Etibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Etibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQDaşınmaz əmlak bazarında bəzən evlər alqı-satqı müqaviləsi bağlanmadan, yalnız etibarnamə əsasında əldə edilir. Lakin etibarnamə alıcıya avtomatik olaraq mülkiyyət hüququ vermir və onu verən şəxs sənədi sonradan ləğv edə bilər. Bu isə alıcının ödədiyi vəsaiti və ev üzərindəki hüquqlarını itirməsi riski yarada bilər.

Bəs, etibarnamə ilə ev alan şəxslər hansı hüquqi risklərlə üzləşə bilərlər? Belə əməliyyat zamanı alıcı özünü necə qorumalı və evin mülkiyyət hüququnu tam təmin etmək üçün hansı sənədlər rəsmiləşdirilməlidir?
Etibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, etibarnamə əsasında daşınmaz əmlakın əldə edilməsi alıcı üçün ciddi hüquqi risklər yarada bilər.

"İlk növbədə, qeyd etmək lazımdır ki, etibarnamə mülkiyyət hüququnu təsdiq edən sənəd deyil, yalnız müəyyən hüquqi hərəkətləri həyata keçirmək səlahiyyəti verən nümayəndəlik sənədidir. Yəni etibarnamə əsasında evə dair alqı-satqı səlahiyyətinin verilməsi həmin əmlaka mülkiyyət hüququnun alıcıya keçməsi demək deyil.

Əsas risklərdən biri etibarnamənin istənilən vaxt ləğv edilə bilməsi, etibar edənin vəfatı və ya qanunvericilikdə nəzərdə tutulan digər hallarda qüvvədən düşməsidir. Belə vəziyyətdə alıcı ödədiyi vəsaiti geri almaqla bağlı ciddi hüquqi və maliyyə çətinlikləri ilə üzləşə bilər. Bundan əlavə, əmlakın üzərində həbs, ipoteka, mübahisə, üçüncü şəxslərin hüquqları və ya sərəncam məhdudiyyətlərinin olması da əlavə risklər yaradır.

Burada prinsipial məqam ondan ibarətdir ki, daşınmaz əmlak üzrə mülkiyyət hüququ müvafiq dövlət reyestrində qeydiyyatla rəsmiləşdirilməlidir. Buna görə də vətəndaşlar yalnız etibarnaməyə əsaslanaraq ödəniş etməməli, alqı-satqı müqaviləsinin qanuni qaydada bağlanmasını və mülkiyyət hüququnun öz adlarına dövlət qeydiyyatına alınmasını təmin etməlidirlər.

Nəticə etibarilə, etibarnamə ilə ev almaq mülkiyyət əldə etmək üçün hüquqi təminat deyil. Daşınmaz əmlak bazarında təhlükəsizliyin əsas şərti etibarnaməyə deyil, qanuni alqı-satqı müqaviləsinə və dövlət qeydiyyatına əsaslanmaqdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 158   Tarix: 19 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sələmli borc götürmək ilə sələmçilikdən qazanc əldə etmək eyni deyil - İLAHİYYATÇI

Banklardan kredit ala bilməyən və təcili maddi ehtiyacla üzləşən bəzi vətəndaşlar çıxış yolu kimi sələmə müraciət edirlər. İslam dinində faizlə borc vermək və almaq qadağan olunsa da, insanın həqiqətən çıxılmaz vəziyyətdə qalması, zəruri ehtiyaclarını qarşılaya bilməməsi belə hallarda dini baxımdan istisnanı

19 noyabr
.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr
.

"Xəzərin sahilboyu ərazilərində 3227 qanunsuz tikili var"

"Xəzər dənizinin sahilboyu ərazilərində 3227 qanunsuz tikili var. Bununla bağlı təxminən 60 km ərazidə monitorinq keçirilib". "Qafqazinfo" xəbər verir ki, bunu Xəzər dənizinin sahilboyu ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı mətbuat konfransında Əmlak Məsələlər

19 noyabr
.

AQTA işlənmiş fritür yağı aşkarladı - İstehlakçılar nələrə diqqət etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida məhsullarının hazırlanmasında istifadə olunan yağların keyfiyyəti insan sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni yağın dəfələrlə yüksək temperaturda qızdırılaraq istifadə edilməsi onun kimyəvi tərkibinin dəyişməsinə, zərərli birləşmələrin yaranmasına səbəb ola bilər. Belə məhsulları

18 noyabr
.

"Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var"

"Bu gün Xəzərin mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var". "Qafqazinfo" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquq

19 noyabr
.

Ev satılıb, köhnə sahib hələ də qeydiyyatdadır: Yeni mülkiyyətçini hansı problemlər gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzilin alqı-satqısı başa çatdıqdan və mülkiyyət hüququ yeni sahibin adına rəsmiləşdirildikdən sonra belə, əvvəlki mülkiyyətçinin həmin ünvanda qeydiyyatda qalması ciddi hüquqi və praktiki problemlərə yol aça bilər. Belə hallarda yeni ev sahibi mənzildən istifadə, yaşayış yeri üzrə qeydiyyat və kommuna

19 noyabr
.

Azərbaycana gələn turistlərin sayı azaldı: Turizm sektorunda nə baş verir? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMA

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ölkəyə 191 dövlətdən 1 milyon 831,8 min nəfər gəlib. Azalm

19 noyabr
.

Azərbaycanda odunla qızdırılan məktəb qalmayıb

Təhsil müəssisələrinin bir hissəsi qazlaşdırılıb, odun yanacağı ilə qızdırılan təhsil müəssisələri isə alternativ yanacaq növü olan pelletdən istifadəyə keçid edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini

18 noyabr
.

Dövlət qulluqçusu olmaq istəyənlər üçün yeni qiymətləndirmə meyarı - EMOSİONAL İNTELLEKT

Dövlət qulluğuna qəbul imtahanlarında namizədlərin yalnız qanunvericilik və məntiq biliklərinin deyil, emosional intellekt bacarıqlarının da qiymətləndirilməsi məsələsi gündəmə gəlib. Bu yanaşmanın məqsədi dövlət qulluqçusu olmaq istəyən şəxslərin ünsiyyət qurmaq, emosiyalarını idarə etmək, stresli vəziyyətlərd

19 noyabr