Yasamal və Binəqədinin bəzi yerlərində işıq olmayacaq

Yasamal və Binəqədinin bəzi yerlərində işıq olmayacaqElektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işləri aparılacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Möhsün Qədirli, Nəriman Nərimanov və Rahib Tağıyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

"Binəqədi RETSİ-nə daxil olan 9-cu mikrorayon Mir Cəlal küçəsinin bəzi ərazilərində 09:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar", - deyə məlumatda qeyd edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 578   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Eyni ərazidə torpaqların qiyməti niyə kəskin fərqlənir? - Ekspertdən AÇIQLAMA

Daşınmaz əmlak bazarında eyni ərazidə yerləşən torpaq sahələrinin qiymətləri arasında ciddi fərqlər müşahidə olunur. Bəzən bir-birinə yaxın məsafədə yerləşən, hətta sahəsi eyni olan torpaqlar fərqli qiymətlərlə satışa çıxarılır. Bu fərqə torpağın təyinatı, sənədlərinin qaydasında olması, kommunikasiy

26 noyabr
.

155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundu

Bakıda fəaliyyət göstərən ərzaq məhsullarının satışı və təchizatı ilə məşğul "Sabko" MMC-dən külli miqdarda oğurluq olub. "Real Azərbaycan" xəbər verir ki, söhbət 155.378 manatlıq oğurluqdan gedir. Araşdırmalar nəticəsində cinayət əməlini şirkətin 3 əməkdaşı - anbardar, sürücü v

26 noyabr
.

Bakının bu ərazisində evlər söküləcək - Kompensasiya məbləği bilindi - Video

Bakının Nərimanov rayonunda yol tikintisinə görə bir sıra fərdi evlər söküləcək. "Qafqazinfo" xəbər verir ki, söküntü işləri "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilə

26 noyabr
.

Məktəb direktorları hansı meyarlarla seçilməlidir? - Müəllim və valideynlərin rəyi nəzərə alınmalıdırmı?

Məktəb direktorlarının təyin olunması və bu vəzifəyə namizədlərin seçilməsi məsələsi təhsil sahəsində yenidən müzakirə mövzusuna çevrilib. Paytaxtda 23 ümumtəhsil müəssisəsinə yeni direktorun təyin edilməsi və sabahdan direktorların işə qəbulu üzrə növbəti müsabiqənin elektron qeydiyyat mərhələsinə başlanılmas

26 noyabr
.

Sahildə batan maşını çıxarmağa gələn texnikalar qumda batdı - Video

Xaçmazda dəniz kənarında batan avtomobilləri çıxarmaq istəyən texnikalar çətin vəziyyətə düşüblər. "Qafqazinfo" "Şimal.news"a istinadən xəbər verir ki, əvvəlcə evakuator, daha sonra isə əraziyə gətirilən bir neçə traktor da sahildə batıb. Bildirilib ki, ilk olaraq sahildə batan avtomobil

26 noyabr
.

Hava ilə bağlı - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

27 noyabr
.

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bu günlərdə sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi iddiası ilə bağlı görüntülər yayılıb. xəbər verir ki, İranın Azərbaycandakı səfirliyinin məsələ ilə bağlı APA-nın sorğusun

26 noyabr
.

Şagird sayı azalır, müəllim ixtisarları arta bilər: Təhsil sistemini nə gözləyir? - AÇIQLAMA

Azərbaycanda şagird sayının azalması və əhalinin regionlardan iri şəhərlərə köçü təhsil sisteminin qarşısında yeni çağırışlar yaradır. Xüsusilə kənd məktəblərində şagird kontingentinin azalması bəzi təhsil müəssisələrinin birləşdirilməsi və ya fəaliyyətinin dayandırılması məsələsini gündəmə gətirir

26 noyabr
.

Sosial media hesablarını kiberdələduzlardan necə qoruyaq? - AÇIQLAMA

Son dövrlər sosial şəbəkə istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi halları diqqət çəkir. Dələduzlar saxta keçidlər, fişinq mesajları, saxta lotereya və kampaniyalar, eləcə də müxtəlif psixoloji manipulyasiya üsulları ilə istifadəçilərin şəxsi məlumatlarını və giriş kodların

26 noyabr