Bürclərə əsasən evlilik

Bürclərə əsasən evlilikHər bürcün özünəməxsus xüsusiyyətləri var. Fərqli xüsusiyyətlərə, zövqə, düşüncəyə sahib olurlar. Kişilərin bürcünə görə sevgi və məhəbbət anlayışı isə belədir:

Qoç bürcü - Onlar qüsursuz qadın axtarır. Qoç kişisinə təsir etmək hər qadının bacardığı iş deyil. Qoç kişisini əlinizdə saxlamaq istəyirsinizsə, mütləq mükəmməl olmalısınız. Onun diqqətini hər zaman çəkə bilməlisiniz. Qoç kişiləri qadının hər sahədə digər qadınlardan üstün olmasını arzulayır. Həyat yoldaşının hamı tərəfindən bəyənilməsini, təriflənməsini və özünə yaraşan biri olmasını istəyir. Qoç kişilərinin çox sadiq olduğunu deyə bilmərik. Lakin mükəmməl qadın axtarışı hər zaman aktivdir. Ən mükəmməlini tapdığı zaman da xəyanət qaçılmaz ola bilər. Sevdiyi qadına edə bilməyəcəyi sözlər vermir.

Buğa kişisi - Ailə qurmaq üçün ən yaxşı hansı kişinin olduğunu düşünürsünüzsə, buğalar ən favori kişilərin siyahısında başda dayanır. Lakin onları evlilik masasına oturtmaq çox çətindir. Onu özünüzə evləndirməyi bacarsanız, ömür boyu yaxşı bir dost, yaxşı bir həyat yoldaşı, övladlarınız üçün yaxşı ata və gözəl ailəniz var deməkdir. Sevgidə çox sadəqətli olan buğalar sevdiyi qadına ömür boyu bağlanmaq istəyir. Sevdiyi insandan asanlıqla vaz keçmir. Lakin sevə biləcyi qadında bəzi xüsusiyyətlər axtarır. Buğa kişisinin qəlbini fəth etmək üçün qadın güclü və gözəl olmalıdır.

Əkizlər bürcü - Əkiz bürcünün kişiləri də qadınlar kimi cüt yaradılıb deyə bilərik. Hər gün fərqli şəkildə insanın qarşısına çıxır. Buna görə də qadınlar onlara çox güvənmir. Ancaq qarşısındakını çox asan inandıra bilmə qabiliyyətinə sahibdir. Əkizlər bürcünün kişiləri çevərəsindəki insanları özünə cəzb edə bilir və onlar tərəfindən bəyənilir. Bu baxımdan ətrafında birdən çox qadın toplaya bilir. Kiminlə həqiqətən ciddi münasibət yaşadığını aydınlaşdırmaq çox çətindir. Əkizlər bürcünün kişiləri onları sıxmayan, təzyiq göstərməyən və məsuliyyət yükləməyən qadınları bəyənir. Gələcəyə dair ciddi planlar qurmaq istəmir. Bu gün qurduğu planları sabah rahatlqıla dəyişə bilər. Əkizlər bürcündən olan kişi ilə görüşmək istəyən qadınlar, onların hər kaprizinə hazır olmalıdırlar.

Xərçəng bürcü - Xərçəng bürcünün kişiləri sevdiyi qadın üçün hər şeyi etməyə hazırdır. Aşırı qısqanclığı sonradan münasibətlərinin korlanmasına səbəb ola bilər. Xərçəng kişisi ilə birlikdə olmaq istəyən qadın gününü tamamilə ona həsr etməlidir. Gün ərzində ayrı olsalar belə, görüşməyə can atarlar. Xərçəng bürcünün kişiləri heç zaman kobud olmur. İstəməyərək də, sevdiyi qadının qəlbini qırsa belə, onun könlünü almağı çox yaxşı bacarır. Xərçəng bürcünün kişiləri anasına o qədər bağlıdır ki, həyatındakı qadının da anası kimi olmağını istəyir.

Şir bürcü - Şir bürcünün kişiləri də qadınları kimi lider ruhludur. Özünə güvəni yüksək olduğu üçün ətrafdakıların diqqətini tez çəkir. Çevrəsində daha çox onu bəyənən, ona diqqət göstərən və sözündən çıxmayan insanları görmək istəyir. Çox zaman sakit görünən şirlərin hirsinin çox şiddətli olmasına baxmayaraq, qısa müddətlikdir. Kinli olmasa da, güclü hafizəsi və analiz qabiliyyəti olduğu üçün yadından heç nə çıxmır.

Qız bürcü - Səviyyəli sevgi yaşamaq istəyirsinizsə, qız bürcününü kişiləri ilə görüşün çünki onlar bu cür münasibətlər üçün çox idealdır. Çox dürüst və çalışqan olsalar da, özünə inamı aşağı olur. Qısa müddətlik münasibətlər qız bürcünün kişilərinə görə deyil. O, həqiqətən də məcara deyil, uzun müddətlik sevgi yaşaya biləcəyi qadını axtarır. Sevdiyi qadını qətiyyən yarı yolda qoymaz. Çox alovlu sevgisi olmasa da, həqiqi aşiqdir. Bədxərc deyil. Ancaq ehtiyacı olduğu şeylərə pul xərcləyir. Buna görə də kənardan xəsis kimi görünür. Lakin onunla yaşayan qadın bu xəsislikdən heç təsirlənmir.

Tərəzi bürcü - Tərəzi bürcünün kişiləri baxımlı olur. Geyiminə və danışığına çox diqqət edir. Özünə qarşı çox həssasdır. Hər hərəkətinin, baxışının, kəliməsinin mütləq bir məqsədi var. Qadın ruhundan yaxşı başı çıxır, flirt etməyi xoşlayır. Özünü sevdirmkdə ona çatan bürc yoxdur. Lakin onları əldə saxlamaq çətindir. Başlanğıcda onu əldə etdiyini düşünə bilərsiniz, amma bir anlıq belə marağını itirərsə, qəlbi başqa üfiqlərə yelkən aça bilər. Partniyorunun, baxımlı, gözəl, ağıllı, olmasını istəyir. Yanındakı qadının göz qamaşdırıcı gözəlliyə malik olmasını arzu edir. Onunla birlikdə olmaqdan zövq almalıdır. Kədərli və pis hekayələri dinləməyi xoşlamır.

Əqrəb bürcü - Əqrəb bürcünün kişiləri bürclər arasında ən cazibədar və seksual kişilərdir, desək yerinə düşər. Cinsəllik onun üçün son dərəcə əhəmiyyətlidir. Eyni zamanda qadınları yoldan çıxara bilir… Yanında həmişə qadın olmasını arzu edir. İlk baxışda sevgi və uzun müddətli münasibətləri ona görə deyil. O, həyatdan istədiyi zövqü alana qədər və hər şeyi dadıqdan sonra bir limanda dayanmağın tərəfdarıdır. Birini görür, bəyənir və bir anda aşiq olur. Bir müddət sonra başqasını görür və eyni alovlu sevgini onunla da yaşayır. Bütün müsanibətlərdə hər şeyi özü idarə etmək istəyir. Əqrəb bürcünün kişiləri əlçatmaz qadını əldə etməyə çalışır. Onu əldə etdiyi zaman isə sadiq həyat yoldaşına çevrilir. Çox qısqanc olurlar. Eyni zamanda həyat yoldaşının çox gözəl və hər kəsin diqqətini çəkəcək qədər cazibədar olmağını istəyirlər.

Oxatan bürcü - Oxatan bürcü də qadınları kimi enerji dolu olur. Həyata əyləncə kimi baxır və o cür yaşayır. Gözəl qadınlara düşkün olan oxatan bürcünün kişiləri keçici sevgilər yaşayır. Zarafatcıl, romantik və dəyişkən həyat tərzi ilə qadınların diqqətini qazanır. Ətrafında hər zaman qadın olmasını və onlarla vaxt keçirmək istəyir. Qadın düşkünü olan oxatan bürcününü kişilərinin başına gələn ən pis şey qadına bağlanmaqdır.

Oğlaq bürcü - Oğlaq bürcünün kişiləri duyğularını açıq şəkildə ifadə etməyi xoşlamırlar. Ona ən yaxın olduğunuz anlarda nə hiss etdiyini əsla sizə göstərməz. Keçici sevgilər ona görə deyil, amma ehtirasın əsiri də olmaz. Təkliyi xoşlayır. Özündən yaşca böyük insanlarla dostluq etməyi xoşlayır. Bu da onu hər zaman daha yetkin göstərir. Erkən gələn yetkinlik, həmyaşıdları ilə arasında uçuruma səbəb olur. Düşünmədən hərəkət etmir, hər zaman tədbirli davranır. Bir az bədbin xarakterə malikdir. Axtardığı həyat yoldaşı özü qədər güvənə biləcəyi biri olmalı, pis və yaxşı günlərdə onu tək qoymamalıdır.

Dolça bürcü - Çox əyləncəli xarakteri var. ağıllıdır, insanları təəccübləndirməyi bacarır. Hər şey haqqında məlumatı var. Azadlığına düşkün və dəyişkən biridir. Dostluğa çox əhəmiyyət verir. Hər kəslə yaxşı münasibət qurmağa çalışır. Sevgidə də dostluq ön plandadır. Qadağalardan xoşu gəlmir, bağlanmaqdan çox qorxur. Kobud olmaq istəməsə də, qadınların qəmgin sevgi hekayələrinin unudulmayan qəhrəmanıdır.

Balıq bürcü - Balıq bürcünün kişiləri əkizlər kimi dəyişkən olur. Çox yaxşı sirdaş olmasına baxmayaraq, öz sirlərini heç kimlə paylaşmır. Ətrafında dönən bütün oyunları tez duyur. Münasibətlərdə inam və sədaqət ən əhəmiyyətli faktordur. Qısqanc olsa da, bu duyğunu hiss etdirmir. Birlikdə olduğu insan isə onu qısqanmadığını düşünür. Bəzən birdən-birə dəyişir və diqqətsiz davranır. Belə hallarda üstünə getmək təhlükəlidir. Çünki özünə qapalı insandır. //Kishi.az


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4234   Tarix: 13 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir

Evdə bəzi sadə əşyalardan düzgün istifadə etmək gündəlik xərcləri azaltmağa kömək edə bilər. Onlardan biri də termosdur. xəbər verir ki, termosdan istifadə xüsusilə çay və qəhvə kimi isti içkiləri gün ərzində dəfələrlə yenidən hazırlamaq ehtiyacını azalda bilər. İçkini bir dəfə hazırlayıb termosda saxlama

12 sentyabr
.

Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq

Qədim inanclara görə, evdə olan ən adi əşyalar belə maddi rifaha və pul bəxtinə təsir göstərə bilər. Pul kisəsində dəfnə yarpağı saxlamaq, qapının ağzındakı xalçanın altına qəpik qoymaq və ya pul kisəsini heç vaxt tam boş buraxmamaq bu cür inanclar sırasındadır. Ən məşhur inanclardan biri giriş qapısını

13 sentyabr
.

Saç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi

13 sentyabr
.

Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir

Səhər kifayət qədər yatmağınıza baxmayaraq özünüzü yorğun hiss edirsinizsə, bunun səbəbi gecə yatmazdan əvvəl etdiyiniz bəzi vərdişlər ola bilər. xəbər verir ki, yuxu mütəxəssislərinin fikrincə, yatmazdan əvvəl uzun müddət telefon, planşet və ya kompüter ekranına baxmaq yuxunun keyfiyyətinə mənfi təsi

12 sentyabr
.

Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz

Ay ərzində qazandığınız pulun hara xərcləndiyini bilmirsinizsə, ayın sonunda büdcənizin tükənməsi təəccüblü deyil. Bəzi gündəlik vərdişlər isə fərqinə varmadan xərclərin artmasına səbəb olur. xəbər verir ki, maliyyə mütəxəssislərinin fikrincə, büdcəni idarə etməkdə çətinlik çəkən insanların yol verdiy

13 sentyabr
.

10 il sonra yenidən toy edən fenomenə hədiyyə edilənlərə baxın - VİDEO

Bursada fenomen Esma Sezen 10 il sonra yenidən gəlinlik geyindi - toyunda taxılan qızıllarla poza verdi. Türkiyənin Bursa şəhərinin İznik rayonunda yaşayan 35 yaşlı sosial media fenomeni Esma Sezen evliliyinin 10-cu ildönümünü həyat yoldaşına etdiyi sürprizlə qeyd edib. xarici mediaya istinadla xəbə

10 sentyabr
.

Yeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar

ABŞ texnologiya nəhəngi "Apple" payız təqdimatında səbirsizliklə gözlənilən "iPhone 18" və "iPhone 18 Pro Max" smartfonlarını nümayiş etdirib. "Qafqazinfo" xəbər verir ki, şirkətin rəsmi "YouTube" kanalında canlı yayımlanan təqdimatda yeni nəsil flaqmanları

9 sentyabr
.

Maskdan səs-küyə səbəb olan 2036-cı il - Proqnozu

Texnologiya nəhəngi İlon Mask süni intellekt (AI) və humanoid robotların yaxın illərdə qlobal iqtisadi nizamı kökündən dəyişəcəyi ilə bağlı iddialı bəyanatlarını davam etdirir. "Qafqazinfo" xəbər verir ki, "The Economist" nəşrinə müsahibə verən milyarderin sözlərinə görə, təxminə

9 sentyabr
.

Mətbəx çanağına sirkə püskürtsəniz nə baş verər? - SADƏ ÜSUL

Mətbəx çanağı hər gün yağ, qida qalıqları və su ilə təmasda olur. Buna görə də mütəmadi yuyulmasına baxmayaraq, onun üzərində ləkələr, ərp və xoşagəlməz qoxu yarana bilər. Məlum olub ki, hərtərəfli təmizlik üçün həmişə məişət kimyəvi vasitələrinə ehtiyac yoxdur. Adi sirkə də bu işdə kömək edə bilər

13 sentyabr