Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi
Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, bu tarixi sənəd, yerli xalqın quru və dəniz ərazilərində, eləcə də 5.5 milyon kvadrat kilometrlik nəhəng müstəsna iqtisadi zonada (MİZ) yerləşən bütün ayrılmaz hüquqlarını rəsmən qoruma altına alır.
Tavini Huiraatira hərəkatının çoxillik siyasi mübarizəsi nəticəsində əldə olunan bu qələbə, regionun iqtisadi və siyasi müstəqilliyi yolunda atılmış ən böyük addımdır.
BTQ vurğulayıb ki, qətnamədə Polineziya xalqının hüquqlarını təsbit edən və Fransa Polineziyası nümayəndə heyətinin BMT Baş Assambleyasında öz resurslarını müdafiə etməsi üçün güclü hüquqi əsas yaradan strateji bəndlər yer alıb. Sənədə əsasən, xalqın öz torpaqları, laqunları, hava məkanı, dəniz dibi və okean ərazilərindəki bütün təbii sərvətlərə sahib olmaq, onlara nəzarət etmək və sərəncam vermək hüququ yenidən təsdiqlənir. Bölgənin MİZ-ə daxil olan dəniz dibi faydalı qazıntıları, metallar və bioloji resurslar üzərində tam suverenlik elan edilir və Fransa dövlətinin bu resursları birtərəfli qaydada istismar etmə iddiaları rədd edilir. Qətnamədə Fransanın 1966-1996-cı illərdə bölgədə apardığı nüvə sınaqlarının ətraf mühitə və əhalinin sağlamlığına vurduğu ağır zərərlər diqqətə çatdırılır, rəsmi Parisdən ədalətli kompensasiya ödənilməsi tələb olunur. İdarəedici dövlət olan Fransaya, BMT qətnamələrinə uyğun olaraq bölgənin müstəqillik prosesində beynəlxalq missiyalarla əməkdaşlıq etməsi üçün birbaşa çağırış edilir.
Təşəbbüs Qrupu qeyd edib ki, qətnamənin qəbul edilməsi təşəbbüsü Tavini Huiraatira hərəkatının sədri və Fransa Polineziyasının keçmiş prezidenti Oskar Manutahi Temaruya məxsusdur.
"O, 2025-ci il dekabrın 3-də müvafiq qətnamə layihəsini Fransa Polineziyası Assambleyasına təqdim etmişdir. Layihə dekabrın 5-də Assambleyanın institusional, beynəlxalq məsələlər və bələdiyyələrlə əlaqələr komissiyasında müzakirə olunaraq üzvlərin əksəriyyətinin dəstəyini qazanmışdır. Sənədin məruzəçiləri Tevaipaea Hoyore və Allen Salmon olublar.
Tavini Huiraatira qətnaməni dəstəkləyən bütün deputatlara təşəkkürünü bildirərək siyasi qüvvələr arasında əldə olunmuş razılaşmanı yüksək qiymətləndirib və qeyd edib ki, okean və onun sərvətləri Maohi xalqının tarixi irsi və gələcəyidir. Bu sərvətlərə dair qərar qəbul etmək hüququ yalnız həmin xalqa məxsus olmalıdır" - deyə diqqətə çatdırılıb.
BTQ xatırladıb ki, Maohi xalqının öz müqəddəratını təyinetmə hüququnun və təbii sərvətləri üzərində suverenliyinin beynəlxalq səviyyədə müdafiəsini ardıcıl olaraq dəstəkləyir. BTQ Tavini Huiraatira hərəkatı ilə əməkdaşlıq çərçivəsində bu məsələlərin beynəlxalq platformalarda, o cümlədən BMT çərçivəsində gündəmə gətirilməsinə töhfə verib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"