Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur.

"Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazını kəskin şəkildə zəiflədir.

Harvard Universitetinin yuxu təbabəti professoru Dr. Çarlz Çeysler bildirir ki, yatmazdan əvvəl ekrana baxmaq beyinə gündüz olduğu təəssüratını aşılayır. Bu isə yuxuya getmə müddətini uzadır, gecə tez-tez oyanmağa, göz quruluğuna və yorğunluğa səbəb olur.

Bildirilir ki, yatmazdan öncə sosial media və xəbərləri izləmək beynin istirahət etməsinə mane olur və stress səviyyəsini artırır. Xroniki yuxu pozğunluğu isə uzunmüddətli perspektivdə immunitet sistemini zəiflədir və ertəsi gün diqqət dağınıqlığına yol açır.

Kaliforniya Universitetinin nevroloqu Dr. Metyu Uoker yuxu keyfiyyətini artırmağın ən sadə yolunun telefonları yataq otağından kənarlaşdırmaq olduğunu vurğulayır. Sağlam yuxu rejimi üçün ekranları yatmazdan ən azı bir saat əvvəl söndürmək, telefonlarda mavi işıq filtrindən və ya gecə rejimindən istifadə etmək lazımdır. Həmçinin gecə yatmazdan öncə kitab oxumaq və ya yüngül meditasiya etmək kimi sakitləşdirici fəaliyyətlərlə məşğul olmaq yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 166   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"WhatsApp"da hamının xoşuna gələcək iki YENİLİK - ARTIQ BELƏ OLACAQ...

"WhatsApp" istifadəçiləri üçün iki yeni yenilik hazırlayır. Bunlardan biri şəkil və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə, digəri isə mesaj yazılan bölmədən daha rahat istifadə etməyə imkan verəcək. "Yeni Sabah" xəbər verir ki, məşhur mesajlaşma tətbiqi "Android"

25 oktyabr
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

3 noyabr
.

İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət

İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini

1 noyabr
.

Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin

Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili

1 noyabr
.

Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ

Kartof qızartmasını ət, pomidor və ya çörəklə yeməyin təhlükəli olduğu barədə müxtəlif iddialar yayılır. Lakin bu birləşmələri hamı üçün zərərli saymaq düzgün deyil. Diqqət yetirilməli məqamlardan biri kartofun nə dərəcədə qızardılmasıdır. xarici mediaya istinadla xəbər verir ki, kartofun tərkibindək

25 oktyabr
.

Yuxuda diş qıcamağın mədə ilə əlaqəsi ortaya çıxdı

Rusiyalı nevroloq Regina Qolovaçeva insanların yuxu zamanı dişlərini qıcaması və çənələrini sıxmasının mümkün səbəblərinə aydınlıq gətirib. xəbər verir ki, bu barədə məlumat yayıb. Mütəxəssisin sözlərinə görə, tibbdə bu hal gecə bruksizmi adlanır. "Gecə bruksizmi insanın yuxu zamanı qeyri-irad

24 oktyabr
.

Səhər yeməyini daha faydalı etməyin sadə yolu açıqlandı

Livanlı diyetoloq Batul Tormos ənənəvi səhər yeməyini daha faydalı etməyin yollarından danışıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Mütəxəssis günün ilk qida qəbulunu daha sağlam etmək üçün paxlalılar, zeytun yağı və müxtəlif təzə tərəvəzlərdən ibarət Livan səhər yeməyi prinsiplərində

25 oktyabr
.

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

Heyva kəsildikdən qısa müddət sonra rəngini dəyişərək qəhvəyiyə çevrilir. Mətbəxdə tez-tez rast gəlinən bu təbii proses havanın meyvə ilə təması nəticəsində başlayır və bir neçə sadə üsulla bunun qarşısını almaq mümkündür. xəbər verir ki, heyva kəsildikdə hüceyrələri zədələnir və tərkibindəki fermentlə

25 oktyabr
.

Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir

Qış aylarında tez-tez geyinilən yun, trikotaj və kaşmir geyimlərdə sürtünmə nəticəsində yaranan tüklənmə (tiftiklənmə) geyimlərin köhnə görünməsinə səbəb olur. Xüsusi tiftik təmizləyən aparatlar olmadan, adi ülgüclə geyimləri zədələmədən ilk günkü görünüşünə qaytarmaq mümkündür. xəbər verir ki, yunu

31 oktyabr