Zəfər günü xalqın yaddaşında iz qoyan tarix

Zəfər günü xalqın yaddaşında iz qoyan tarixAzərbaycanın igid oğulları 2020-ci il noyabr ayının 8-də yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən, eyni zamanda demək olar ki, piyada uzun yolları keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Şanlı qələbə tariximizə çevrilən 8 noyabr günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirilərək Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

44 gün ərzində ordumuz bir an belə dayanmadan, durmadan, ruh yüksəkliyi ilə, qələbəyə inamla irəliləyirdi. Bu haqq savaşında özləri, orduları haqqında mif yaradan ermənilərə Azərbaycan əsgəri-Azərbaycanın igid övladları kişilik dərsi verdi. Yaratdıqları mifi darmadağın edərək onların kim olduqlarını özlərinə sübut etdi. Ermənistan ordusunun 11 min nəfər əsgəri fərarilik edərək silahı qoyub geri qaçdı. Ermənilər və bütün dünya bir nəfər belə fərarisi olmayan Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü.

Azərbaycan Prezidenti cənab İlham Əliyev müharibənin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallaşdı.
Tanklarla, zirehli texnikalarla silahlanan və əlverişli mövqelərdə yerləşən Ermənistan ordusunun əsgər və zabitləri Azərbaycanın igid oğulları qarşısında duruş gətirə bilməyərək dayandıqları mövqeləri tərk edib canlarını qurtarmağa çalışdılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Şuşa həqiqətən alınmaz qala sayılırdı. Şuşanı yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz azad edəndə onlar ölümə gedirdilər. Vətən uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim qələbəmiz mümkün olmayacaq." Bəli, Şuşa azad edildi. Biz qələbə çaldıq. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı və öz adını Azərbaycanın tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik göstərməsi, qələbənin təmin edilməsində mühüm rol oynadı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın azad olunması və 8 noyabr tarixinin əhəmiyyəti haqqında deyirdi: "Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizin şanlı Qələbəmizin, Zəfərimizin günüdür. Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıq masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut etdik". O gün Azərbaycan xalqının ən sevincli günü idi. O günü 30 ilə yaxın idi ki, ümidlə, inamla gözləyirdik.

2023-cü ilin sentyabr ayının 19-20-də Zəfər yürüşünün davamı olan antiterror əməliyyatı uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət bayrağımızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur yaşatdı. Dövlət suverenliyimiz tam bərpa olundu.

Azadlığına qovuşmuş qədim Şuşa şəhəri artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən üç ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid, vətənpərvər Azərbaycan oğullarının Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır.

Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu "Zəfər Yolu" adlandırıb. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa-Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Hal-hazırda Şuşanın tarixi siması saxlanılmaqla burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda qəhrəmanlıq rəmzidir və sülhün rəmzidir. Şünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək və beləliklə, bu gün biz tam haqlı olaraq Şuşanı sülhün rəmzi kimi qiymətləndirə bilərik".

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 451   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Yeni Partiyasının sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşım edilib. Qeyd olunub ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizi

9 noyabr
.

Azərbaycan Konstitusiyası əbədi dövlətçilik yolumuzun hüquqi təməlidir

"1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri, müstəqilliyimizin hüquqi təminatı və gələcək inkişafımızın möhkəm təməlidir. Bu ali hüquqi sənəd Azərbaycan xalqının inkişafı naminə müasir

11 noyabr
.

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26" qeydini əlavə edib. Paylaşımı buradan izləyin

9 noyabr
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10 noyabr
.

Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini

9 noyabr
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11 noyabr
.

Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən mükəmməl və mütərəqqi sənəddir

"Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin yeni Konstitusiyasının hazırlanması və qəbul olunmasıdır. Milli Konstitusiyamızın hüquqi dövlət quruculuğunda müstəsna əhəmiyyəti var". Bu fikirləri -a açıqlamasında AMEA A.A.Bakıxano

11 noyabr
.

Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir. AZƏRTAC xəbər verir ki, noyabrın 12-d

12 noyabr
.

Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb

"Bu gün bizim üçün əlamətdar gündür. Belə ki, 12 noyabr müstəqil Azərbaycan dövlətinin Konstitusiya Günüdür. 1995-ci ildə Azərbaycan tarixində ilk dəfə ümumxalq referendumu keçirildi və müstəqil dövlətimizin Konstitusiyası qəbul olundu". Bu fikirləri -a açıqlamasında politoloq Samir Hümbəto

12 noyabr