Məmur qızı: "Ərim məni döyür və dostları ilə cinsi əlaqəyə girməyə məcbur edirdi" - FOTO

Məmur qızı: "Ərim məni döyür və dostları ilə cinsi əlaqəyə girməyə məcbur edirdi" - FOTOÖlkə KİV-lərində uzun müddətdir ki, "Bakılifttəmir" İB-nin baş direktoru Qüdrət Şükürovun da adının hallandığı ailə dramı sanki kim tərəfindənsə qızışdırılır. Bütün dərc edilən məqalələrin məğzi ondan ibarətdir ki, Şükürovun qızı birinci ərindən boşanıb, ikincisinə ərə gedib və atasının əlaqələrinə və pullarına güvənərək qeyri-etik həyat tərzi sürür və hətta ilk ərini izləyir. Qüdrət müəllimin özünü isə rüşvətxor və korrupsioner kimi qələmə verirlər. Bütün bunlar elə həqiqətə uyğun qələmə verilirdi ki, virtualaz.org da bu "qarmağa" keçmişdi.

Lakin gözlənilmədən redaksiyada gənc cütlük peyda oldu. Həyəcanlı qadın özünü təqdim edən zaman biz, sözün açığı, bir az özümüzü itirdik. Bu, özündən də asılı olmadan Azərbaycan mətbuatının mənfi qəhrəmanına çevrilmiş həmin Aysel Şükürova idi. Onu əri Oqtay Əhmədov müşayiət edirdi. Bütün bu yaşananlara görə az qala ağlayan gənc qadın öz hekayəsini danışmağa başladı və bu hekayə onun dilindən tamam başqa cür səslənirdi. Düşünürük ki, həmin hekayə oxuculara düzgün nəticə çıxarmağa, şübhələri kənara atmağa imkan verəcək:

- Təsəvvür edin ki, cavabdehin gəlməməsi üzündən Nərimanov rayon məhkəməsinin hakimi Vüsal Qurbanov beşinci dəfədir ki, prosesi təxirə salır. Gah birinci ərim Elşən Əsgərli gəlmir, gah da onun vəkili, - o, emosional halda söhbətinə başlayır. - Soruşan lazımdır ki, mənim günahım nədir. Bu istidə iş üzrə şahid kimi keçdiyimə və prosesdə çıxış edəcəyimə görə şəhərdə oturmaq məcburiyyətində qalmağım azmış kimi, hər dəfə hakimdən eyni sözləri eşidirəm - məhkəmə təxirə salınır. Daha dözə bilmirəm - bu artıq adamı ələ salmaqdır və yalnız məni deyil, məhkəməni də, qanunları da.

Bir az özünə gələndən sonra Aysel hər şeyi ətraflı danışmağa cəhd edir, lakin emosiyaları onu həyat faciəsinin bir epizodunu qoyub o birini danışmağa vadar edir. Amma hər dəfə o, özünü ələ almağı və başladığı söhbəti davam etdirməyi bacarır. Bütün əhvalat onun birinci əri Elşən Əsgərli ilə bağlıdır. Bu xatirələr onu həmin günlərə qaytararaq, yenidən kəskin emosiyalar keçirməsinə gətirib çıxarır.

Hər şey altı il əvvəl başlayıb. Hələ çox gənc olan Elşən və Aysel universitetdə oxuyarkən bir-birini seviblər. Deyilənə görə, sevginin gözü kor olur və ona qarşı çıxmaq çətindir. Əksər hallarda qısa səadətin acı nəticələrini bütün həyatın boyunca dadmalı olursan. Bu gün də Aysel gözü yaşlı halda xatırlayır ki, atası ondan barəsində çox şeylər eşitdiyi adama ərə getməməyi az qala yalvararaq xahiş edirmiş. Lakin xoşbəxtliyindən göylərdə uçan və sevgilisinin çatışmazlıqlarını görmək iqtidarında olmayan gənc qızı adi sözlərlə inandırmaq asan işdirmi?

Yeni evlənmiş cütlüyün xoş günləri çox qısa sürüb. Ailə həyatı Elşənlik deyilmiş. O, həyat yoldaşını söyməyə, təhqir etməyə, alçaltmağa və döyməyə başlayır. Bir neçə dəfə hətta eyvandan atmağa da cəhd edib.

Özü də yalnız təklikdə olanda deyil, valideynlərinin də yanında bu hərəkətlər davam edib. Tezliklə valideynlər də bu məsələyə qoşulub və gənc ailənin həyatı dözülməz olub. Lakin bu dəfə Ayselin atası boşanmanın əleyhinə çıxıb. Əvvəllər qızının bu izdivacına qarşı çıxan ata bu dəfə bir qədər dözməyi və boşanmamağı xahiş edib. Yalnız tanışlarının qınağına görə deyil, həm də qızının xoşbəxtliyi naminə - axı istənilən küskünlüklər son nəticədə sülhlə bitir. Ata qızına xoşbəxtlik arzulayırdı, fəqət onun həyatı dözülməz idi.

Bir neçə il sonra Elşəni əsgərliyə çağırırlar. Elə bu vaxt ən qorxunc hadisələr yaşanmağa başlayır. Aysel hamilə qalır. Belə görünə bilər ki, sevinmək lazımdır, axı uşaq ailəni möhkəmləndirir. Qohumlar sevinməyə başlasalar da, boş yerdə qalmaqal yaratmağı bacaran ər bu sevincin uzun sürməsinə mane olur. Elşən dərhal bildirir ki, uşaq ondan deyil və Aysel kiminləsə gəzəndən sonra hamilə qalıb. Hamilə yoldaşının müayinələrindən birində o hətta həkimdən soruşubmuş ki, uşağın atası olduğunu necə dəqiqləşdirə bilər. Bu sualdan dəhşətə gəlmiş həkim nə cavab verəcəyini bilməyərək, onu kabinetdən qovub.
Məmur qızı: "Ərim məni döyür və dostları ilə cinsi əlaqəyə girməyə məcbur edirdi" - FOTOLakin Elşən sakitləşməyib. İddia edib ki, DNT analizi vasitəsilə həqiqəti öyrənəcək, amma nədənsə bu işdə sona kimi getməyib. Bir dəfə o, Ayseli məşhur "Oksigen" klinikasına aparıb məcbur edir ki, abort etdirsin. Çətinliklə olsa da, Aysel klinikadan qaçır və atasının evinə gəlir. Lakin döyülmələr, alçalmalar kəsilmək bilmir. Döyülən Ayselin bir neçə dəfə ürəyi gedir, bir dəfə isə Elşən arvadının qolunu bıçaqla kəsərək, otağın qapısını bağlayır və qadını bu barədə valideynlərinə xəbər veriməyəcəyinə dair and içdirir. Yalnız bundan sonra qanı axan qadını "City Hospital"a aparır.

Güclü stressdən və həyəcandan düşük qorxusu yaranır və həkim qadının 10 gün ərzində xəstəxanada qalmasına göstəriş verir. Yalnız klinikada Aysel başa düşür ki, Elşən narkotik aludəsidir. Müvafiq analizlərin verilməsini tələb edir, lakin əri imtina edir və çıxıb gedir. Bundan sonra Aysel fikir verir ki, əri dostu ilə telefonda hansısa "banzay" adlı narkotik barədə danışır, evdə qurutduğu anaşanı çəkir. Hətta hamilə arvadını da narkotik çəkməyə məcbur edir. Sonradan isə tramal, lirika, ekstazi və digər bu kimi maddələr işə düşür. Bu dərmanları o, Masazırda İbadət adlı aptekçi dostundan alırmış. Bundan sonra Aysel evdən qaçır.

Bütün bunlar azmış kimi, Elşən tez-tez həyat yoldaşına xəyanət edir, onu daha çox incitmək üçün elə görüş yerindən arvadının mobil telefonuna şəkil və videolar yollayır. Oğlu anadan olanda isə xəstəxanaya gəlmir. Həmin vaxtdan sonra nə özü, nə də valideynləri kiçik Uğurun ad günlərində iştirak etməyiblər. Düzdür, bütün bunlar artıq boşanmadan sonra baş vermişdi.

Aysel ailəsini qorumağa cəhd edirdi, lakin hətta doğuşdan sonra da əri və onun valideynləri qadını döyüb alçaldıblar. Öz aralarında da belə səs-küylü qalmaqallar olurmuş - bir neçə dəfə Ayselin gözü qarşısında Elşən valideynlərini döyüb. Uşağa isə heç kim baxmır və o, Uğuru öz valideynlərinə tapşırır. Valideynlərinin verdiyi pulları isə Elşən güclə əlindən alırmış. Onu dostlarının yanında döyür və onlarla pul müqabilində cinsi əlaqəyə girməyə məcbur edir. Lakin səbr kasasını elə bir hadisə daşırdır ki, bunu Aysel heç cür unuda bilmir. Heç bir səbəb olmadan həmişəki kimi onu döyməyə başlayan Elşən uşağı "sən mənim oğlum deyilsən" deyərək itələyir və körpənin başı divara dəyir. Elə həmin an qadın qəti olaraq boşanmaq qərarına gəlir.

Lakin bu da asan məsələ deyilmiş. Elşən üzün müddət ona, valideynlərinə və vəkilinə təzyiqlər edir. Eyni zamanda, sosial şəbəkələrdə hədələr və təhqirlər başlayır. Bildirildiyinə görə, Elşən özünün çılpaq şəkillərini də səhifəsinə yerləşdirirmiş. Keçmiş arvadını elə onun evinin qarşısında döyəndən sonra Aysel bu barədə 22-ci polis bölməsinə şikayət edir. Polis əməkdaşları isə açıq şəkildə deyirlər ki, Elşənə heç nə edə bilməzlər. Elşənin qudurğanlığı həddini aşdıqda isə hakim elə məhkəmə zalında qərar verir ki, icraçılar onu müvafiq müəssisəyə aparsınlar. Lakin bir qədər keçmiş ilk ərinin atası olan Rəqail gəlir və oğlunu azad etdirir. Lakin bütün maneələrə baxmayaraq, Aysel boşanmağa müvəffəq olur.

Tezliklə Oqtay Əhmədova ərə gedir, lakin Elşən yenə də onun yaxasından əl çəkmir. Bu dəfə yalnız Ayselin deyil, əri Oqtayın və atası Qüdrət müəllimin də başı ağrımalı olur. Onların ünvanına təhqirlər və hədələr sosial şəbəkələrdə və telefonda davam edir. Elşən Qüdrət müəllimin şirkətini mənimsəmələrdə ittiham edir və yoxlamalar aparılır. Lakin kobud pozuntular aşkarlanmır. Bir neçə dəfə Elşən müxtəlif bəhanələrlə Oqtayı "təkbətək söhbət"ə çağırır, lakin hər dəfə bir dəstə adamla gələrək onu döydürür. Oqtayın çağırışlarına isə məhəl qoymur. Bundan savayı, o, sosial şəbəkələrdə Oqtayın, kiçik Uğurun, Ayselin və onun valideynlərinin adlarına səhifələr açır və günü bu gün də orada əxlaqsız məzmunlu şəkillər yerləşdirir. O, toyda hədiyyə edilmiş bütün qızılları geri tələb edir ki, bu oyunlarını qurtarsın, lakin bu da kömək etmir - qızıllar qayıtsa da, Elşən öz əməllərini davam etdirir.

Oqtayın məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmır. Lakin o haradan biləydi ki, Elşən üçün bu problem deyil. İnsanları, o cümlədən hüquq-mühafizə orqanlarını ələ salmaq onun hobbisidir. Budur, məhkəmə artıq beşinci dəfədir ki, təxirə salınır. Gah özü olmur, gah vəkili, gah da vəkilini dəyişir. Bir sözlə, proses süni şəkildə uzadılır. Əlbəttə, hakim cavabdehin məhkəməyə güclə gətirilməsi barədə qərar da çıxara bilər. Düzdür, biz hakimə göstəriş verə bilmərik, amma daha qəti addımlara ümid etmək haqqımızdır. Elşənin hər bir cəzasız günü bir çox insanlar üçün bəlalara səbəb olur...

mənbə:virtualaz.org


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 36466   Tarix: 23 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib

Əlillik müddəti bitəndən sonrakı 6 ay ərzində təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir

23 may
.

"Azərbaycan bu gün Qarabağ və Şərqi Zəngəzuru qurmaqla həm də öz mədəni imicini bir daha dünyaya sübut edir" - DEPUTAT

Dünyada gedən inkişaf meylləri şəhərsalma prosesini sürətləndirir. Yeni iş yerlərinin yaradılması, şəhər həyat səviyyəsinin yaxşılaşdırılması həm də dayanıqlı mühitin yaradılması ilə paralel addımlamalıdır. Şübhəsiz ki, şəhərləşmənin iqtisadiyyata müsbət təsiri qədər, mənfi təsirləri də qaçılmazdır

22 may
.

Xarici iştirakçılar WUF13-ün təşkilini yüksək qiymətləndirdilər

Şəhərimizin qonaqları da WUF13-ün bağlanış mərasimində tədbirlə bağlı müsbət təəssüratlarını bölüşüblər. Bu barədə -a xarici qonaqlar özləri danışdı: . "Cənubi Afrikadan gəlmişəm. Bu forum mənim üçün çox xoş və yaddaqalan təcrübə oldu. Tədbir yüksək səviyyədə təşkil edilmişdi. İnsanların səmimiyyət

22 may
.

Qazaxıstanlı memar: "WUF13-də bir memar olaraq çox şey öyrəndim"

Qazaxıstanlı memar Yerkezhan Orkenkhanqyzy WUF13-ün təşkilatını yüksək qiymətləndirib. O, -a müsahibəsində forum çərçivəsində memarlıq və şəhərsalma sahəsində mühüm biliklər əldə etdiyini bildirib:. "Bu forumun təşkilini çox yüksək qiymətləndirirəm. Bir memar olaraq burada mənim üçün faydalı ola

22 may
.

Xalq artisti: "Bütün qazancım həkimlərə gedir, zülüm çəkirəm"

"Mən yaşamıram ki, zülm çəkirəm". Bunu Qaynarinfo-ya açıqlamasında xalq artisti Naibə Allahverdiyeva deyib. Aktirsa ayaqlarındakı ağrılardan əziyyət çəkdiyini bildirib:. "Qızımın toyundan sonra ayaqlarım şişib. 2-3 fərqli həkimə müraciət etmişəm, amma hərəsi bir söz deyir. Müalicə olunuram

22 may
.

Kürün səviyyəsi yenidən artdı - Son vəziyyət

Azərbaycanda Kür çayının səviyyəsi yenidən artıb. Qaynarinfo xəbər verir ki, son iki gündə Salyan rayonunda suyun səviyyəsi 20 sm, Sabirabadda 30 sm, Neftçalada isə 12 sm artım var. Salyan rayon sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, Kür çayının səviyyəsinin artması bir neçə gün öncə gücl

22 may
.

"WUF13 işıqlandırması və onun informasiya təminatının peşəkar şəkildə qurulması xüsusi diqqət çəkən məqamlardan biri oldu" - DEPUTAT

"Bu gün Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməklə yanaşı həm də mötəbər beynəlxalq forumların hazırlanması, təşkili və keçirilməsi baxımından hətta bir nümunə, bir brend formalaşdırır". Bunu -a danışan deputat Vüqar İskəndərov bildirib. Deputat qeyd edib ki, Bakıda keçirilə

22 may
.

"Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər" mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində "Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər" mövzusunda tədbi

22 may
.

Ətin qiyməti 39 manata QALXDI

"Ətin maya dəyərinin hazırda yüksəlməsi və ölkəmizdə istehsal olunan ətin yerli tələbatı tam ödəməməsi səbəbindən qiymət artımı müşahidə olunur. Bununla yanaşı, inflyasiya, manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər, eləcə də logistika və idxal xərclərinin artması da qiymətlərə təsi

23 may