Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİX

Ay və Venera 2026-cı ilin ən yaxın məsafəsində görünəcək - TARİXNoyabrın 7-də səhər saatlarında Ay və Venera səmada bir-birinə son dərəcə yaxın görünəcək. Bu, 2026-cı il ərzində iki səma cisminin ən yaxın məsafədə müşahidə olunacağı hadisə olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Məlumata görə, noyabrın 6-da Venera işıqlanma səviyyəsi təxminən 8 faiz olan nazik Aypara ilə yanaşı görünəcək. Hadisəni müşahidə etmək üçün şərq və cənub-şərq istiqamətində açıq üfüqə malik məkan seçmək tövsiyə olunur.

Ən maraqlı mənzərə isə noyabrın 7-də gözlənilir. Həmin gün cəmi 3 faiz işıqlanan Ay Veneradan bir dərəcədən də az məsafədə olacaq. Mütəxəssislər bu mənzərəni Günəş doğmazdan təxminən 45 dəqiqə əvvəl izləməyi məsləhət görürlər.

Noyabrın ilk günlərində astronomiya həvəskarları başqa maraqlı səma mənzərələrini də müşahidə edə biləcəklər. Hava qaraldıqdan sonra şərq istiqamətində Buğa bürcü, onun parlaq narıncı-qırmızı Aldebaran ulduzu və Pleyada ulduz topası görünəcək. Daha sonra üç parlaq ulduzun yaratdığı kəməri ilə seçilən Orion bürcü yüksələcək.

Orionun yaxınlığında yerləşən Əkizlər bürcünün əsas ulduzları Kastor və Polluks da müşahidə edilə bilər. Dekabr ayında Geminid meteor yağışının radianti də məhz bu səma sahəsində olacaq.

Növbəti həftələrdə də bir sıra astronomik hadisələr gözlənilir. Leonid meteor yağışının maksimum aktivliyi noyabrın 17-18-də baş tutacaq. Noyabrın 21-də Merkuri qərb elongasiyasının ən yüksək nöqtəsinə çatacaq, ayın 24-də isə super Ay müşahidə olunacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 189   Tarix: 06 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İtaliya Ukraynaya yeni hərbi yardım paketi hazırlayır: İlk dəfə 2026-cı ildə silah göndəriləcək

İtaliya Ukraynaya hərbi dəstəyini davam etdirmək üçün yeni yardım paketi hazırlayır. Bu, 2026-cı ildə Romanın Kiyevə təqdim etməyi planlaşdırdığı ilk hərbi yardım paketi olacaq. Reuters-in məlumatına görə, İtaliyanın müdafiə naziri Quido Krozetto noyabrın 10-da ölkə parlamentinin Kəşfiyyat və Təhlükəsizli

5 noyabr
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

7 noyabr
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

7 noyabr
.

Türkiyə-İran sərhədində atışma: Türk hərbçi öldürülüb

İran ərazisindən açılan atəş nəticəsində türk hərbçi həlak olub. Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Türkiyə və İran sərhəddə baş verən insident nəticəsində türk hərbçinin həlak olması ilə bağlı araşdırmalara başlayıb. Qeyd edək ki, hadisə oktyabrın 31-də Türkiyənin Hakkar

5 noyabr
.

Putin fərman imzaladı, Yaponiya etiraz etdi

Yaponiya Xarici İşlər Nazirliyi "Japan Tobacco İnternational" şirkətinin Rusiyadakı aktivlərinin "Promışlennıye Aktivı" şirkətinin müvəqqəti idarəçiliyinə verilməsi qərarı ilə əlaqədar Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevə etirazını bildirib. xəbər verir ki, bu barədə Yaponiy

6 noyabr
.

Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın Honsü adasının şərq sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 100 min nəfərin yaşadığı Narita şəhərindən 199 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilomet

6 noyabr
.

NATO Belarus sərhədi yaxınlığında irimiqyaslı hərbi təlimlər keçirəcək

Noyabrın 6-dan dekabrın 3-dək Litvada Belarusla sərhəd yaxınlığında iki hərbi təlim - "Freedom Shield 26-II" ("Azadlıq qalxanı 26-II") və "Grand Eagle 26" ("Böyük qartal 26") təlimləri keçiriləcək. Təlimlərdə 6 mindən çox hərbçinin iştirakı nəzərdə tutulur. B

6 noyabr
.

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

Son günlər Polşada sərnişin təyyarələrində bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb. xəbər verir ki, bu barədə "Polskie Radio" "Eurocontrol" təşkilatının məlumatına istinadən bildirib. Təşkilat qeyd edib ki, vəziyyəti izləyir və hava nəqliyyatında mümkün fasilələr

6 noyabr
.

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölənlərin sayı 42-yə çatıb

Ukraynanın Zaporojye vilayətində humanitar yardım məntəqəsinə endirilən Rusiya zərbəsi nəticəsində ölənlərin sayı 42-yə yüksəlib. Reuters-in məlumatına görə, hadisə noyabrın 2-də Komışuvaxa kəndində baş verib. Rusiya ordusunun idarəolunan aviabombalarla həyata keçirdiyi hücum zamanı sakinlərin humanita

5 noyabr