Prezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - Yenilənib

Prezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - YenilənibBu gün Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşü olub.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

*

Görüşdə çıxış edən Baş nazir Le Minh Hunq deyib:

- Vyetnama rəsmi səfəriniz münasibətilə Zati-aliləri Prezidentə və Azərbaycan Respublikasının yüksəksəviyyəli nümayəndə heyətinə Vyetnam Hökuməti adından ən səmimi təbriklərimi çatdırmaq və sizi salamlamaq mənim üçün böyük şərəfdir.

Biz hər zaman Azərbaycanda baş verən prosesləri yaxından izləmişik və Sizin rəhbərliyinizlə Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi böyük nailiyyətlər münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirik. İqtisadi inkişafa gəlincə, bildirməliyəm ki, 1959-ci ilin iyulunda Prezident Ho Şi Minin Azərbaycana səfəri xalqlarımız arasında dostluq və əməkdaşlıq ənənəsinin təməlini qoyub.

Vyetnam Hökuməti və xalqı milli azadlıq və milli birləşmə uğrunda mübarizəmiz dövründə Azərbaycan xalqının Vyetnama göstərdiyi dəyərli dəstək və yardıma hər zaman yüksək qiymət verib. Biz səmimi-qəlbdən ümidvarıq ki, Azərbaycan bu yeni inkişaf dövründə Vyetnama dəstəyi davam etdirəcək. 2025-ci ilin mayında Baş katib, Prezident To Lamın Azərbaycana tarixi dövlət səfəri və ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi əməkdaşlığımızın yeni zirvələrə çatması və daha əhəmiyyətli, səmərəli olması üçün bir sıra imkanlar yaratdı.

İki ölkənin hökumətləri nazirliklərə və dövlət qurumlarına liderlərimizin əldə etdiyi razılaşmaları və öhdəlikləri fəal şəkildə, yüksək səviyyədə həyata keçirmək üçün tapşırıqlar verib. Məmnunluq hissi ilə bildirirəm ki, artıq ilkin müsbət nəticə əldə olunub.

Zati-aliləri, siyasi və diplomatik əməkdaşlığa gəlincə, biz 2025-ci ilin iyulunda Hanoyda iqtisadi-ticari, elmi və texniki əməkdaşlıq üzrə Vyetnam-Azərbaycan Hökumətlərarası Komissiyanın üçüncü görüşünü, həmçinin birgə Biznes Şurasının birinci görüşünü uğurla keçirdik. Baxmayaraq, ikitərəfli ticarət hələ ki, nisbətən aşağı səviyyədədir və sabit artım trayektoriyasına çatmayıb, lakin inkişafa dair ümidverici əlamətlər var.

Hər iki ölkənin bərpaolunan enerji - külək, Günəş enerjisi, ticarət, daşınmaz əmlak və turizm şirkətləri fəaliyyətə başlayıb. Hökumətlərimiz müdafiə, təhlükəsizlik, enerji kimi sahələrdə bütün potensial imkanlarımızı konkret nəticələrə çevirmək, xalqlarımız üçün praktiki faydaları təmin etmək məqsədilə hər zaman çiyin-çiyinə çalışır.

Zati-aliləri, indi isə Sizin fikirlərinizi eşitmək istərdim. Təşəkkür edirəm.

*

Sonra çıxış edən Prezident İlham Əliyev deyib:

- Təşəkkür edirəm. Gözəl ölkənizdə olmağa çox şadam. Mənim ölkənizə sonuncu səfərimdən 10 ildən artıq vaxt keçib və mən bir çox dəyişikliklərin şahidiyəm. Ölkənizin sosial və iqtisadi inkişafında bütün nailiyyətlər, həmçinin beynəlxalq arenada böyük uğurlarınız münasibətilə Sizi təbrik edirəm.

Qeyd etdiyiniz kimi, çox şadıq ki, münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cənab Prezidentin keçənilki səfəri bizim əlaqələrimizin inkişafı baxımından həlledici olmuşdur. O, məni nəzakətlə ölkəsinə dəvət etdi və mən də dəvəti böyük məmnuniyyət hissilə qəbul etdim və bir ildən sonra ölkənizdə səfərdəyəm.

Siz ikitərəfli gündəliyimizin çox önəmli məsələlərinə toxundunuz. Münasibətlərimizin tarixi boyunca ölkələrimiz arasında yüksəksəviyyəli həmrəylik və dostluq mövcud olub. Siz Vyetnam Prezidentinin 1959-cu ildə Azərbaycana səfərini qeyd etdiniz. Prezident Ho Şi Min əziz qonaq kimi qarşılanmışdı. Azərbaycan xalqı sizin müstəqillik və azadlıq uğrunda mübarizənizi, xalqınızın işğal dövründə göstərdiyi qəhrəmanlığı qətiyyətlə dəstəkləyib. 2020-ci ildə ərazimizin işğaldan azad edilməsi uğrunda müharibə zamanı biz Vyetnam xalqı və Hökuməti tərəfindən eyni həmrəyliyi gördük, siz bizə güclü dəstək göstərdiniz, o cümlədən BMT Təhlükəsizlik Şurasında.

Sosial-iqtisadi sahəyə gəlincə, müsbət dinamika müşahidə edirik. Lakin əlbəttə, əldə olunan nəticələrlə kifayətlənə bilmərik. Buna baxmayaraq, Sizin qeyd etdiyiniz kimi, hazırda üzərində iş gedən çoxlu önəmli layihələrimiz var, o cümlədən enerji təhlükəsizliyi və daşınmaz əmlak sahələrində.

*

Dövlət başçısı Azərbaycan-Vyetnam əlaqələrinin tarixinə toxunub. Azərbaycan Prezidenti bu xüsusda qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Vyetnama, Vyetnamın qurucusu Ho Şi Minin isə Azərbaycana səfərləri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayıb.

Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətin həyata keçirildiyini deyən Prezident İlham Əliyev bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) çərçivəsində ölkələrimiz arasında əməkdaşlığı vurğulayıb.

Prezident İlham Əliyev 2026-cı ilin oktyabrında Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın AQEM-in Bakıda keçiriləcək Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfərini xatırladaraq, onunla apardığı müzakirələrin əhəmiyyətini qeyd edib.

Baş nazir Le Minh Hunq Azərbaycanda tezliklə Vyetnamın səfirliyinin açılacağını bildirib.

Dövlət başçısı Vyetnamın bu addımını yüksək qiymətləndirib. Azərbaycanın Vyetnamda səfirliyinin uzun müddətdir fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, diplomatik nümayəndəliklərin tam fəaliyyəti ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcək.

Baş nazir Le Minh Hunq vyetnamlı mütəxəssislərin Azərbaycanda neft sahəsində təhsil aldıqlarını xatırladıb, həmin şəxslərin bu gün də Vyetnamın inkişafında mühüm rol oynadıqlarını deyib.

Söhbət zamanı enerji sahəsində əməkdaşlığa toxunulub, xüsusilə Azərbaycanın neft məhsullarının Vyetnama və Vyetnam ərazisindən region ölkələrinə ixrac imkanları, birgə istehsal sahələri ilə bağlı məsələlər müzakirə olunub.

Baş nazir Azərbaycanın regionda önəmli mövqeyə malik ölkə olduğunu vurğulayıb. Bu xüsusda Vyetnamın Azərbaycanın dəstəyi ilə region ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan bazarının Vyetnam biznes nümayəndələri üçün cəlbediciliyi və onların burada iştirakda maraqlı olmaları qeyd edilib, tikinti, turizm istiqamətləri üzrə əməkdaşlıq, ölkələrimiz arasında birbaşa aviareyslərin açılması məsələləri müzakirə olunub.

Dövlət başçısı, Orta Dəhlizin Vyetnam şirkətlərinin region bazarlarına çıxışı üçün əlverişli imkanlar yaratdığını bildirib. Bu xüsusda Azərbaycanın Vyetnamla əməkdaşlığa hazır olduğu vurğulanıb.

Le Minh Hunq azərbaycanlı həmkarını Vyetnama rəsmi səfərə dəvət edib.

Prezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - YenilənibPrezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - YenilənibPrezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - YenilənibPrezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - YenilənibPrezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - YenilənibPrezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - YenilənibPrezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - YenilənibPrezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - YenilənibPrezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - YenilənibPrezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - YenilənibPrezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - YenilənibPrezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - YenilənibPrezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - YenilənibPrezident Vyetnamın Baş naziri ilə görüşdü - Fotolar - Yenilənib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 283   Tarix: 20 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli kimliyin, dövlətçilik ənənələrinin və Azərbaycan həqiqətlərinin təbliğində medianın rolu

"Azərbaycanın milli informasiya məkanının formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında və dövlətçilik ənənələrinin yaşadılmasında radio və televiziya hər zaman mühüm rol oynayıb. Prezident İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio işçilərin

16 noyabr
.

Ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirən əməkdaşlıq

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Noyabrın 12-də Dublində imzalanan bu sənəd təkcə diplomatik münasibətləri

16 noyabr
.

Azərbaycanın xarici siyasətinin növbəti uğuru

Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi və milli maraqların beynəlxalq müstəvidə ardıcıl şəkildə təmin olunması mühüm istiqamətlərdən birini təşkil edir. Bu baxımdan Azərbaycan Respublikas

16 noyabr
.

Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu

16 noyabr
.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü: Milli dövlətçilik tariximizin mühüm mərhələsi

Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyası ölkənin mürəkkəb siyasi, iqtisadi və ictimai proseslərdən keçdiyi bir dövrdə meydana çıxaraq milli dövlətçiliyin qorunması

17 noyabr
.

Yeni Azərbaycan Partiyası: Müstəqil dövlətçilik tariximizin siyasi dayağı və milli inkişaf strategiyasının təməli

Azərbaycanın müasir dövlətçilik tarixində Yeni Azərbaycan Partiyasının yaradılması mühüm siyasi hadisə olmaqla yanaşı, xalqın mürəkkəb tarixi şəraitdə nümayiş etdirdiyi milli iradənin, siyasi uzaqgörənliyin və güclü dövlət qurmaq istəyinin təcəssümüdür. 1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbayca

17 noyabr
.

Azərbaycan-Böyük Britaniya arasında əməkdaşlıq genişlənir

"Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişməsi, qlobal təhlükəsizlik çağırışlarının artması, iqtisadi əlaqələrin yeni məzmun qazanması dövlətlər arasında etibarlı və uzunmüddətli tərəfdaşlığın əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə Azərbaycanın müxtəli

17 noyabr
.

Prezident Almaniyanın XİN rəhbərini qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlət başçısın

17 noyabr
.

Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin möhkəm tarixi və siyasi əsasları mövcuddur. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfl

16 noyabr