Qazaxıstanda dövlət orqanlarına məxsus 800-dən çox saxta xidməti vəsiqə götürülüb

Qazaxıstanda dövlət orqanlarına məxsus 800-dən çox saxta xidməti vəsiqə götürülübQazaxıstanın Atırau vilayətində polis dövlət orqanlarının saxta xidməti vəsiqələrinin hazırlanması və satışını həyata keçirən kanal ifşa edilib.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Polis saxta sənədlərin hazırlanmasında şübhəli bilinən şəxsin izinə noyabrın 23-də naməluma avtomobili saxladıqdan sonra düşüb. Avtomobildə dörd kişi olub. Yoxlama zamanı tapançaya bənzəyən əşya və Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin əməkdaşına məxsus saxta vəsiqə aşkarlanıb.

Sonrakı əməliyyat tədbirləri nəticəsində Atırau vilayətinin 39 yaşlı sakini şübhəli şəxs qismində müəyyən edilib. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı 803 saxta xidməti vəsiqə götürülüb. Onlardan 606-sı Milli Təhlükəsizlik Komitəsinə, 95-i Daxili İşlər Nazirliyinə, 47-si Dövlət Gəlirləri Orqanlarına, 46-sı prokurorluğa, 9-u isə antikorrupsiya xidmətinə aid olub.

Bundan əlavə, 367 Milli Təhlükəsizlik Komitəsi emblemi, möhür, kompüter avadanlıqları, printer, sərt disk və sənədlərin hazırlanmasında istifadə edildiyi ehtimal olunan digər əşyalar aşkarlanıb.

İlkin məlumata görə, şübhəli şəxs saxta vəsiqələri satıb. Saxlanılan avtomobildəki kişilərdən biri ondan belə sənədlər alıb.

Polis saxta vəsiqələrin hazırlanması işi ilə bağlı mümkün digər şübhəliləri və alıcıları müəyyənləşdirir, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 158   Tarix: 26 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir

İraq ordusu ölkənin bir neçə bölgəsində, o cümlədən Kərkük əyalətində neft və neft məhsullarının qaçaqmalçılığının qarşısını almaq məqsədilə hərbi qüvvələrin dislokasiyasını həyata keçirir. "Report" xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general Yəhya Rəsul "As-Sumaria"

26 noyabr
.

Polşada naməlum PUA qəzaya uğradı - Rusiya səfiri çağırılır

Rusiyanın Polşadakı səfiri pilotsuz uçuş aparatı ilə bağlı baş verən insidentə görə Xarici İşlər Nazirliyinə çağırılacaq. xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb. Xatırladaq ki, noyabrın 20-də Polşanın Lublin və Podkarpatski voyevodalıqlarında yaşayan sakinlər hava hücum

24 noyabr
.

Macarıstanda 2 min ildən çox yaşı olan 200 kelt gümüş sikkəsi tapılıb

Macarıstanda arxeoloqlar 2 min ildən artıq yaşı olan, 200-dən çox kelt gümüş sikkəsindən ibarət xəzinə aşkar ediblər. Tapıntı son onilliklərdə ölkədə üzə çıxarılan ən böyük kolleksiyalardan biri hesab olunur. xəbər verir ki, bu barədə "Live Science" nəşri məlumat yayıb. Sikkələr 2023-2025-c

25 noyabr
.

Dünya Bankı Özbəkistana 800 milyon dollarlıq kredit ayrılmasını təsdiqləyib

Dünya Bankının Direktorlar Şurası Özbəkistanda iqtisadi islahatların dəstəklənməsi üçün 800 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə paketini təsdiqləyib. xəbər verir ki, bu barədə "İnterfaks" banka istinadən məlumat yayıb. "Proqram daha yüksək maaşlı iş yerlərinin yaradılmasına

26 noyabr
.

Melaniya Tramp fotolarını satışa çıxardı

ABŞ-nin Birinci xanımı Melaniya Tramp rəqəmsal fotolarını satışa çıxardığını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, kolleksiyadakı hər bir foto 150 dollara təklif olunur. O, açıqlamasında şəxsi fotoseriyasını alman fotoqraf və keçmiş model Elle fon Unvertin çəkdiyini bildirib. "The Independent"

24 noyabr
.

Ya sülh olacaq, ya da erməni qəbiristanlıqları genişlənəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan köçmüş ermənilərin yeni biometrik pasportlarında doğum yeri kimi "Azərbaycan"ın göstərilməsi barədə danışıb. xəbər verir ki, Paşinyan brifinqdə bu məsələdə Azərbaycanla paraflanmış sülh sazişinin müddəalarının əsas götürülməli olduğunu bildirib

26 noyabr
.

Aİ Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 15 təşkilata sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) 21-ci sanksiya paketinə əlavə olaraq Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 15 təşkilata qarşı ixrac məhdudiyyətləri tətbiq edib. APA xəbər verir ki, bu barədə Aİ Şurasının bu gün yaydığı məlumatda bildirilib. Qərara əsasən, həmin təşkilatlar ikili təyinatlı mallar və qabaqcı

25 noyabr
.

İlon Mask ABŞ-dakı hər uşağa SpaceX-in iki səhmini vəd edib

Amerikalı milyarder İlon Mask ABŞ-da yaşayan hər bir uşağa onun təsis etdiyi SpaceX şirkətinin iki səhmini verəcəyini vəd edib. xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsində yazıb. "Amerikada hər bir uşaq SpaceX-in iki səhmini alacaq. Biri şirkətdən, digəri isə şəxsən məndən"

26 noyabr
.

Uçan naməlum obyektlərlə bağlı şok iddia: Onlar artıq insanların arasında yaşayırlar

"Uçan naməlum obyektlər (UNO) və yadplanetlilər reallıqdır, onlar aramızda yaşayır və bəşəriyyəti qorxutmağa çalışırlar". -a istinadən xəbər verir ki, bu iddia ilə Pentaqonun sabiq podratçısı Qeri Moşir çıxış edib. On iki illik araşdırmalardan sonra Moşir belə qərara gəlib ki, UNO-larla qarşılaşm

25 noyabr