"İstismara verilmiş binanın üzərinə özbaşına əlavə mərtəbə tikmək ciddi təhlükəsizlik riskidir" - Muxtar Ərturan

"İstismara verilmiş binanın üzərinə özbaşına əlavə mərtəbə tikmək ciddi təhlükəsizlik riskidir" - Muxtar ƏrturanSon illər çoxmərtəbəli yaşayış binalarının tikintisi və istismara verilməsindən sonra MTK-ların binanın üzərində əlavə mərtəbələr inşa etməsi məsələsi gündəmə gəlir. Belə ki, ilkin layihəyə əsasən, məsələn, 9 mərtəbəli nəzərdə tutulan və sakinlərin istifadəsinə verilən binanın üzərinə sonradan daha 2-3 mərtəbənin əlavə edilməsi halları ilə rastlaşılır. Bu zaman MTK-ların əlavə mənzil satışı hesabına gəlir əldə etməyə çalışdığı bildirilir. Lakin belə müdaxilələr binanın konstruktiv dayanıqlığına, daşıyıcı sisteminə və sakinlərin təhlükəsizliyinə hansı təsirləri göstərə bilər?

İlkin layihədən kənar əlavə mərtəbələrin tikilməsi hansı hüquqi məsuliyyət yaradır? Ümumiyyətlə, MTK binanı sakinlərin istifadəsinə verdikdən sonra onların razılığı olmadan belə dəyişikliklər edə bilərmi?
"İstismara verilmiş binanın üzərinə özbaşına əlavə mərtəbə tikmək ciddi təhlükəsizlik riskidir" - Muxtar ƏrturanMövzu ilə bağlı şəhərsalma və inşaat məsələləri üzrə ekspert, novator memar Muxtar Ərturan Sonxeber.az-a açıqlamasında bildirdi ki, inşaat məsələləri üzrə ekspert olaraq bildirirəm ki, bina ilkin layihədə 9 mərtəbəli nəzərdə tutulubsa, sonradan onun üzərinə əlavə 2-3 mərtəbənin tikilməsi yalnız kommersiya qərarı ola bilməz. Belə dəyişiklik ilk növbədə binanın konstruktiv sisteminə təsir edir. Əlavə mərtəbələr fundamentə, kolonlara, rigellərə və digər daşıyıcı elementlərə əlavə daimi və seysmik yük gətirir. Ona görə bu işlərdən əvvəl bina tam texniki müayinədən keçirilməli, mövcud konstruksiyaların faktiki daşıma qabiliyyəti hesablanmalı və yeni layihə ekspertiza olunmalıdır. Şəhərsalma və Tikinti Məcəlləsinin məntiqinə görə, mövcud binada yalnız konstruktiv və təhlükəsizlik göstəricilərinə təsir etməyən və əvvəl icazə verilmiş parametrləri aşmayan dəyişikliklər sadələşdirilmiş yanaşmaya düşə bilər. Mərtəbə sayını artırmaq isə artıq ilkin tikinti parametrlərini dəyişdirən ciddi müdaxilədir.

Xüsusilə Bakı kimi seysmik zonada bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Binanın əvvəlki hesablamaları 9 mərtəbəyə görə aparılıbsa, sadəcə dam örtüyünü söküb üstünə yeni mərtəbələr əlavə etmək mühəndislik baxımından qəbuledilməzdir. Əlavə mərtəbə üçün yeni seysmik və statik hesablamalar, konstruktiv gücləndirmə ehtiyacı və fundamentin vəziyyəti ayrıca qiymətləndirilməlidir. Digər tərəfdən, bina artıq sakinlərin istifadəsinə verilibsə, məsələ yalnız konstruktiv təhlükəsizliklə bitmir. Əlavə mərtəbələr liftlərə, su və kanalizasiya sisteminə, elektrik gücünə, yanğın təhlükəsizliyinə, parklanma və ümumi infrastruktura da əlavə yük yaradır. Mövcud binalarda artırmalar və konstruktiv dəyişikliklərin müvafiq razılaşdırma və texniki müayinə olmadan aparılmasının dayanıqlıq və zəlzələyə davamlılıq üçün risk yaratdığı rəsmi şəhərsalma sənədlərində də ayrıca vurğulanır.
"VR Standartları 2026" yanaşmasında da bina sonradan kommersiya məqsədilə dəyişdirilən sadə obyekt kimi deyil, insan təhlükəsizliyini təmin edən bütöv konstruktiv və mühəndis sistemi kimi qiymətləndirilir. Binaya əlavə yük gətirən hər dəyişiklik əvvəlcə insanın təhlükəsizliyi baxımından əsaslandırılmalıdır.

Mənim mövqeyim qətidir: bina 9 mərtəbəyə hesablanıbsa, onu sonradan 12 mərtəbəyə çevirmək üçün yalnız MTK-nın istəyi kifayət deyil. Texniki ekspertiza, yeni layihə, qanuni icazə və təhlükəsizlik hesablamaları olmadan belə müdaxilə yolverilməzdir. Əlavə 2-3 mərtəbə əlavə gəlir ola bilər, amma onun yükünü daşıyan beton və armatur kommersiya marağına uyğun güclənmir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 391   Tarix: 19 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Sabah Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ rayonu Yeni qəsəbə, Şəhriyar, F.Rəhimov, A.Səhhət

18 noyabr
.

Çipslərə aksiz vergisi qoyulur

Çips aksizli mal olur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğind

18 noyabr
.

Vəkil Orxan Kəngərli həbs edildi

Ötən gün polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərliyə məhkəmədə sanksiya təqdimatına baxılıb. -ın məlumata görə, "Alyans" Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli sanksiya həbsi ilə baglı hakim qarşısına çıxarılıb. Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəkillə bağlı qərar qəbu

19 noyabr
.

500 manatdan çox terminal ödənişlərində şəxsiyyət vəsiqəsi niyə lazımdır? - Video

Ödəniş terminallarında 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürmələri zamanı yeni tələb tətbiq olunur. Artıq bu məbləği aşan əməliyyatlar üçün istifadəçilər şəxsiyyətlərini "bir ID", "SİMA" və ya "myGov" platformaları vasitəsilə təsdiqləməlidirlər. Bəs yeni məhdudiyyəti

18 noyabr
.

Dövlət qulluqçusu olmaq istəyənlər üçün yeni qiymətləndirmə meyarı - EMOSİONAL İNTELLEKT

Dövlət qulluğuna qəbul imtahanlarında namizədlərin yalnız qanunvericilik və məntiq biliklərinin deyil, emosional intellekt bacarıqlarının da qiymətləndirilməsi məsələsi gündəmə gəlib. Bu yanaşmanın məqsədi dövlət qulluqçusu olmaq istəyən şəxslərin ünsiyyət qurmaq, emosiyalarını idarə etmək, stresli vəziyyətlərd

19 noyabr
.

Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq

Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayə

18 noyabr
.

Reklamdan sifarişə qədər. Emil Hacıyevin "UPTURNLAB" QSC-da birləşdirdiyi iki sahə

Alıcı reklamı görür, mağazanın saytına keçir və bəyəndiyi məhsul haqqında bir sual verir: "Sabah çatdıra bilərsiniz?" Cavab üçün satış əməkdaşı anbardakı qalığı öyrənməli, ünvanı yoxlamalı və çatdırılma vaxtını dəqiqləşdirməlidir. Reklama xərclənən vəsaitin satışa çevrilib-çevrilməməsi bəzə

19 noyabr
.

Azərbaycana gələn turistlərin sayı azaldı: Turizm sektorunda nə baş verir? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMA

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ölkəyə 191 dövlətdən 1 milyon 831,8 min nəfər gəlib. Azalm

19 noyabr
.

Sələmli borc götürmək ilə sələmçilikdən qazanc əldə etmək eyni deyil - İLAHİYYATÇI

Banklardan kredit ala bilməyən və təcili maddi ehtiyacla üzləşən bəzi vətəndaşlar çıxış yolu kimi sələmə müraciət edirlər. İslam dinində faizlə borc vermək və almaq qadağan olunsa da, insanın həqiqətən çıxılmaz vəziyyətdə qalması, zəruri ehtiyaclarını qarşılaya bilməməsi belə hallarda dini baxımdan istisnanı

19 noyabr