Cənubi Koreyada sakinlərə sığınacaqlara getmək göstərişi verildi - Rusiya təyyarələri yaxınlaşdı
Cənubi Koreyada Rusiya hərbi təyyarələrinin ölkənin şərq sahillərinə yaxınlaşmasından sonra ada sakinlərinə təcili sığınacaqlara getmək barədə xəbərdarlıq edilib. Hadisə nəticəsində Ulleung adasında həyəcan siqnalları səsləndirilib, sakinlərə yeraltı sığınacaqlara və ya təhlükəsiz binalara keçmək tapşırılıb.
The Guardian nəşrinin məlumatına görə, noyabrın 24-də səhər saatlarında bir neçə Rusiya hərbi təyyarəsi Yapon dənizi üzərində yerləşən Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub. Təyyarələr ölkənin şərq sahillərindən təxminən 120 kilometr məsafədə yerləşən Ulleung adasına doğru yaxınlaşıb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin açıqlamasına görə, Rusiya təyyarələri ölkənin hava məkanını pozmaq həddinə qədər yaxınlaşıb. Mümkün təhlükənin qarşısını almaq məqsədilə Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr havaya qaldırılıb.
Sonxeber.az The Guardian-a istinadən xəbər verir ki, hadisə zamanı Cənubi Koreyanın Daxili İşlər və Təhlükəsizlik Nazirliyi yerli vaxtla saat 07:52-də ada sakinlərinə təcili xəbərdarlıq göndərib. Bildirişdə insanlara yeraltı sığınacaqlara və ya binaların daxilinə keçmək göstərişi verilib. Üç dəqiqə sonra, saat 07:55-də təhlükənin aradan qalxdığı bildirilərək xəbərdarlıq ləğv edilib.
Bununla belə, hadisə zamanı dövlət qurumlarının göndərdiyi məlumatlarda qarışıqlıq yaranıb. Şimali Gyeongsang əyalətinin administrasiyası əvvəlcə əraziyə Şimali Koreyaya məxsus təyyarənin yaxınlaşdığını bildirib. Daha sonra bunun əvvəlki təlim bildirişindən götürülmüş yanlış mətn olduğu açıqlanıb və məlumat düzəldilib.
Cənubi Koreya hərbi qurumları Rusiya təyyarələrinin ölkənin suveren hava məkanına daxil olmadığını xüsusi vurğulayıb. Qeyd edək ki, hava hücumundan müdafiə identifikasiya zonası dövlətin suveren hava məkanı hesab edilmir. Bu ərazi xarici hərbi təyyarələrin əvvəlcədən müəyyənləşdirilməsi və mümkün təhlükələrin qarşısının alınması üçün yaradılır.
Hadisədən sonra Seul administrasiyası Rusiyanın hərbi attaşesini çağıraraq rəsmi etirazını bildirmək qərarına gəlib. Moskvanın hadisə ilə bağlı mövqeyi barədə isə ilkin məlumatlarda açıqlama verilməyib.
Məlumatlara görə, bu, cari ildə Rusiya hərbi təyyarələrinin Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olması ilə bağlı qeydə alınan dördüncü hadisədir.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 109 Tarix: 24 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDanimarka məktəblərində smartfonlar qadağan olunacaq
Danimarka hökuməti "Vahid siyahı - Qırmızı-yaşıl koalisiya" və "Alternativ" adlı iki partiya ilə orta məktəblərdə və dərsdənkənar tədbirlər zamanı mobil telefonların istifadəsinin qadağan edilməsi barədə razılıq əldə edib. Ölkənin ibtidai məktəblərində isə smartfonlardan istifad
23 noyabrMeksikada kartel rəhbərinin saxlanılması zamanı dörd hərbçi öldürüldü
Meksika ordusunun dörd hərbçisi Sinaloa ştatında "Beltran Leyva" cinayətkar qruplaşmasının rəhbəri, "Çapo İsidro" ləqəbli Fausto İsidronun saxlanılması əməliyyatı zamanı həlak olub. xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsində məluma
22 noyabrABŞ gəmilərə qarşı kiberhücumlarda İranın əli olub-olmadığını araşdırır
ABŞ hakimiyyəti neft və digər təhlükəli yüklər daşıyan tankerlərə qarşı həyata keçirilən kiberhücumların arxasında İranın dayanıb-dayanmadığını araşdırır. xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumatlı mənbələrə istinadən yazıb. Məlumata görə, dünyanın müxtəlif bölgələrində
24 noyabrVirciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq öldü
ABŞ-nin Virciniya ştatının rəsmiləri azyaşlı uşağın qızılcadan ölümünü qeydə alıblar ki, bu da ştat üçün, demək olar, yarım əsrdə ilk belə haldır. xəbər verir ki, bu barədə ştatın səhiyyə idarəsinin məlumatında deyilir. Yerli mətbuatın məlumatına görə, bu, 1978-ci ildən bəri ştatda insanın qızılcada
22 noyabr"Titanik"dən sağ çıxan qadının üzüyü hərraca çıxarıldı
"Titanik" faciəsindən sağ çıxan məşhur britaniyalı modelyer Lüsi Daff-Qordonun brilyant üzüyü hərraca çıxarılıb. Axşam.az xəbər verir ki, 21 noyabrda İngiltərənin Uiltşir qraflığında keçirilən hərracda satışa çıxarılan zinət əşyasının ilkin dəyəri 80 min funt sterlinq (təxminən 178 min manat
22 noyabrABŞ-ın hərbi üstünlüyü Çinlə müqayisədə son illərin ən aşağı səviyyəsinə enib
ABŞ-ın Çin üzərində hərbi potensial və Asiya regionundakı ümumi təsir baxımından üstünlüyü 2018-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. xəbər verir ki, bu barədə Avstraliyanın Louy İnstitutunun (Lowy Institute) hesabatında bildirilib. Hesabata əsasən, ümumi reytinqdə ABŞ 100 mümkün baldan 78,9 ball
23 noyabrTramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"
ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq istəyən 100 nəfərin olduğunu açıqlayıb. xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "Dörd-beş nəfər namizəd barədə düşünürəm. Deyim ki, bu işi əldə etmək istəyən 100 nəfər var"
22 noyabrBraziliyada qadın 33 illik köləlikdən azad edildi
Braziliyanın San-Paulu ştatının Embu-das-Artes şəhərində bir ev qulluqçusu 33 ildən artıq müddəti məvacibsiz və məzuniyyətsiz olaraq bir ailənin evində keçirib. xəbər verir ki, bu barədə Braziliyanın Əmək Prokurorluğu məlumat yayıb. Qadın təkcə ev işlərini görməklə kifayətlənməyib, həm də işəgötürənlər
22 noyabr