Macarıstanda 2 min ildən çox yaşı olan 200 kelt gümüş sikkəsi tapılıb
Macarıstanda arxeoloqlar 2 min ildən artıq yaşı olan, 200-dən çox kelt gümüş sikkəsindən ibarət xəzinə aşkar ediblər. Tapıntı son onilliklərdə ölkədə üzə çıxarılan ən böyük kolleksiyalardan biri hesab olunur.
Sonxeber.az xəbər verir ki, bu barədə "Live Science" nəşri məlumat yayıb.
Sikkələr 2023-2025-ci illərdə Macarıstanın qərbində elektrik yarımstansiyasının tikintisi öncəsi aparılan qazıntılar zamanı aşkarlanıb. Xəzinənin eramızdan əvvəl II əsrin sonu - I əsrin əvvəllərinə aid olduğu bildirilir.
Ümumi çəkisi təxminən 2 kiloqram olan sikkələr kiçik gil qabın içərisində, torpağın 40 santimetr dərinliyində tapılıb. Onların tərkibindəki gümüşün hazırkı bazar dəyəri 2 min dolları ötür. Bununla belə, arxeoloqlar tapıntının tarixi əhəmiyyətinin maddi dəyərindən qat-qat yüksək olduğunu vurğulayırlar.
Sikkələr qədim yunan tetradraxmalarının nümunəsi əsasında hazırlanıb. Onların bir üzündə ehtimal ki, yunan tanrısı Apollonun stilizə edilmiş başı, digər üzündə isə dəbilqəli atlı təsvir olunub.
Qazıntılar zamanı ərazidə insanların 7 min ildən artıq müddətdə yaşadığı da müəyyən edilib. Burada qədim daş alətlər, şüşə muncuq və Roma dövrünə aid tikili qalıqları da aşkarlanıb.
Tapılan artefaktların muzey ekspozisiyasına daxil ediləcəyi bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 172 Tarix: 25 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabiq prezidentə ikitərəfli pnevmoniya diaqnozu qoyuldu
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun səhhəti pisləşib. Həkimlər onda ikitərəfli pnevmoniya aşkar ediblər. xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb. Məlumata görə, Bolsonarunun mədəsindəki möhtəviyyatın tənəffüs yollarına keçməsi nəticəsində bronxoaspirasiya pnevmoniyası yaranıb
24 noyabrYerin maqnit qütbləri rekord sürətlə yerini dəyişə bilər
Yer kürəsinin maqnit şimal və cənub qütbləri geoloji tarix ərzində dəfələrlə bir-biri ilə yerini dəyişib. Yeni araşdırma göstərir ki, bəzi dövrlərdə bu proses əvvəlki ehtimallardan daha sürətlə baş verib və qütblərin dəyişmə tezliyi təxminən hər 90 min ildə bir dəfəyə çatıb. Qaynarinfo xəbər verir ki
23 noyabrTramp sabah NATO-nun Baş katibi ilə görüşəcək
ABŞ Prezidenti Donald Tramp noyabrın 25-də Floridada NATO-nun Baş katibi Mark Rutte ilə görüşəcək. APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan prezidentin iş qrafikində bildirilib. "Reuters"in məlumatına görə, görüş Floridanın Palm-Biç şəhərində keçiriləcək. Görü
24 noyabrHörmüz boğazında iki neft tankeri minaya düşərək partlayıb
Hörmüz boğazında iki neft tankeri dəniz minasına düşərək partlayıb. Hadisədən sonra gəmilərin mühərrik bölmələrində yanğın başlayıb. xəbər verir ki, bu barədə Press TV İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb. Bildirilib ki, tankerlər Hörmüz boğazının cənu
25 noyabrŞahbaz Şərif Rusiyaya səfər edəcək
Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 30-da Rusiyaya üçgünlük səfər edəcək. xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb. Səfər çərçivəsində o, Rusiya Prezidenti Vladimir Putinlə təhlükəsizlik, ticarət və enerji məsələləri ətrafında danışıqlar aparmağı planlaşdırır
23 noyabrMelaniya Tramp fotolarını satışa çıxardı
ABŞ-nin Birinci xanımı Melaniya Tramp rəqəmsal fotolarını satışa çıxardığını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, kolleksiyadakı hər bir foto 150 dollara təklif olunur. O, açıqlamasında şəxsi fotoseriyasını alman fotoqraf və keçmiş model Elle fon Unvertin çəkdiyini bildirib. "The Independent"
24 noyabr