Dünya Bankı Özbəkistana 800 milyon dollarlıq kredit ayrılmasını təsdiqləyib
Dünya Bankının Direktorlar Şurası Özbəkistanda iqtisadi islahatların dəstəklənməsi üçün 800 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə paketini təsdiqləyib.
Sonxeber.az xəbər verir ki, bu barədə "İnterfaks" banka istinadən məlumat yayıb.
"Proqram daha yüksək maaşlı iş yerlərinin yaradılmasına, özəl sektorun rolunun genişləndirilməsinə, ölkənin dünya iqtisadiyyatına inteqrasiyasına və inklüziv inkişaf modelinin inkişafına yönəlib", - məlumatda qeyd olunub.
Təklif olunan tədbirlər 2029-2031-ci illərdə əlavə 275 min iş yerinin yaradılmasına töhfə verəcək.
Ümumilikdə Dünya Bankının dəstəyi özəl sektor, sosial, energetika, aqrar-sənaye kompleksi, rəqəmsal iqtisadiyyat və ticarət sahələrində islahatların yeddi əsas istiqamətini əhatə edir.
Birinci istiqamət qadınların iqtisadi imkanlarının genişləndirilməsini və sosial müdafiənin gücləndirilməsini nəzərdə tutur. Xüsusilə, hamiləlik və doğuşa, habelə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərin ödənilməsi daxil olmaqla sosial sığorta proqramlarının inkişaf etdirilməsi planlaşdırılır.
İkinci istiqamət özəl sektorun rəqabət qabiliyyətinin artırılmasını, dövlət müəssisələrində islahatların davam etdirilməsini və vicdanlı rəqabət mexanizmlərinin gücləndirilməsini əhatə edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 102 Tarix: 26 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBritaniya və Ukrayna birlikdə hücum dronları istehsal edəcəklər
London və Kiyev Böyük Britaniya ərazisində Ukrayna istehsalı olan zərbə dronlarının istehsalı haqqında saziş imzalayıblar. "Report"un xəbərinə görə, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, pilotsuz uçuş aparatları Ukraynanın ehtiyacları üçün Böyük Britaniyad
25 noyabrRusiya səfiri Finlandiya XİN-ə çağırılıb
Rusiya səfiri Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Finlandiya XİN məlumat yayıb. Bildirilib ki, səfir Pavel Kuznetsovun XİN-ə çağırılmasına səbəb noyabr 21-də Loviisa sahil şəhəri yaxınlığında Rusiya helikopterinin Finlandiya hava məkanını pozmas
24 noyabrBu ölkədə məktəblərdə mobil telefon qadağan olunur
Danimarka Təhsil Nazirliyi 2027-2028-ci tədris ilindən etibarən ölkənin ibtidai və orta məktəblərində mobil telefonlardan istifadənin qadağan olunacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, nazirliyin açıqlamasına əsasən, yeni qayda yalnız internetə çıxışı olan mobil telefonları deyil
24 noyabrTramp sabah NATO-nun Baş katibi ilə görüşəcək
ABŞ Prezidenti Donald Tramp noyabrın 25-də Floridada NATO-nun Baş katibi Mark Rutte ilə görüşəcək. APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan prezidentin iş qrafikində bildirilib. "Reuters"in məlumatına görə, görüş Floridanın Palm-Biç şəhərində keçiriləcək. Görü
24 noyabrABŞ-da təyyarə qəzaya uğradı - 6 nəfər öldü
ABŞ-ın Missisipi ştatının sahillərində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb. xəbər verir ki, dalğıclar Missisipi ştatındakı Horn adasından təxminən 3,2 kilometr aralıda batmış təyyarənin göyərtəsində olan 6 nəfərin meyitini aşkar ediblər. Qurum təyyarədə olan şəxslərin kimliyini açıqlamayıb. Hadis
25 noyabrPolşada naməlum PUA qəzaya uğradı - Rusiya səfiri çağırılır
Rusiyanın Polşadakı səfiri pilotsuz uçuş aparatı ilə bağlı baş verən insidentə görə Xarici İşlər Nazirliyinə çağırılacaq. xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb. Xatırladaq ki, noyabrın 20-də Polşanın Lublin və Podkarpatski voyevodalıqlarında yaşayan sakinlər hava hücum
24 noyabrMacarıstanda 2 min ildən çox yaşı olan 200 kelt gümüş sikkəsi tapılıb
Macarıstanda arxeoloqlar 2 min ildən artıq yaşı olan, 200-dən çox kelt gümüş sikkəsindən ibarət xəzinə aşkar ediblər. Tapıntı son onilliklərdə ölkədə üzə çıxarılan ən böyük kolleksiyalardan biri hesab olunur. xəbər verir ki, bu barədə "Live Science" nəşri məlumat yayıb. Sikkələr 2023-2025-c
25 noyabr