5 ulduzlu "Rixos Quba" otelindən biabırçı görüntülər - VİDEO

5 ulduzlu "Rixos Quba" otelindən biabırçı görüntülər - VİDEOHamıya yaxşı məlumdur ki, bu yaxınlara qədər Bakıda havalar həddindən çox isti keçirdi. Elə ona görə də İspaniyadan gəlmiş qonaqlarıma məsləhət gördüm ki, dağlıq bölgələrdən birinə gedib yaxşı istirahət etsinlər. Məsləhət və qərar Quba istiqaməti oldu. Televiziya kanallarında və mətbuatda "Rixos Quba" haqqında daha çox məlumatlar və reklamlar getdiyindən qonaqlarımın həmin məkandan razı qalacaqları əmin idim.

İşim çox olduğundan mən onlara qoşula bilmədim. Bakıda havaların hələ də isti keçməsinə baxmayaraq, artıq iki gün sonra qonaqlar geri qayıdası oldular. Əvvəlcədən bir həftəlik nəzərdə tutulan Quba səfərinin yarımçıq qalma səbəblərini soruşanda isə şoka düşdüm. "Quba Rixos"dakı xidmətdən çox narazı qalan qonaqlar, sübut üçün üstəlik mənə bir video-süjet də göstərdilər. İnanın ki, məni dəhşət götürdü. Səhər yeməyi zamanı çəkilmiş video-süjetdə yemək masası üzərində uçuşan saysız-hesabsız milçəkləri görəndə, məsələni başa düşdüm. Bir gününə adama 1000 manata başa gələcək otel xidmətinin biabırçı, anti-sanitariya şəklində təşkili adamda xəcalət hissi yaradır. Maraqlıdır, belə bir "xidmət"inə görəmi otel reklam olunurmuş?!

O da məlum oldu ki, otelə Şükür adlı bir türk rəhbərlik edir və hələ bu şəxsin üzünü görən də olmayıb. Nə vaxt gəlib-gedir, ümumiyyətlə buradakı ab-havadan, işin gedişatından, otelin otel kimi dəqiq xidmət göstərməsindən bu şəxsin xəbəri varmı, yoxmu? Təəssüf ki, bunu bilən yoxdur.

Günü bir turistə 1000 manata başa gələn oteldəki anti-sanitariya ilə, səhlənkarlıqla hörmətli Şükür abi Türkiyədə, görəsən, neçə gün otel sahibi kimi fəaliyyət göstərə bilərdi?! Özü də turizm üzrə dünya miqyasında öndə gedən ölkələrdən biri olan Türkiyədə.

İspaniyadan gələnlər ofisiantların qulluğundan, səriştəsizliyindən də ciddi narazı qalmışdılar. Xaricdən gəlmiş 4 nəfərin iki gün ərzində fikirlərindən dönüb, oteli tərk etmələri, əslində bizim üçün ciddi xəbərdarlıqdır. İndi özünüz deyin, xidməti düzgün təşkil etməyi bacarmayan otellərə ikinci dəfə ayaq basılacaqmı?//faktxeber.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5957   Tarix: 17 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlara ən azı 46 gün məzuniyyət veriləcək

Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik ediləcək. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Sənədə əsasən, aşağıdakı işçilərə 46 təqvim günündə

16 dekabr
.

Laçına da qar yağır (FOTO)

Laçına da qar yağmağa başlayıb. Trend-in Qarabağ bürosunun xəbərinə görə, gecə saatlarında yağışlı hava sonradan qarla əvəzlənib. Hazırda qarın yağması fasilə ilə davam edir. Qeyd edək ki, daha çox qar yaylaqlarda və yüksəklikdə müşahidə olunur

17 dekabr
.

Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi

Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki

16 dekabr
.

3 qohumunun ölümünə səbəb olan sürücüyə - Bu cəza verildi

Kürdəmirdə 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudova hökm oxunub. Bildirilib ki, hadisə ötə

16 dekabr
.

"Müasir ailə əbədi birlik ideyasından uzaqlaşaraq, son istifadə tarixi olan bir müqaviləyə çevrilməkdədir" - AÇIQLAMA

Müasir dövrdə ailə institutunun zəifləməsinin altında bir yox, bir neçə ciddi səbəb yatmaqdadır. Bəs bu səbəblər nələrdir? . Sosioloq Yusif Nəbiyev bu barədə -a danışıb:. "Bunları sıralayacaq olsaq, ilk növbədə qloballaşma fonunda fərdiyyətçi, materialist qərb dəyərlərinin yayılması və yerləşməsin

16 dekabr
.

Şüşədə yağ, içində sual işarəsi... Etiketə inan bədəninə dua et

Supermarketlərdə yüzlərlə çeşid günəbaxan, qarğıdalı, zeytun yağları satılır. Hər birinin üzərində 100% təbii olduğu yazılır. Lakin məhsulu aldıqda isə keyfiyyətinin o olmadığını görürük. Ölkəmizdə duru yağlar yerli istehsal ilə yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Sinqapur kimi ölkələrdən idxal olunur

16 dekabr
.

Rəhbərlik etdiyi qurumun borcuna görə bu məmura "stop" qoyuldu

Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) sədri Elçin Həsənovun ölkədən çıxışı məhdudlaşdırılıb. Qaynarinfo-nun məlumatına görə, Bakı Kommersiya Məhkəməsinin hakimi Fərid Hətəmzadə bununla bağlı qətnamə çıxarıb. İş mateteriallarından aydın olur ki, MKTB-nin dövlət büdcəsinə 523 624,2

15 dekabr
.

Rəşad Şolan da orqanlarını bağışladı

Tanınmış cərrah-transplantoloq, DTX-nin Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi Rəşad Şolan ölümündən sonra orqanlarını bağışlayacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında keçirilən simpoziumda bildirib. R. Şolan bu addımı

16 dekabr
.

Bu dəfə tikinti şirkətlərindən şikayət etdi

"Bazarda meyvə-tərəvəz satanlar endirim etmirlər, məhsul xarab olur, zibilə atırlar. Niyə? Öz çıxarışlı (kupçalı) evini satmaq istəyəndə sata bilmirsən, amma yeni tikililərdə müqavilə ilə satılan, hər gün qiyməti artan 100 kv/m-lik evi 130 kv adı ilə gedib alırsınız. 1-2 ildən sonra da çıxarış aland

16 dekabr