Pul köçürmələrinə görə komissiya tutulacaq: Vətəndaşları apreldən nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA
Ölkədə 2027-ci il aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqları tətbiq ediləcək. Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi yeni tariflərə əsasən, köçürülən məbləğdən asılı olaraq xidmət haqqı 3 qəpikdən 4 manatadək dəyişəcək.
Bəs yeni tariflər vətəndaşların gündəlik pul köçürmələrinə necə təsir edəcək? Bu dəyişiklik bank müştəriləri üçün hansı nəticələr doğuracaq və komissiyaların tətbiqi nə dərəcədə əsaslıdır?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, Mərkəzi Bankın açıqlamasına görə, söhbət 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək yeni tariflərdən gedir. Əsas məqam budur ki, bu məbləğlər vətəndaşlardan birbaşa tutulacaq komissiyalar deyil. Bunlar Banklararası Kart Mərkəzində emal olunan əməliyyatlara görə bankların və digər iştirakçıların ödəyəcəyi xidmət haqlarıdır. Bankların müştərilər üçün tətbiq etdiyi tariflər ayrıca müəyyən edilir.
Kartdan-karta köçürmələr üzrə yeni xidmət haqları belədir:
| Köçürmə məbləği | Xidmət haqqı |
| ---------------------- | ------------ |
| 100 manatadək | 3 qəpik |
| 100,01-1 000 manat | 10 qəpik |
| 1 000,01-10 000 manat | 50 qəpik |
| 10 000,01-40 000 manat | 2 manat |
| 40 000 manatdan yuxarı | 4 manat |
Bu tariflər banklararası ödəniş infrastrukturuna aiddir. Buna görə vətəndaşların aprelin 1-dən bütün kartdan-karta köçürmələr üçün mütləq bu məbləğləri ödəyəcəyi qənaətinə gəlmək düzgün deyil.
Mərkəzi Bankın yeni tarif siyasəti AZIPS və XÖHKS sistemlərində xidmət haqlarının yuxarı hədlərinin azaldılmasını, Ani Ödənişlər Sistemində isə daha aşağı tariflərin tətbiqini də nəzərdə tutur. Məqsəd ödəniş infrastrukturunun səmərəliliyini artırmaq və xidmət haqlarını optimallaşdırmaqdır.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızıl qiymətlərində son vəziyyət
Azərbaycanda 2026-cı il 2 oktyabr tarixinə olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7106.1105 manat, 1 qram (99 əyyar təmiz qızıl) - 228.47 manat, 1 qram İtalyan qızılı (750 əyyar) - 171.52 manat, 1 qram Türk qızılı (585 əyyar) - 133.79 manat, | 1 qram Rus qızıl
2 oktyabrAzərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb
2025-ci ildə Azərbaycanda 477 ədəd ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 4 dəfə, 2020-ci ilin göstərici ilə müqayisədə isə 239 dəfə çoxdur. Hesabat dövründə istehsal edilə
8 oktyabrÖlkədə qızılın 1 qramı bu qiymətə satılır
Azərbaycanda 15 oktyabr 2026-cı il tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7080.9675 manat, 1 qramının orta dəyəri isə 227.66 manat təşkil edib. Qiymətlər isə əyyar və mənşəyinə görə dəyişir. Belə ki, 99 əyyarlı təmiz qızılın 1 qramı 227.6
15 oktyabrQızılın qiymətində yeni göstəricilər
Mərkəzi Bank (ARMB) 8 oktyabr 2026-cı il tarixinə olan rəsmi valyuta məzənnəsini açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7 029.6700 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 226.01 manat təşkil edib. Qiymətlər əyyarlara görə dəyişir. Belə ki, təmiz qızıl (9
8 oktyabrAzərbaycanda daha 155 nəqliyyat vasitəsi özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 155 nəqliyyat vasitəsi satılıb. bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərracda start qiyməti 5 00 manat olan "Hyundai Sonata" markalı avtomobil 9 00 manata, ilkin qiyməti 4 00 mana
14 oktyabrÖlkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Mərkəzi Bank (AMB) 6 oktyabr 2026-cı il tarixi üçün valyuta məzənnəsini açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7025.2755 AZN, 1 qram qızılın qiyməti isə 225.87 AZN təşkil edib. Əyarlara və növlərə görə 1 qram qızılın qiyməti 99 əyar (Təmiz qızıl) üçün 225.87 manat
6 oktyabrİqtisadiyyat üzrə Nobel mükafatı iki amerikalıya verildi
İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlanıb. Qaynarinfo-nun məlumatına görə, builki mükafat Robert Ernest Hall və Michael Voodforda təqdim olunub. Onlar bu mükafata makroiqtisadi sabitləşmənin mikroiqtisadi əsasları istiqamətindəki fəaliyyətlərinə görə layiq görülüblər. Məlumat üçü
12 oktyabrAzərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə
1 oktyabr