Şeyx Əbdül yenə əməliyyat olunacaq
Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyli növbəti cərrahi əməliyyata hazırlaşır.
Sonxeber.az xəbər verir ki, aktyor bu barədə Kontekst.az-a açıqlamasında məlumat verib.
Sənətçinin sözlərinə görə, bir neçə gün əvvəl mədə yırtığından əməliyyat olunub.
Aktyor hazırda evdə yataq rejimində müalicəsini davam etdirdiyini və səhhətinin hələ tam qaydasında olmadığını bildirib. Onun sözlərin görə, ayın 28-də gözündən əməliyyat olunacaq.
Xalq artisti əməliyyat xərclərinin ödənilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib:
"Əməliyyatımı Heydər Əliyev Fondu üzərinə götürdü və nəzarətdə saxlayır. İkinci əməliyyatımın də xərclərini Fond ödəyəcək. Fondun rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Hazırda evdə müalicələrim davam edir. Bronxlarım, ayaqlarım ağrıyır, bir yandan da Parkinson xəstəliyinə düçar olmuşam. Sağlamlığıma qovuşmaq üçün həyatla mübarizə aparıram".
Şeyx Əbdül Mahmudbəyli çətin günlərdən keçdiyini deyib və dostlarının biganəliyindən gileylənib:
"Dostlarımdan heç kim baş çəkmir, maraqlanmır. Kimin başı, dişi ağrıyırdı, mən hamısına çatırdım. Amma məni yada salan yoxdur. Əməliyyatdan sonra bərpa prosesi var, dərmanlarım var, onların dəstəyinə ehtiyac hiss edirəm. Amma gəlib maraqlanmırlar. İmkanlı dostlarımdan narazıyam".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 142 Tarix: 24 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda yeni işıqforlar bu qaydada çalışacaq - Foto
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb. -ın məlumatına görə, NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Onların iş prinsipi, işıq siqnallarını
24 noyabrGüclü külək əsəcək - Xəbərdarlıq
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızıda narıncı xəbərdarlığ
23 noyabrMirası qəbul etməzdən əvvəl bu məqamları mütləq araşdırın - VACİB XƏBƏRDARLIQ
Şəxs vəfat etdikdə onun yalnız əmlakı deyil, bəzi maliyyə öhdəlikləri və borcları da vərəsəlik məsələsinin bir hissəsinə çevrilir. Mirası qəbul edən vərəsələr mərhumun kreditorları qarşısında məsuliyyət daşıya bilərlər. Lakin bu məsuliyyətin hüquqi hədləri var və hər bir borc avtomatik olaraq vərəsələri
23 noyabrQarabağ Universitetindən tələbələrin davası ilə bağlı - Açıqlama
Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, universitet insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, Qarabağ Universitetinin tələbələr
23 noyabrAda Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində aparıcı Ada Süleymanla birlikdə həlak olan sürücünün ailə üzvü olmadığı bilinib. -ın əldə etdiyi məlumata görə, sükan arxasında olan Anar Kərimov Ada Süleymanın yaxın dostu olub. Xəbərə görə, onlar restorandan birlikdə ayrılıblar. Xatırladaq ki, aparıc
23 noyabrAda ilə qəzada həlak olan şəxs iş adamının oğlu deyil - Video
Gecə saatlarında iki nəfərin ölümü ilə nəticələnən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, Alik Kərimovun oğlu, "Metak" şirkətinin icraçı direktoru Aydın Kərimov sosial şəbəkədə vide
23 noyabrAzərbaycanda beşinci sinif şagirdi vəfat etdi
Azərbaycanda məktəbli vəfat edib. -a istinadən xəbər verir ki, 5-ci sinif şagirdi Emilya dünyasını dəyişib. Məktəblinin ölüm səbəbi hələlik açıqlanmayıb. Qeyd edək ki, Emilya Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi olub
23 noyabr