"T" formalı işıqforlar tıxac problemini azalda bilərmi? - EKSPERTDƏN AÇIQLAMA
Bakıda ictimai nəqliyyatın hərəkətini sürətləndirmək məqsədilə avtobuslar üçün xüsusi "T" formalı işıqforların quraşdırılması planlaşdırılır. İlkin mərhələdə bu sistemin Üzeyir Hacıbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində tətbiqi nəzərdə tutulur. Yeniliyin əsas məqsədi avtobusların yolayrıclarında gözləmə müddətini azaltmaq, xüsusi zolaqlarla hərəkətini asanlaşdırmaq və marşrut qrafikinin sabitliyini təmin etməkdir.
Bəs, avtobuslar üçün xüsusi işıqforların tətbiqi ictimai nəqliyyatın hərəkətinə və şəhərdəki tıxac probleminə necə təsir göstərəcək? Bu yenilik avtobusların hərəkət qrafikinin daha dəqiq qorunmasına və sərnişinlərin mənzil başına daha tez çatmasına imkan verəcəkmi? Xüsusi işıqforların tətbiqi zamanı digər nəqliyyat vasitələrinin hərəkətində hansı dəyişikliklər gözlənilir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Razil Nağıyev bildirib ki, avtobuslar üçün xüsusi "T" formalı işıqforların quraşdırılması texniki baxımdan əsaslı addımdır.
"Bu sistem avtobuslara ayrıca hərəkət siqnalı verir və onların yolayrıcından istiqamətə uyğun, təhlükəsiz keçməsini təmin edir.
Avtobuslar üçün prioritetli işıqfor sistemi avtobus yaxınlaşdıqda yaşıl işığın müddətini uzada və ya qırmızı işıq mərhələsini qısalda bilər. Bununla avtobusların yolayrıcında gözləmə vaxtı azalır, marşrut üzrə hərəkət müddəti qısalır və qrafikə əməl etmək imkanları yaxşılaşır. ABŞ Nəqliyyat Departamentinin BRT layihələrindən biri üzrə apardığı qiymətləndirmədə avtobusların səfər vaxtının 9 faiz azaldığı, digər nəqliyyat vasitələrinin hərəkət vaxtına təsirin isə həmin dəhlizdə 1 faizə qədər olduğu müəyyən edilib. Bununla belə, nəticələr hər yolayrıcında eyni olmaya bilər. Təsir siqnal proqramından, avtobusların hərəkət intensivliyindən və yolun nəqliyyat yükündən asılıdır.
Mənim fikrimcə, layihənin səmərəsi avtobus zolaqlarının qorunması ilə birlikdə daha yüksək olacaq. Əks halda, avtobus işıqforu daha tez keçsə də, növbəti yol hissəsində tıxacda qala bilər. Pilot layihə çərçivəsində avtobusların gözləmə və ümumi səfər vaxtı, qrafikə əməl etmə göstəriciləri, sərnişin axını, eləcə də digər istiqamətlərdə nəqliyyat vasitələrinin gecikmə müddəti ölçülməlidir. Bu göstəricilərdə müsbət dəyişiklik qeydə alınarsa, sistemin digər kəsişmələrdə də tətbiqi məqsədəuyğun olar".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 177 Tarix: 24 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşApteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, aptek təşkilatlarının nəzdində fəaliyyət göstərən optika şöbələrinin fəaliyyəti müvafiq normativ hüquqi aktlarla tənzimlənir: "Apte
23 noyabrBakının iki böyük rayonunda su olmayacaq
Paytaxtın bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı məlumat yayıb. Bildirilib ki, magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı 25.11.2026-cı il tarixində gün ərzində Səbail və Yasama
23 noyabrMəktəblərdə payız tətili başa çatdı
Bu gündən - noyabrın 23-dən ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ili üzrə payız tətili başa çatıb. xəbər verir ki, noyabrın 16-dan başlayan beşgünlük payız tətili 20 noyabr tarixinədək davam edib. Şənbə və bazar günləri də nəzərə alınmaqla beş günlük iş həftəsi ilə fəaliyyət göstərən ümum
23 noyabrGüclü külək əsəcək - Xəbərdarlıq
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızıda narıncı xəbərdarlığ
23 noyabrAzərbaycanda beşinci sinif şagirdi vəfat etdi
Azərbaycanda məktəbli vəfat edib. -a istinadən xəbər verir ki, 5-ci sinif şagirdi Emilya dünyasını dəyişib. Məktəblinin ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, Emilya Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi olub
23 noyabrBakıda yeni işıqforlar bu qaydada çalışacaq - Foto
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb. -ın məlumatına görə, NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Onların iş prinsipi, işıq siqnallarını
24 noyabrKartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif
Bir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər. Bəs kartdan-karta köçürmələrin bu qədər böyük həcmdə olması maliyyə sistemi üçün hansı riskləri yaradır?. mövzu ilə bağlı "Kaspi"
22 noyabr