"Qurani Kərim" də evlənmə yaşı neçədir?

"Qurani Kərim" də evlənmə yaşı neçədir?Türkiyənin əsas müxalifət partiyası, Cumhuriyyət Xalq partiyası (CHP), Parlamenti erkən evliliklər barədə təhqiqat başlamağa çağırıb.Çağırış, ölkənin dini qurumunun İslam qanunlarına görə 9 yaşında qızların ailə qura bilməsinə dair bəyanatına görə edilib.Türkiyə sosial mediasında qadın haqları qrupları bu fikirləri qəti pisləyib.Bundan sonra açıqlama verən Dinayət İşləri Müdirliyi bildirib ki, qurum yalnız İslam qanunlarını izah edib və heç vaxt erkən nikahların tərəfdarı olmayıb.

Bu məsələnin həm psixoloji həm də dini tərəfini araşdırdıq.

"Türkiyədə yazılan bir çox dini kitablarda evlilik yaşı 9, oğlanlarda isə 12-dir".

Bunu BiG.AZ-a açıqlamasında ilahiyatçı alim Əkrəm Həsənov bildirib.

Əkrəm Həsənov vurğulayıb ki, ərəblərin dövründə də uşaqların yetkinlik yaşı 8-9 götürlürdü. "Bizim dövrümüzdə də yetkinlik dövrü müxtəlifdir. Həddi-buluğ dövrünün əlamətləri var. Peyğənbərimizin 9 yaşlı Aişə anamızla evlənməsini bu gün də ateislər tənqid edir. Müasir dövrdə İslam alimləri deyirlər ki, evlənən zaman kişi və qadın da müəyyən şərtlərə riayyət etməlidir. Alimlər evlənmə yaşını 18-25 yaş müəyyənləşdiriblər. Hətta bu yaşda evlənməyə də bilərlər. Yəni ailə quracaq qız və ya oğlan ailənin nə olduğunu anlamalıdır. Bu gün azyaşlıların evləndirilməsi müəyyən problemlərə səbəb olur. Müasir dövrümüzdə bu cür fikirlər səsləndirilməsi düzgün deyil. Quranda konkret evlənmə yaşı göstərilmir. Sadəcə həddi-buluğ dövrü kimi göstərilir".

9 yaşlı qızın yeniyetməliyə təzə qədəm qoyduğunu bildirən Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov bu yaşda qızların ailə qurması, ana olması, gələcəkdə çox böyük problemlərə səbəb ola biləcəyini qeyd edib.

Psixoloq söyləyib ki,bu həm nəzəri həm də praktiki cəhətdən özünü doğrultmayan fikirdir. 9 yaşlı qız necə ailə qura bilər? Bəlkə onlar qız və oğlan üçün yeniyetməliyə qədəm qoyulma yaşları nəzərdə tutur. Xüsusilə bu fikir boşanmaların, problemli uşaqların doğulmasının sayını artıracaq. 9 yaşlı qızın uşaq dünyaya gətirə bilməz. Çünki 9 yaşlı qızın özü uşaqdır. 9-12 yaşlı yeniyetmə necə ailə məsuliyyəti daşıya bilər. Düzdü onlar İslama istinad edə bilərlər. Amma şərait, dönəm fərqlidir. Bu fikir cəmiyyətə güclü psixoloji zərbə ola bilər. Hansı valideyn qızını 9 yaşında evlənməsinə izin verəcək? Nəzərə alsaq ki, qız və yaxud oğlan 18 yaşına kimi valideynlərinin himayəsindədir. Bu yaşda uşaqların seçim təcrübəsi formalaşmayıb. Bu gün dünyanın hər yerində erkən nigaha qarşı çıxılır. Azərbaycanda nigahla bağlı qanunvericilik var. Qanunvericilikdə göstərilir ki, 18 yaşı tamam olmayan heç kim rəsmi nigaha girə bilməz. Ölçülüb biçildikdən sonra yaş həddi seçilməlidir.

BiG.AZ


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 5539   Tarix: 04 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Futbol topuna bənzədilən cismin nəhəng göbələk olduğu məlum oldu - VİDEO

Türkiyənin Ərzincan vilayətinin Tercan rayonunda göbələk toplamaq üçün əraziyə çıxan bir vətəndaş maraqlı hadisə ilə qarşılaşıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, vətəndaş otlaqda əvvəlcə futbol topuna bənzətdiyi iri ölçülü bir cisim görüb. Cismə yaxınlaşdıqda onun nəhəng göbələ

2 iyun
.

Atası tərəfindən öldürülən 23 yaşlı gənc torpağa tapşırılıb

Türkiyənin Adana vilayətində atası tərəfindən güllələnərək öldürülən 23 yaşlı Ahmet Kaan Kayhan son mənzilə yola salınıb. xarici mediaya istinadla xəbər verir ki, Hadisə Sarıçam rayonunda baş verib. Məlumata görə, təqaüddə olan polis əməkdaşı F. Kayhan ilə oğlu Ahmet Kaan Kayhan arasında naməlum səbəbdə

4 iyun
.

Nişanlısının hərbi xidmət pulunu ödəmədiyi üçün tərk edildi

Türkiyədə maraqlı bir ayrılıq hadisəsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İddiaya görə, nişanlısının ödənişli hərbi xidmət (bedelli askerlik) haqqını qarşılamağı qəbul etməyən qadın gözlənilmədən ayrılıq mesajı alıb. türk mediasına istinadən xəbər verir ki, qadının paylaşdığı mesajda nişanlıs

4 iyun
.

Polisdən qaçarkən narkotiki unitaza tökdü, sifon işləmədiyi üçün yaxalandı

Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda polisdən yayınmağa çalışan şəxs narkotik maddələri məhv etmək üçün iş yerlərindən birinin tualetinə sığınıb. Lakin sifonun işləməməsi onun planını pozub və şübhəli hadisə yerində yaxalanıb. xarici mediaya istinadla xəbər verir ki, Sakarya İl Təhlükəsizli

5 iyun
.

Dronuna görə ağaca çıxan kişi köməksiz vəziyyətdə qalıb

Türkiyənin Sivas vilayətinin Şarkışla rayonunda dronunu götürmək üçün ağaca çıxan şəxs köməksiz vəziyyətdə qalıb. türk mediasına istinadən xəbər verir ki, hadisə Gümüştəpə kəndində baş verib. Məlumata görə, U.D.-nin idarə etdiyi dron ağacın budaqlarına ilişib. Dronunu götürmək məqsədilə ağaca çıxan şəx

1 iyun
.

Azyaşlının həyatını belə xilas etdi - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər izləyiciləri həm narahat edib, həm də duyğulandırıb. xəbər verir ki, kadrlarda Gəncə şəhərində təxminən 1 yaş yarımlıq azyaşlının nəzarətsiz şəkildə avtomobil yolunun kənarında hərəkət etdiyi görünür. Görüntülər qısa zamanda geniş yayılaraq müzakirələrə səbəb olub

1 iyun
.

Tövləyə girən küçə itləri 30 toyuğu tələf edib - VİDEO

Türkiyənin Bursa vilayətinin Mudanya rayonunda sahibsiz itlərin hücumu nəticəsində bir həyət evindəki tövlədə 30 toyuq tələf olub. xarici mediaya istinadla xəbər verir ki, hadisə Güzəlyalı Sitelər məhəlləsində baş verib. Ərazidə dolaşan 3 sahibsiz it yaşayış kompleksinin bağçasındakı toyuq damına daxi

2 iyun
.

İntihara cəhd edən gənc jurnalistə hücum etdi

Aksarayda balkona çıxaraq intihar etməyə cəhd edən 17 yaşlı gənc polis qrupu tərəfindən fikrindən daşınıb. türk mediasına istinadən xəbər verir ki, gənc ambulansa mindirilərkən bir anda qapıdan çıxaraq jurnalistə hücum edib. O anlar jurnalistin kamerasına anbaan əks olunub. Polis qrupu tərəfindən d

2 iyun
.

Türkiyədə zəncirvari qəzada dörd nəfər ölüb

Türkiyənin İsparta-Antalya avtomobil yolunda Elsazı kəndi yaxınlığında avtomobil qəzası olub, iki sürücü və iki sərnişin ölüb, 11 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. "Dörd avtomobilin toqquşması zamanı sürücülərdən İsmail Kır v

31 may