ABŞ və Venesuela hərbi əməkdaşlığı bərpa edir: Birgə təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur
ABŞ və Venesuela uzun müddət davam edən gərginlikdən sonra hərbi əlaqələri bərpa etmək barədə razılığa gəlib. Yeni razılaşma çərçivəsində iki ölkənin silahlı qüvvələri arasında birgə təlimlərin keçirilməsi, kəşfiyyat məlumatlarının mübadiləsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Associated Press-in məlumatına görə, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset noyabrın 18-də Venesuelanın paytaxtı Karakasda keçirdiyi görüşlər zamanı açıqlama verib.
Heqset bildirib ki, ABŞ və Venesuela arasında hərbi əməkdaşlıq birgə hazırlıq tədbirlərini, tərəfdaşlığı, kəşfiyyat məlumatlarının paylaşılmasını, həmçinin müdafiə avadanlıqları və hərbi imkanların genişləndirilməsini əhatə edəcək.
Sonxeber.az Associated Press-ə istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Venesuelanın müvəqqəti prezidenti Delcy Rodrigeslə əməkdaşlığı da yüksək qiymətləndirib. Onun sözlərinə görə, iki ölkə arasında yaxın əməkdaşlıq Venesuelada sabitliyin təmin edilməsinə və narkotik qaçaqmalçılığı ilə mübarizəyə imkan yaradır.
Heqset Venesuelanın əvvəllər ABŞ üçün regiondakı ən ciddi təhlükələrdən biri olduğunu, hazırda isə təhlükəsizlik sahəsində əməkdaşlıq edən tərəfdaşa çevrildiyini vurğulayıb.
Səfər zamanı hərbi əməkdaşlıqla yanaşı, enerji sahəsindəki razılaşmalar da müzakirə olunub.
Heqset ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelanın neft ehtiyatlarından istifadə ilə bağlı əldə etdiyi razılaşmanı xüsusi qeyd edib. O bildirib ki, Venesuela neftinin hasilatı və təchizatının genişləndirilməsi Qərb yarımkürəsinin enerji təhlükəsizliyinə töhfə verə bilər.
Venesuelanın müvəqqəti prezidenti Delcy Rodriges də enerji razılaşmasının hər iki ölkənin inkişafına və xalqlarının maraqlarına xidmət edəcəyini bildirib.
Qeyd edək ki, ABŞ-ın Venesueladakı enerji ehtiyatlarına marağı son dövrlərdə daha da artıb. Vaşinqtonun bu ölkə ilə iqtisadi və hərbi əməkdaşlığı genişləndirmək cəhdləri regionda geosiyasi balans baxımından da diqqət çəkir.
Bununla belə, tərəflər arasında imzalanan hərbi razılaşmanın konkret mexanizmləri və müddəti barədə ətraflı məlumat verilməyib.
Associated Press yazır ki, ABŞ hərbçiləri Karib dənizi və Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən gəmilərə qarşı əməliyyatlar keçirirlər. 2025-ci ilin sentyabrından bəri bu əməliyyatlarda azı 240 nəfərin öldürüldüyü bildirilir. Bununla belə, ABŞ rəsmiləri hədəfə alınan gəmilərin narkotik daşıdığına dair ictimaiyyətə məhdud sübut təqdim ediblər.
ABŞ müdafiə nazirinin Karakasa səfəri Vaşinqtonun Latın Amerikasında təsirini genişləndirmək siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Məleykə Abbaszadə BDU-nun rektoru oldu
Elçin Babayev vəzifəsindən azad olundu
Ev satılıb, köhnə sahib hələ də qeydiyyatdadır: Yeni mülkiyyətçini hansı problemlər gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Qadın qətllərinə qarşı ən sərt cəzalar: Azərbaycan İstanbul Konvensiyasına qoşula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA
Banka pul qoyanları nə gözləyir? - 200 manatdan artıq faiz gəlirinə VERGİ
"İstismara verilmiş binanın üzərinə özbaşına əlavə mərtəbə tikmək ciddi təhlükəsizlik riskidir" - Muxtar Ərturan
Etibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Pensiya alanlara ŞAD XƏBƏR! Bu tarixdə ÖDƏNİLƏCƏK
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video
BDU-nun müəllimi rektorun qurbanı olub? - Xanımı danışdı
Azərbaycanın valyuta ehtiyatları ÜDM-i üstələyir: Bu maliyyə üstünlüyü nə qədər davam edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Rusiya Ukraynaya kütləvi hücumlarını davam etdirir: ölənlər və yaralananlar var
Sələmli borc götürmək ilə sələmçilikdən qazanc əldə etmək eyni deyil - İLAHİYYATÇI
BDU-da ilk rəhbərdən ilk qadın rektora qədər - Sayca 27-cidir