Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı - Rəsmi açıqlama

Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı - Rəsmi açıqlama"Bu gün bəzi media orqanlarında Hacıqabul rayonunda baş vermiş ölüm hadisəsi ilə bağlı yayılan məlumatda vətəndaş Namiq Babayevin açıq kanalizasiya quyusuna düşərək həyatını itirdiyi iddia olunub"​.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Regional Su Meliorasiya QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi açıqlama yayıb.

Bildirilib ki, hadisənin bu cür təqdim edilməsi həqiqətə uyğun deyil və ictimaiyyətdə yanlış təsəvvür yaradır: "Belə ki, adıçəkilən rayonda ümumiyyətlə, kanalizasiya şəbəkəsi mövcud deyil. Belə olan halda həmin ərazidə kanalizasiya quyusunun və onun açıq qalmış qapağının olması barədə iddialar faktiki vəziyyətlə uzlaşmır.

Aparılan ilkin araşdırmalar zamanı müəyyən edilib ki, hadisə yaşayış evlərinin həyətyanı sahələrindən axıdılan məişət sularının keçdiyi kiçik su arxının bir hissəsində baş verib. Həmin arxların dərinliyi, adətən, 15-20 santimetr təşkil edir. Bu, kanalizasiya quyusu deyil və onun kanalizasiya infrastrukturu ilə heç bir əlaqəsi yoxdur.

Mövcud məlumatlara əsasən, mərhumun səhhətində problemlərin olduğu bildirilir. Hadisənin onun səhhəti ilə əlaqədar müvazinətini itirməsi nəticəsində baş verməsi ehtimalı istisna edilmir. Bununla belə, ölümün konkret səbəbi yalnız müvafiq araşdırma və tibbi ekspertizanın nəticələri əsasında müəyyən edilə bilər.

Bir daha vurğulayırıq ki, baş vermiş faciəli hadisənin açıq kanalizasiya quyusuna düşmə kimi təqdim edilməsi doğru deyil və peşəkar jurnalistika prinsipləri ilə ziddiyət təşkil edir. Hadisənin real mahiyyətini araşdırmadan və faktları dəqiqləşdirmədən ictimaiyyətə bu cür məlumatların çatdırılması yanlış rəy formalaşdırmaq cəhdidir.

Belə həssas məsələlərdə media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini məlumatları dəqiqləşdirmədən yaymamağa, peşəkar və məsuliyyətli mövqe nümayiş etdirməyə çağırırıq".

Xatırladaq ki, Hacıqabulda 45 yaşlı Namiq Babayev kanalizasiya quyusuna düşüb və aldığı xəsarətlərdən vəfat edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 264   Tarix: 24 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq

Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, aptek təşkilatlarının nəzdində fəaliyyət göstərən optika şöbələrinin fəaliyyəti müvafiq normativ hüquqi aktlarla tənzimlənir: "Apte

23 noyabr
.

Vaşkeleviçus: Bakının Avropa çempionatına ev sahibliyi edəcəyindən məmnunam

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus Azərbaycanı oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcəyi münasibətilə təbrik edib. "Report" xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Basketbolu

22 noyabr
.

Bakının iki böyük rayonunda su olmayacaq

Paytaxtın bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı məlumat yayıb. Bildirilib ki, magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı 25.11.2026-cı il tarixində gün ərzində Səbail və Yasama

23 noyabr
.

Məktəblərdə payız tətili başa çatdı

Bu gündən - noyabrın 23-dən ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ili üzrə payız tətili başa çatıb. xəbər verir ki, noyabrın 16-dan başlayan beşgünlük payız tətili 20 noyabr tarixinədək davam edib. Şənbə və bazar günləri də nəzərə alınmaqla beş günlük iş həftəsi ilə fəaliyyət göstərən ümum

23 noyabr
.

Güclü külək əsəcək - Xəbərdarlıq

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızıda narıncı xəbərdarlığ

23 noyabr
.

Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi

Azərbaycanda məktəbli vəfat edib. -a istinadən xəbər verir ki, 5-ci sinif şagirdi Emilya dünyasını dəyişib. Məktəblinin ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, Emilya Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi olub

23 noyabr
.

Bakıda yeni işıqforlar bu qaydada çalışacaq - Foto

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb. -ın məlumatına görə, NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Onların iş prinsipi, işıq siqnallarını

24 noyabr
.

Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun görüntüləri - Foto

Bu gün Lökbatan qəsəbəsi ərazisində baş verən dəhşətli qəzada aparıcı Ada Süleymanova ilə birlikdə həyatını itirən Anar Kərimovun görüntüləri yayılıb. Xatırladaq ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində "Voyah" markalı minik maşını yük avtomobili ilə toqquşub. Qəza nəticəsində iki nəfə

23 noyabr
.

Kartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif

Bir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər. Bəs kartdan-karta köçürmələrin bu qədər böyük həcmdə olması maliyyə sistemi üçün hansı riskləri yaradır?. mövzu ilə bağlı "Kaspi"

22 noyabr