Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər uzunmüddətli siyasi dialoq, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq ənənələrinə əsaslanır

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər uzunmüddətli siyasi dialoq, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq ənənələrinə əsaslanırAzərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Sənəd Azərbaycan-Böyük Britaniya əməkdaşlığının mövcud potensialını daha geniş strateji çərçivədə birləşdirir, ikitərəfli münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirir və yeni əməkdaşlıq imkanları üçün siyasi zəmin yaradır. Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər uzunmüddətli siyasi dialoq, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq ənənələrinə əsaslanır. Bu münasibətlərin əsası müstəqillik əldə etdikdən sonra qoyulub. 1994 və 1998-ci illərdə imzalanmış əvvəlki sənədlərin davamı olaraq imzalanan yeni bəyannamə tərəfdaşlığın müasir geosiyasi və iqtisadi reallıqlara uyğun şəkildə yenilənməsini ifadə edir.
Bəyannamənin əsas siyasi mesajlarından biri beynəlxalq hüququn fundamental prinsiplərinə, BMT Nizamnaməsinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verilən dəstəkdir.

Sənəddə 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə edilmiş razılaşmalara və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlara müsbət münasibət ifadə olunur. Birləşmiş Krallıq Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın möhkəmləndirilməsinə dəstəyini qeyd edir. Bəyannamədə müdafiə və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyən edilir. Buraya hərbi təlim və hazırlıq, institusional potensialın gücləndirilməsi, əməliyyat uyğunluğu, müdafiə sənayesi sahəsində imkanların araşdırılması, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, sərhəd idarəçiliyi və hüquqi sahədə qarşılıqlı fəaliyyət daxildir. Birləşmiş Krallıq ABŞ və Almaniyadan sonra 3-cü ən böyük NATO-ya vəsait xərcləyən, nüvə silahlı ölkədir, onun hərbi xərcləri 2024-cü ildə rekord həddə - 84.2 milyard ABŞ dollarına çatıb. Hərbi dəniz qüvvələri üzrə strateji gücə malikdir. Tarixi xatırlasaq, Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlamışdır. Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi.

Hesab edirəm ki, yeni Strateji Tərəfdaşlıq haqqında Bəyannamə kontekstində Böyük Britaniya hərbi təlim, texnologiya və institusional əməkdaşlıq vasitəsilə kibertəhlükəsizliyə və ümumilikdə, müdafiə imkanlarının gücləndirilməsinə töhfələr verə bilər. Sənədin digər mühüm istiqaməti iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələrinin inkişafı, biznes tərəfdaşlıqlarının təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, maliyyə bazarları və kapital qoyuluşu imkanlarının genişləndirilməsi prioritetlər sırasında yer alır. Xüsusilə bərpaolunan enerji, infrastruktur, nəqliyyat və logistika sahələri əməkdaşlığın perspektivli istiqamətləri kimi diqqət çəkir. Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində və Orta Dəhliz marşrutunda artan rolu ölkənin regional və beynəlxalq iqtisadi əlaqələr sistemində strateji əhəmiyyətini gücləndirir. Bu kontekstdə Böyük Britaniya ilə nəqliyyat-logistika infrastrukturunun, sərhədlərarası bağlantıların və xidmət sektorunun inkişafı üzrə əməkdaşlıq yeni iqtisadi imkanlar yarada bilər.

BP ilə üç onillikdir ənənəvi enerji üzrə davam edən səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq bu gün yaşıl enerji keçidi də ikitərəfli tərəfdaşlığın mühüm komponentlərindən birinə çevirmişdir. Azərbaycanın bərpaolunan enerji potensialı, enerji marşrutlarının şaxələndirilməsi və yaşıl iqtisadiyyata keçid istiqamətində həyata keçirdiyi siyasət Böyük Britaniyanın maliyyə, texnologiya və investisiya imkanları ilə uzlaşdırıla bilər. Yaşıl maliyyə mexanizmləri, aşağı karbonlu texnologiyalar və enerji infrastrukturu üzrə əməkdaşlıq həm iqtisadi artıma, həm də iqlim məqsədlərinə töhfə verə bilər. Bu sahədə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə xüsusi əhəmiyyət verilməsi də diqqətəlayiqdir. Komissiya siyasi səviyyədə müəyyən edilmiş prioritetlərin konkret iqtisadi layihələrə və praktiki nəticələrə çevrilməsi üçün mühüm platforma rolunu oynaya bilər.
Bəyannamənin üçüncü əsas istiqaməti təhsil, elm, innovasiya və texnologiya sahələrini əhatə edir. Ali və peşə təhsili, kadr hazırlığı, rəqəmsal və texniki bacarıqların inkişafı, dövlət sektorunda təlim proqramları, süni intellekt, rəqəmsal idarəetmə və elmi tədqiqatlar üzrə əməkdaşlıq imkanları sənəddə xüsusi yer tutur. Birləşmiş Krallıq Universitetləri qlobal reytinqdə ön sıralardadır və xaricdə təhsil sahəsində Azərbaycandan olan gənclər bu ölkədə təhsil almağa üstünlük verirlər. Bu baxımdan Azərbaycan və Böyük Britaniya universitetləri, elmi-tədqiqat institutları və özəl sektor arasında tərəfdaşlıqların genişləndirilməsi bilik və texnologiya transferinə, innovativ həllərin tətbiqinə və yeni nəsil mütəxəssislərin yetişdirilməsinə xidmət edə bilər.

Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməsi əməkdaşlığın üç əsas istiqamətini; təhlükəsizlik, iqtisadi inkişaf və insan kapitalını vahid strateji çərçivədə birləşdirir. Bu tərəfdaşlığın gələcək uğuru isə qarşılıqlı maraqların uzlaşdırılmasından, siyasi dialoqun davamlılığından və bəyan edilmiş məqsədlərin konkret nəticələrlə dəstəklənməsindən asılı olacaq.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 310   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"ABŞ-ın İranı iqtisadi baxımdan tam təcrid etmək planı müəyyən regional müqavimətlə üzləşib" - BƏHRUZ QULİYEV

"ABŞ-ın İrana qarşı həyata keçirdiyi təzyiq siyasətinin yeni mərhələyə qədəm qoyduğunu müşahidə edirik. Noyabrın 11-də "The New York Times" qəzetində dərc olunan məlumatlar göstərir ki, Vaşinqton artıq yalnız hərbi-dəniz blokadası və iqtisadi sanksiyalarla kifayətlənmək istəmir. ABŞ administrasiyas

13 noyabr
.

Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun imzalayıb. Yeni qanuna əsasən, küləyin gücü

16 noyabr
.

Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu vurğulayaraq, Azərbayca

13 noyabr
.

Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin möhkəm tarixi və siyasi əsasları mövcuddur. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfl

16 noyabr
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

14 noyabr
.

Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri

16 noyabr
.

Milli kimliyin, dövlətçilik ənənələrinin və Azərbaycan həqiqətlərinin təbliğində medianın rolu

"Azərbaycanın milli informasiya məkanının formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında və dövlətçilik ənənələrinin yaşadılmasında radio və televiziya hər zaman mühüm rol oynayıb. Prezident İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio işçilərin

16 noyabr
.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ

13 noyabr
.

Şəhər Gününüz mübarək, əziz Ağdamlılar!

"20 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciət edib. Müraciətdə qeyd olunur ki, "Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir

16 noyabr