"Xırdalan, Sumqayıta metro çəkilməsi nəzərdə tutulmayıb" - metropoliten rəsmisi ilə MÜSAHİBƏ

"Xırdalan, Sumqayıta metro çəkilməsi nəzərdə tutulmayıb" - metropoliten rəsmisi ilə MÜSAHİBƏBakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin Sonxeber.az-a müsahibəsi:

Nəsimi müəllim gələcəkdə Bakıətrafı ərazilərə metro çəkilməsi planlaşdırılıb?

2011-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən Bakı metropoliteni xəttlərinin konseptual inkişaf sistemi müəyyən edilib. Hazırda istifadə edilən həmin sistemin icra olunması istiqamətində işlər davam edir. Lökbatana, Hava limanı, Xırdalan, Sumqayıta metro çəkilməsi nəzərdə tutulmayıb. Lakin bu o demək deyil ki, həmin ərazilərə metro çəkilməyəcək. Hökumət tərəfindən həmin ərazilərdə yaşayan insanların metro ilə daşınmasını təmin etmək üçün qərar qəbul olunarsa, həmin ərazilərə metro çəkilməsini həyat keçirə bilərik. Çünki, bu işləri reallaşdırmaq üçün bizim kifayət qədər avadanlığımız, peşəkar mütəxəssisimiz var. Xocasəndə DEPO tikilməsi nəzərdə tutulub. 2016-cı ildə "Avtovağzal" və "Memar Əcəmi" stansiyasından ibarət bənövşəyi xəttimiz istifadəyə verildi. "Avtovağzal"-dan başlayan və Qaraçuxur qəsəbəsinə qədər davam edəcək xətt 12 stansiyadan ibarət olacaq. Hər bir xəttin elektrik deposu olmalıdır. Həmin deponun tikintisi Xocasən qəsəbəsinin girişində nəzərdə tutulub. Orada tikinti işləri davam edir. Xocasəndən sonra digər ərazilərə hər hansı metro stansiyasının tikilməsi planlaşdırılmayıb. Ola bilsin ki, gələcəkdə orada yaşayan insanların gediş gəlişi üçün bir platforma yaradılsın.

Bu ilin yekunları ilə bağlı nə deyə bilərsiniz? Bu vaxt ərzində nələr əldə edilib?

2014 - cü ildə "Bakı Metropolteni Qapalı Səhmdar Cəmiyyəti" yaranandan sonra mütəmadi işlərə başladıq. Bu il ərzində Metropolitendə çox işlər reallaşdırılıb. Amma il ərzində həyata keçirilən ən böyük işimiz avqust ayında təmirinə başladığımız "Sahil" metrostansiyasının bərpası ilə bağlı aparılan işlərdir. Orada təmir işləri 2018-ci ilin 1 iyuluna qədər davam etməlidir. 50 il istifadə edilmiş və istismar müddətini başa vurmuş eskalator dəyişdiriləcək. Buna görə həmin stansiyaya giriş bağlanılıb. Həmçinin köhnəlmiş avadanlıqlar, elektrik naqillərinin dəyişdirilməsi ilə bağlı təmir-bərpa işləri həyata keçirilir.
Açıq havada olan tək stansiyamız "Bakmil" istiqamətində də də təmir işləri davam edir. Həmin stansiyadan istifadə edənlər çox olmadığından onun giriş və çıxışını bağlamamışıq. Stansiya müəyyən məhdudiyyətlər qoymaqla fəaliyyətini davam etdirir.

Havalandırma sistemi ilə bağlı problemlər aradan qaldırılıbmı?

İstismar müddəti başa çatmış avadanlıqları mütləq dəyişdiririk. Çünki metro digər qurumlardan fərqli olaraq strateji obyektdir yeraltıdır. Burada risklər yoxdur. Çünki biz ilk növbədə sərnişinlərin təhlükəsizliyini və onların rahat daşınmasını təmin etməyə çalışırıq. Bakı metrosunda havalandırma sistemi ilə bağlı xüsusilə vaqonlarımızda müəyyən problemlər var. Pik saatlarda və yay aylarında hava həddindən artıq isti olur. Amma bizdə insan həyatına ciddi təhlükə yaradacaq hava yoxdur. Biz 2015-ci ildə istifadəyə verdiyimiz Diaqnostika Kompleksində müxtəlif laboratoriyalarımız var. Həmin laboratoriyalara mükəmməl sayıla biləcək avadanlıqlar almışıq. Onların vasitəsi ilə metronun bütün nöqtələrində ölçmə işləri aparırıq. Hava axınına, çirkliliyə, rütübətə nəzarət edirik, tərkibi yoxlanılır və ona qarşı tədbirlər görürük. Yay aylarında Bakıda hava həddindən artıq isti olur, sərnişinlər sərinləmək üçün stansiyalara üz tuturlar. Çünki qatarlarımız isti olsa da stansiyalarımız sərin olur. Son aldığımız 3 qatar tərkibindın başqa digərlərində kondisioner sistemi yoxdur. Çünki istehsalçı tərəfindən bu qatarlarda kondisionerin quraşdırılması nəzərdə tutulmayıb. Sadecə havalandırma şaxtası vasitəsi ilə tunellərə təbii hava ötürürük və hamısının tərkibi yoxlanılır. Onların tərkibində insan həyatı üçün təhlükə yaradacaq heç nə yoxdur. Qatarlar hərəkətdə olarkən havalandırma sistemi vasitəsilə hava təmizlənir. Metropolitendə belə bir qadağa var, havanın temperaturu 35 dərəcəni keçərsə havalandırma şaxtası vasitə ilə içəri hava vurmaq qəti qadağandır.Çünki bayırda 40-45 dərəcədə olan isti havanın qatarlara ötürülməsi insanların həyatı üçün təhlükə yarada bilər. Son 2 il ərzində biz 12 ədəd böyük ventilyatorları və onların motorlarını dəyişdirmişik. Əvəzində isə Almaniya istehsalı olan yeni avadanlıqlar quraşdırmıq. Onlar elektrik enerjisinə görə sərfəlidir. Həm də əvvəlki ventilyatorlarla müqayisədə daha güclüdür.

2018 –ci ildən etibarən qatarların kondisionerlə təchiz olunması üçün işlər görməyə başlayacağıq. Çünki istismar müddətini başa vurmamış qatarları xəttdən çıxara bilmirik. Amma növbəti ildən etibarən biz yeni qatarlar almağı planlaşdırırıq. Çünki bəzi vaqonlarımızın istismar müddəti başa çatacaq. Bu halda biz yeni qatarlar alaakən ən son texnoloji avadanlıqlardan istifadə edəcəyik. Hətta 2015-ci ildə istifadəyə verdiyimiz qatarlardan daha yaxşı kondisionerli qatarlar almağı nəzərdə tutmuşuq. Yəni 2018-ci ilin sonlarına doğru yeni qatarları almağa başlayacıq. Bununla bağlı layihələndirmə işi aparılır.

"Pulsuz wifi" sisteminin quraşdırılması mətbuatda müzakirəyə çıxarılsa da sistem tətbiq olunmadı. Gələcəkdə bu sistem təqbiq ediləcəkmi?

Pulsuz wifi –ın quraşdırılması Metropoliten tərəfindən prioritet məsələ olmayıb. Bəlkə gələcəkdə belə bir sistem qurula bilər. Bunu istisna etmirəm. Hazırda istifadə olunan vaqonlarda da biz pulsuz wifi sistemini quraşdıra bilərik. Amma bizim üçün vacib olan insanların təhlükəsizliyidir. Çünki metro avtomotik sistemlə idarə olunur. Hər şey Mərkəzi Sistemdən idarə olunur. Lakin uyğun vaxt olanda biz pulsuz wi-fi sisteminə keçə bilərik.

Metroda təhlükəsizliyin təmin edilməsini ürəkaçan hesab etmək olarmı? Vaxtaşırı intihar hadisələri niyə təkrar olunur?

Metroda baş verən intihar hadisələri ölkədə baş verən intiharların 1%-ni belə təşkil etmir. İntihar etmək istəyən insan üçün məkanın fərqi olmur. Metro olmasa da o müxtəlif vasitələrlə bunu edəcək. Bizim o qədər əməkdaşımız yoxdur ki, onları belə insanların mühafizəsi üçün ayıra bilək. Çünki gün ərzində 700 mindən çox sərnişin metrodan istifadə edir. Bizim nə o qədər polis nə də metropoliten əməkdaşımız var. Biz sadəcə insanların bu əmələ əl atmaması üçün təbliğat işəri aparırıq. Həmçinin metroda mülki formada polis əməkdaşlarımız da fəaliyyət göstərir. Bu gün metroda oğurluq hadisələri nadir hallarda baş verməsində mülki polis əməkdaşlarıın əməyi çoxdur.

Metroda gediş haqqı artacaq?

Metro hökumətin nəzarətdə saxladığı əsas qurumlardan biridir. Bura subsidiyalar ayırmaqla sosial yönümlü layihələr sırasına daxil edirik. Tarif Şurası qiymətlərin qalxması ilə bağlı qərar versə bahalaşma olacaq. Əks təqdirdə bu baş verməyəcək. Biz hesabatları Dövlət Statistika Komitəsinə təqdim edirik. Tarif Şurası kollegial qurumdur. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət etməyib.

Sərnişin sıxlığını azaldılması üçün Bakı Metropoliten tərəfindən görüləcək fəaliyyət planı haqqında məlumat verə bilərsiniz?

Metro stansiyalarının sayı 2030-cu ilə qədər 76 –ya çatdırılmalıdır. Bir hərəkət üzrə olan sərnişin sıxlığını aradan qaldırmaq üçün növbəti planımız bir xətt üzrə hərəkət edən qatarlarda sərnişin sıxlığını aradan qaldırmaqdır. Stansiyaların tikintisi bir xətt üzrə aparılır. Bu o deməkdir ki, həmin xətt üzrə sərnişin sıxlığı artıb. "Konseptual inkişaf sxemi"nə əsasən Bakının dairəvi xəttinin yaradılması nəzərdə tutulub. Bizim mövcud yaşıl xəttimiz gələcəkdə dairəvi olacaq. Dərnəgüldən yaşıl xəttimiz başlayır və "Xətai"yə qədər gəlir, oradan Həzi Aslanova qədər davam edir, oradakı keçid stansiyası ilə Günəşli, Qaraçuxur yenidən "Koroğlu" və "Dərnəgül"-ə birləşdirilir. Bu dairəvi sistemi həyata keçirə bilsək "Həzi Aslanov"dan, "Xətai", "Cəfər Cabbarlı" stansiyasına gəlmək mümkün olacaq. Bu halda həm sərnişin sıxlığı azalar, həm də havalandırma da qaydasında olar. "Koroğlu" stansiyası ilə Dərnəgül arasında iki stansiya tikməklə eyni zamanda "Koroğlu" da keçid stansiyası tikməklə sərnişin sıxlığını azaltmaq mümkün olacaq.

Metroda səhər və axşam pik saatlarda Bakmilə getməsi nəticəsində yaranan sızlığın aradan qaldırılması müzakirə olunsa da problem həllini tapmadı. Mövcud qrafikdə dəyişiklik oluna bilərmi?

Depo istiqamətində "Bakmil" stansiyası var və oraya da sərnişinlər gedib-gəlirlər. Axşam saat 6-da "Bakmil"də işdən çıxan sərnişinlər də evlərinə getməlidirlər. "Bakmil" istiqamətində qatarlar 20 dəqiqəlik intervalla hərəkət edir . "Bakmil"ə gedən sərnişinlərin əksəriyyətii bu qrafikdən istifadə edir. Orada çalışan minlərlə insanların da evinə getməyi nəzərə alınmalıdır. Bu baxımdan mövcud qrafikin dəyişdirilməsi nəzərdə tutulmayıb.
Texniki təlimata əsasən, xətdə istifadədə olan qatarlar müəyyən məsafə qət etdikdən sonra mütləq baxış üçün depoya getməlidir. Yəni pik saatlarda xətdə istifadə olunan qatarlar qeyri-pik saatlarda xətdən çıxarılaraq depoya göndərilməlidir.

Aysel Kərimova
"Xırdalan, Sumqayıta metro çəkilməsi nəzərdə tutulmayıb" - metropoliten rəsmisi ilə MÜSAHİBƏ"Xırdalan, Sumqayıta metro çəkilməsi nəzərdə tutulmayıb" - metropoliten rəsmisi ilə MÜSAHİBƏ"Xırdalan, Sumqayıta metro çəkilməsi nəzərdə tutulmayıb" - metropoliten rəsmisi ilə MÜSAHİBƏ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2441   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021