ətrafında yaranan mübahisələr hüquqi çərçivədə və sağlam ictimai dialoq vasitəsilə həll edilməli, şagirdlər siyasi və ideoloji qarşıdurmaların iştirakçısına çevrilməməlidirlər". Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib.
"Dünyəvilik təhsil sisteminin müstəqilliyinin və bütün şagirdlər üçün vahid hüquqi prinsiplərin qorunmasıdır" - Könül NurullayevaOnun sözlərinə görə, Azərbaycan dünyəvi dövlətdir: "Dünyəvilik təhsil sisteminin müstəqilliyinin və bütün şagirdlər üçün vahid hüquqi prinsiplərin qorunmasıdır. Vahid məktəbli forması da bu kontekstdə ümumi təhsil qaydalarının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Şəxsi dini inanclara hörmətlə yanaşmaq, eyni zamanda məktəblərdə müəyyən edilmiş qanuni tələblərə əməl olunmasını təmin etmək mümkündür.

Cəmiyyətimizi və gələcəyimiz olan gəncləri yad təsirlərdən qorumaq üçün isə, ilk növbədə, ailə və məktəb əməkdaşlığı gücləndirilməlidir. Uşaqlara milli-mənəvi dəyərlər, Azərbaycançılıq ideologiyası, vətənpərvərlik, qarşılıqlı hörmət və qanunlara ehtiram aşılanmalıdır. Bununla yanaşı, gənclərdə informasiya savadlılığı və müxtəlif ideoloji manipulyasiyaları ayırd etmək bacarığı inkişaf etdirilməlidir. İdeoloji təhlükəsizlik ön planda olmalıdır. Cəmiyyətn hər bir üzvü bu təhlükələrdən qorunmağın yollarını bilməlidir.

Təhsil qaydalarına hörmət, milli dəyərlərə sədaqət və qanunun aliliyi ətrafında birləşmək həm cəmiyyətimizin sabitliyi, həm də gələcək nəsillərin təhlükəsizliyi üçün mühüm şərtdir.
Prezident İlham Əliyev də bu günlərdə diqqəti ideoloji təhlükəsizliklərə yönəldərək, bu məsələnin vacibliyini bəyan etmişdi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 247   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"

Azərbaycan kəlağayısı sadəcə baş örtüyü deyil. O, xalqımızın tarixi yaddaşını, estetik zövqünü, sənətkarlıq ənənələrini və nəsillər arasında mənəvi bağlılığı yaşadan milli mədəniyyət nümunəsidir. Kəlağayının dəyəri onun yalnız geyim elementi olmasında deyil, Azərbaycan xalqının özünəməxsusluğunu əsrlə

13 oktyabr
.

İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olara

13 oktyabr
.

Vahid məktəbli forması ümumi təhsil mühitinin formalaşmasına necə təsir edir?

Məktəblərdə vahid geyim formasının tətbiqi ümumi təhsil mühitinin formalaşması, intizamın qorunması və şagirdlər arasında bərabərliyin təmin olunması baxımından əhəmiyyətlidir. Eyni geyim forması şagirdlərin xarici görünüşü ilə bağlı fərqləri azaltmaqla diqqətin təhsilə, bilik və bacarıqların inkişafın

13 oktyabr
.

"Bulud İnşaat" xaricə 52 700 dollar köçürdü, 10 540 dollar cərimələndi - Şikayəti təmin olunmadı

"Bulud İnşaat" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (xarici valyuta vəsaitinin xaricə köçürülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət) ilə protokol tərtib edilib. Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, şirkət tərəfindən 2024-c

13 oktyabr
.

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin

12 oktyabr
.

Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərinin təhlükəli yol sahəsi olması ilə bağlı xəbərdarlıq edib. BDYPİ-dən -a verilən xəbərə görə, xəbərdarlıqda deyilir:. "Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ də bu sahəd

13 oktyabr
.

Məktəb direktorunun maşını yandırıldı - Fotolar

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelin

12 oktyabr
.

Məktəbli forması ətrafında informasiya savaşı: Azərbaycan təhsilini hədəfə alan kampaniyaların arxasında nə dayanır?

Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələr təkcə geyim qaydaları ilə məhdudlaşmamalıdır. Məsələnin mahiyyəti təhsil mühitində bərabərliyin qorunması, uşaqların sağlam sosial mühitdə yetişməsi, milli-mənəvi dəyərlərin aşılanması və cəmiyyətin xarici informasiy

13 oktyabr
.

Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan "44" bədii filmi ictimaiyyətə təqdim olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, filmi

13 oktyabr