Xroniki tənhalıq demensiya riskini 38 faiz artırır - Araşdırma
Davamlı tənhalıq hissi yaşayan yaşlı insanlarda demensiya riskinin daha yüksək olduğu müəyyən edilib. Araşdırmaya görə, özünü daim tənha hiss edən şəxslərdə bu xəstəliyin inkişaf ehtimalı heç vaxt tənhalıq yaşamayanlarla müqayisədə 38 faiz çoxdur.
Sonxeber.az xəbər verir ki, bu barədə Fransanın Bordo Universitetinin alimlərinin apardığı tədqiqatda bildirilib.
Araşdırma çərçivəsində 1988-2018-ci illər ərzində 3777 yaşlı insanın sağlamlıq göstəriciləri təhlil edilib. İştirakçılar tənhalıq hissini yaşama tezliyinə görə üç qrupa bölünüblər: heç vaxt, bəzən və daim özünü tənha hiss edənlər.
Nəticələr göstərib ki, heç vaxt və ya yalnız ara-sıra tənhalıq yaşayan insanların təxminən üçdə birində sonrakı illərdə demensiya inkişaf edib. Xroniki tənhalıq yaşayanlar arasında isə bu göstərici 49 faizə çatıb.
Tədqiqatın müəllifləri bildirirlər ki, tənhalıq və sosial təcrid eyni anlayışlar deyil. İnsan ailəsi ilə yaşasa, mütəmadi olaraq başqa insanlarla görüşsə belə, özünü tənha hiss edə bilər.
Araşdırmanın müəlliflərindən Karin Peres qeyd edib ki, tənhalığın davamlı və epizodik formaları arasında fərq mühüm əhəmiyyət daşıyır.
Alimlər bununla yanaşı, tədqiqatın müəyyən məhdudiyyətlərinin olduğunu vurğulayıblar. Belə ki, tənhalıq yalnız bir sual əsasında qiymətləndirilib və demensiya ilə əlaqəli bütün amillərin nəzərə alınmaması mümkündür.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 57 milyon insan demensiyadan əziyyət çəkir. Tədqiqatın nəticələri "Aging & Mental Health" jurnalında dərc olunub.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 171 Tarix: 24 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabrSəhərlər zəngli saatı 5 dəqiqə ertələməyin - Zərəri açıqlandı
"Zəngli saatı beş dəqiqə ertələyib yenidən yatmaq vərdişi səhəri daha da ağırlaşdırır. İnsan əlavə istirahət əvəzinə kəsik-kəsik yuxu alır və nəticədə özünü əzgin hiss edir". "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim-somnoloq Pavel Kudinov bildirib. Mütəxəssisin sözlərinə görə
19 noyabrSəhər yeməyində ŞİRİN ÇAY - Mütəxəssislərdən XƏBƏRDARLIQ
Səhər yeməyində şəkərli çay içmək bir çox insanın gündəlik vərdişidir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, çaya həddindən artıq şəkər əlavə etmək uzunmüddətli perspektivdə sağlamlığa mənfi təsir göstərə bilər. xəbər verir ki, xüsusilə acqarına çox şəkərli çay içmək qanda qlükozanın sürətlə yüksəlməsin
22 noyabrDünyanın ən dadlı pendiri hansı ölkədə hazırlanır?
Dünyanın müxtəlif ölkələrindən olan pendir istehsalçılarının qatıldığı nüfuzlu beynəlxalq müsabiqənin qalibi müəyyənləşib. Dünyanın ən nüfuzlu pendir müsabiqələrindən biri hesab olunan "World Cheese Awards 2026"nın nəticələri açıqlanıb. -ın xarici mediaya istinadən məlumatına görə, bu il müsabiqəni
22 noyabrÖzünü tənha hiss edənlərin yarısı bu risklə üz-üzədir
Xroniki tənhalıq 65 yaşdan yuxarı insanlarda demensiya (yaddaş zəifliyi) riskini 38 faiz artırır. "Qafqazinfo"nun xəbərinə görə, Fransanın Bordo Universitetinin alimləri tərəfindən aparılan 30 illik araşdırmanın nəticələri bunu deməyə əsas verir. "Aging & Mental Health" jurnalınd
20 noyabrEvin divarlarındakı qara ləkələr - Gizli ölüm riski
Qış aylarında bir çox evin divarlarında, xüsusilə pəncərə kənarlarında, hamam otaqlarında və mebel arxalarında qara ləkələr əmələ gəlir. Bəziləri bunu adi nəmişlik hesab edərək əhəmiyyət vermir, digərləri isə ləkələrin üzərini boya ilə örtməklə problemin həll olunduğunu düşünür. Halbuki divarlarda yarana
22 noyabr