Azərbaycana gətirilən əczaçılıq məhsulları 36 faiz bahalaşıb

Azərbaycana gətirilən əczaçılıq məhsulları 36 faiz bahalaşıb2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 36.2 faiz artıb. Cari ilin ilk 10 ayında isə ölkəyə gətirilən əczaçılıq məhsullarının çəkisi 18.2 faiz azalsa da, onların idxalına çəkilən xərc 22.75 milyon dollar yüksəlib.

Oxu.Az rəsmi statistikaya əsasən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycana 447.51 milyon ABŞ dolları dəyərində 12 min 70.18 ton əczaçılıq məhsulu idxal edilib.

2025-ci ilin eyni dövründə isə ölkəyə 424.75 milyon dollarlıq 14 min 750.23 ton məhsul gətirilmişdi. Beləliklə, idxalın çəkisi iki min 680.05 ton azaldığı halda dəyəri 5.4 faiz artıb.

Cari ilin yanvar-sentyabr aylarında əczaçılıq məhsulları üzrə idxal qiymət indeksi 136.2 faiz təşkil edib. Həmin dövrdə ölkə üzrə ümumi idxal qiymətlərində 26.4 faizlik artım qeydə alınıb. Əczaçılıq məhsullarının bahalaşması ümumi göstəricini 9.8 faiz bəndi üstələyib.

Əczaçılıq məhsullarının idxalına çəkilən xərclərin artması Azərbaycanın ümumi idxalının azaldığı dövrə təsadüf edib. Rəsmi məlumatlara əsasən, ölkənin bütün mallar üzrə idxalı ötən ilin ilk 10 ayındakı 19.23 milyard dollardan cari ilin eyni dövründə 15.27 milyard dollara enib. Bu isə 20.6 faiz azalma deməkdir.

Əczaçılıq məhsullarının idxal dəyərinin yüksəlməsi onların ümumi idxaldakı payının da artmasına səbəb olub. Ötən ilin yanvar-oktyabr aylarında 2.21 faiz olan bu göstərici cari ilin eyni dövründə 2.93 faizə çatıb.

9 aylıq rəsmi statistika əczaçılıq məhsulları idxalının strukturunu da müəyyənləşdirməyə imkan verir. Yanvar-sentyabr aylarında ölkəyə 382.45 milyon dollarlıq əczaçılıq məhsulu gətirilib. Bunun 339.89 milyon dolları dozalara bölünmüş və ya pərakəndə satış üçün qablaşdırılmış dərman vasitələrinin payına düşüb. Bu kateqoriya ümumi əczaçılıq idxalının 88.9 faizini təşkil edib.

İmmun zərdabları, qan fraksiyaları, immunoloji məhsullar, vaksinlər və digər analoji məhsulların idxalına 30.07 milyon dollar, tibbi pambıq, tənzif, bint və digər sarğı materiallarının alınmasına isə 3.21 milyon dollar xərclənib.

Ölkələr üzrə bölgüdə 9 aylıq idxalın dəyərinə görə Türkiyə birinci yerdə qərarlaşıb. Bu ölkədən Azərbaycana 98.60 milyon dollarlıq əczaçılıq məhsulu gətirilib. Bu, ümumi əczaçılıq idxalının 25.8 faizinə bərabərdir.

Almaniyadan idxalın dəyəri 39.03 milyon, Hindistandan 23.39 milyon, Rusiyadan 22.25 milyon, İtaliyadan isə təxminən 20 milyon dollar təşkil edib. Bu beş ölkənin payına yanvar-sentyabr aylarında Azərbaycanın əczaçılıq məhsulları idxalının 53.2 faizi düşüb.

Əczaçılıq məhsullarının ixracı isə idxalla müqayisədə xeyli aşağı səviyyədə qalıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin ilk 10 ayında Azərbaycandan 2.29 milyon dollarlıq əczaçılıq məhsulu ixrac edilib. Ötən ilin eyni dövründə bu məbləğ 2.22 milyon dollar olub. İxracın dəyəri 3.3 faiz artıb.

Beləliklə, cari ilin yanvar-oktyabr aylarında əczaçılıq məhsulları üzrə idxal ixracı təxminən 195 dəfə üstələyib. Bu mal qrupu üzrə xarici ticarətdə 445.22 milyon dollarlıq mənfi saldo yaranıb.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 132   Tarix: 29 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

15 noyabr
.

Ölkədə qızıl bu qiymətə satılır

Azərbaycanda 2026-cı il 23 noyabr tarixində qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, bir unsiya qızılın qiyməti 6005,5730 manat, bir qramının qiyməti isə 193,08 manat təşkil edir. Əyyar üzrə bir qram qızılın satış qiymətləri belədir: 99 əyyarlı təmiz qızıl 193,08 manat, 75

23 noyabr
.

ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin yanvar-oktyabr aylarında quru yük gəmiləri ilə ümumilikdə 1 milyon 538 min 110 ton yük daşınıb. ASCO-ya istinadən xəbər verir ki, 2025-ci ilin 10 ayında isə bu rəqəm 1 milyon 123 min 822 ton təşkil edib. Beləliklə, daşınan yükün həcmi əvvəlk

20 noyabr
.

Hesablama Palatasının xərclər smetası 25 %-ə yaxın artırılır

Hesablama Palatasının 2027-cı il üçün xərclər smetası 14 milyon 275 min 962 manat təşkil edəcək. "Report"un məlumatına görə, bu, 2026-cı illə müqayisədə 24,6 % çoxdur. Palata gələn il təkcə əməyin ödənişinə 12 milyon 889 min 193 manat yönəldəcək ki, bu da bu ilə nisbətən 30 % çoxdur. Hesablam

16 noyabr
.

Qızılın qiyməti son bir ilin minimumuna düşdü

Dünya bazarında qızılın qiyməti 2025-ci il oktyabrın 2-dən bəri ilk dəfə 3 850 dollar həddindən aşağı enib. bu barədə ticarət platformasının məlumatlarına istinadən məlumat verir. Bildirilib ki, "Comex" birjasında 2026-cı ilin dekabrında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti 1,15 fai

16 noyabr
.

Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 596,9 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,9 % çoxdur. On ayda özəl sektorda ictimai iaş

22 noyabr
.

Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb

Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Qeyd edilib ki, ilk dəfə olaraq müvafiq şirkət tərəfindən 21 ton qabığı təmizlənmiş fındıq (fındıq ləpəsi) Çin bazarına ixrac edilib. "Bu ixra

23 noyabr
.

Azərbaycana gətirilən əczaçılıq məhsulları 36 faiz bahalaşıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 36.2 faiz artıb. Cari ilin ilk 10 ayında isə ölkəyə gətirilən əczaçılıq məhsullarının çəkisi 18.2 faiz azalsa da, onların idxalına çəkilən xərc 22.75 milyon dollar yüksəlib

29 noyabr
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

15 noyabr