İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
A.Tayani qeyd edib ki, kibercinayətkarlar artıq bir neçə gündür ki, onun məlumatlarını yayır, nazir və yaxınları barədə əlavə məlumatlara görə pul ödəməyə hazır olduqlarını bildirirlər. İtaliyalı nazir konkret olaraq hansı məlumatların dərc edildiyini və hücumun arxasında kimlərin dayandığını dəqiqləşdirməyib.
"Heç bir halda məni qorxutmalarına imkan verməyəcəyəm. Nazirliyimi və İtaliyanı qoruyaraq çalışmağa davam edəcəyəm", - o vurğulayıb.
İtaliyanın Baş naziri Corcia Meloni isə A.Tayaniyə dəstəyini ifadə edib və məlumatların sızdırılmasında Rusiyayönümlü hakerləri günahlandırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 89 Tarix: 07 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
7 noyabrTürkiyə-İran sərhədində atışma: Türk hərbçi öldürülüb
İran ərazisindən açılan atəş nəticəsində türk hərbçi həlak olub. Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Türkiyə və İran sərhəddə baş verən insident nəticəsində türk hərbçinin həlak olması ilə bağlı araşdırmalara başlayıb. Qeyd edək ki, hadisə oktyabrın 31-də Türkiyənin Hakkar
5 noyabrFars körfəzində neft tankeri hücuma məruz qalıb - Gərginlik artır
Fars körfəzində Qətər sahilləri yaxınlığında neft tankeri iki naməlum mərmi ilə vurulub. Associated Press-in məlumatına görə, hadisə noyabrın 5-də Qətərin şimal sahillərindən təxminən 50 dəniz mili məsafədə baş verib. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi tankerin hücuma məruz qaldığın
5 noyabr