Erməni qadınları ərəb ölkələrinə, kişiləri isə Rusiyaya qaçır - VİDEO

Erməni qadınları ərəb ölkələrinə, kişiləri isə Rusiyaya qaçır - VİDEO"Ermənistanda qadınlar Ərəb Əmirliklərinə, kişilər isə Rusiyaya qaçırlar".

Bu açıqlama ilə Ermənistanın polis rəisi çıxış edib. O, çox sayda erməninin bu ölkəni tərk etməsini yoxsulluq, hüquqi biliklərin olmaması və savadsızlıqla əlaqələndirib.
Sonxeber.az xezerxeber.az-a istinadən bildirir ki, artıq Ermənistan rəsmiləri də bu ölkənin bərbad vəziyyətdə olduğunu göstərən açıqlamalar verməyə başlayıblar.
Aprel müharibəsindən sonra Ermənistanda özünü daha çox biruzə verən acınacaqlı durumun hər keçən gün dərinləşməsi rəsmi şəxsləri də etiraf məzmunlu açıqlamalar verməyə məcbur edir. Elə Ermənistan parlamentinin deputatı, general Seyran Saroyan kimi. Aprel müharibəsi ilə bağlı danışan general "Allah göstərməsin ki, müharibə başlasın. Bir təpəyə görə biz xalqı qırğına verə bilmərik. Bu yüksəklik elə də vacib deyil"-deyib. Onda belə bir sual ortaya çıxır ki, bu yüksəklik o qədər əhəmiyyətli deyildisə, Serj Sarkisyan niyə Müdafiə Nazirliyininin bütün köhnə generallardan təmizlədi və onların çoxunu ordudan qovdu...
Elə aprel döyüşündən sonra Ermənistan ordusunda hərc-mərclik artmaqla yanaşı, bu orduda qulluq etmək istəyənlərin sayı da azalıb. Qısa müddət əvvəl tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi ilə bağlı aksiyaları da onların hərbi xidmətə getmək istəməməsi zərurətindən yaranıb. O da təsadüfi deyil ki, 2016-cı ilin aprelindən sonra Ermənistan ordusunda xidmət eləmək istəyən qadınların sayı iki dəfə artıb.
Onda maraqlı bir sual ortaya çıxır: Bəs erməni kişiləri hardadır? Bu suala Ermənistanın Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinin insan alveri ilə mübarizə şöbəsinin rəisi Vaçe Ovsepyan cavab verib. O, kişilərin miqrasiya üçün Rusiyaya, qadınların isə cinsi istismar üçün Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə üz tutduqlarını etiraf edib. Belə ki, insan alveri ilə bağlı başlanan cinayət işlərinin 9-dan biri daxillə, qalanları isə xariclə bağlıdır. Ovsepyan qadın və kişilərin istismarının əsas səbəbi kimi Ermənistandakı ağır sosial durumu, hüquqi biliklərin aşağı səviyyədə olmasını və savadsızlığı göstərib.
Belə acı sonucun tək səbəbi əlbəttə ki, bu ölkədə illərdir davam edən rejim problemidir. Yanlış siyasətin nəticəsidir ki, bu ölkəni blokadaya salıb, onu bütün regional layihələrdən təcrid edib, xalqı acınacaqlı duruma salıb, erməni kişilərin Rusiyaya, qadınların isə Türkiyəyə kütləvi köçünə səbəb olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1358   Tarix: 27 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021